Salyanda tanınmış həkim və arvadı qətlə yetirildi - Rəsmi

10:47

Salyanda ər və arvad qətlə yetirilib.

Axar.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri - 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Məmmədov əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb. Bir neçə il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığı rayonda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub. Onun istixana (parnik) biznesi var imiş.

***

Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Share on Facebook