İsmayıllı sakini dostunu bıçaqlayaraq qaçıb

İsmayıllıda bıçaqlanma olub. Sozcu.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1975-ci il təvəllüdlü Ceyhun Əliyev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib. Onun aralarında yaranmış mübahisə zamanı dostu, rayonun Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov tərəfindən bıçaqlandığı bildirilir. Onların İsmayıllıya istirahət məqsədilə gəldikləri deyilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və müvafiq ekspertiza təyin olunub. C.Əliyevə kəsici alətlə xəsarət yetirdikdən sonra hadisə yerindən yayınan Ə.Məhərrəmovun saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.apa

Həkim: Abortlar sonsuzluğa qədər gətirib çıxara bilər

“Ən uğurlu” abortların da ciddi fəsadları olur. Sozcu.az-ın xəbərinə görə, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib. “Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”, - deyə həkim bildirib. Həkim selektiv abort üzrə də ölkəmizdəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini deyib.

Azərbaycanda hər 100 qıza 116 oğlan doğulur

Hamiləlikdə optimal interval vaxtın müəyyənləşdirilməsi, ailədə uşaq sayının planlaşdırılması, erkən və gec doğuşların qarşısının alınması yolları ilə ailə planlanmasını düzgün formalaşdırmaq mümkündür. Sozcu.az-ın xəbərinə görə, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib. Həkimin sözlərinə görə, bu gün ölkəmizdə buna əməl etməyən insanların sayı az deyil: “Bütün hallarda qadınlar qadın məsləhətxanalarına tez-tez müraciət etməlidir, abort, ailə, hamiləlik planlaması kimi mövzularda sahə ginekoloqları ilə müntəzəm işləməli, tövsiyələr almalıdırlar. Bu çox önəmli məqamdır. Bunu nəzərə almayan ailələrdə xoşagəlməz hadisələrin olması sözsüz ki, qaçılmazdır. Bu prosesi müasir kontrasepsiya üsulları ilə həyata keçirmək olar. Düzgün seçilmiş kontrasepsiya üsulları nəinki arzuolunmaz abortlardan, hətta qadınlarda olan digər xəstəliklərin də vaxtında aşkarlanmasına səbəb ola bilər”. Hamiləliyin mütləq planlı olduğu halda doğulan uşaqların da arzuolunan olduğunu bildirən Bilqeyis Qaragöz “ən uğurlu” abortların da ciddi fəsadları olduğunu bildirib: “Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”. Həkim selektiv abort üzrə də ölkəmizdəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini deyib: “Son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur. Bu isə təbii cinsi tarazlığın pozulması deməkdir. Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün, həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər. Bir daha qeyd etmək istəyirik ki, abortu, o cümlədən selektiv abortu ancaq müəyyən istisna hallarda etmək olar”.apa

Şəhid hərbçi Ağstafada dəfn olundu

Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, şəhid anadan olduğu Xətai kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Mirzoyan portuqaliyalı nazirlə Laçın dəhlizini müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Kravinyo arasında telefon danışığı olub.  Sozcu.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. “Həmsöhbətlər Ermənistan-Portuqaliya ikitərəfli gündəliyinin məsələlərini müzakirə edərək, siyasi dialoqun dinamikasının qorunub saxlanmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, eləcə də iki ölkə arasında ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar”, – XİN-in bülletenində qeyd olunub. Həmçinin, bildirilib ki, regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə edilib. Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı son hadisələri portuqaliyalı vəzifədaşının diqqətinə çatdırıb.  Bundan başqa, tərəflər Laçın dəhlizi ətrafındakı vəziyyəti müzakirə ediblər. 

Bu şəxslərə hərbi xidmətə çağırışla bağlı güzəştlər verilməsi təklif olundu

“Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınsa da, kollec tələbələrinə bu möhlət verilmir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında Naqif Həmzəyev deyib. Deputat kollecdə təhsil alan gənclərə də hərbi xidmətə çağırışla bağlı müəyyən güzəştlər verilməsini təklif edib.

“Avroviziya-2023”ün final mərhələsinin bütün iştirakçıları bəlli olub

"Avroviziya-2023" musiqi yarışmasının finalında iştirak edəcək bütün ölkələr məlum olub. Sozcu.az Trend-ə istinadən bildirir ki, Liverpulda keçirilən müsabiqənin ikinci yarımfinalında ilk on yeri tutan Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Estoniya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar. Qeyd edək ki, daha əvvəl Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala çıxıblar. Müsabiqənin finalı mayın 13-də keçiriləcək. Bu il 67-ci dəfə təşkil olunacaq "Avroviziya" mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.

Ən qısqanc və paxıl bürclər

Mütəxəssislərin fikrincə, paxıllıq insana xas olan cəhətlərdən biridir. İnsan paxıl doğulmur, bu hiss sonradan yaranır. Astroloqlar bürclərin nəyi qısqandığını və necə paxıllıq hisslərini biruzə verdikləri ilə bağlı araşdırma aparıblar. Sozcu.az həmin proqnozu təqdim edir: Qoç bürcü - Həmişə ikili münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Sizi rəqib görsə, hirsli və əsəbi olur. Qoçlar dürüst olduğu üçün hər şeyi sevdikləri ilə paylaşmaqdan zövq alırlar. Buğa bürcü - Onların qısqanclıq hissi o an hiss olunur. Əldə etmək istədikləri hər şeyə qarşı aqressiv və paxıllıq duyurlar. Bəzən bu o həddə çatır ki, onların yaxınlarını da narahat edir. Əkizlər bürcü - Şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Hər zaman şən və pozitivlikdən yana olduğu qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır. Xərçəng bürcü - Bürclər arasında ən qısqanc olan Xərçənglər bu hissin əsiridirlər. O qədər paxıllıq duyurlar ki, hətta sevdikləri insanları da incitdiklərinin fərqində olmurlar. Yaxşı yalan fantaziyaları olur. Paxıllıq onların ikinci adı kimidir. Şir bürcü - Ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər. Qız bürcü - Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edirlər. Tərəzi bürcü - Onlar son dərəcə şən həyat sürməyi sevdikləri üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğularıdır desək yanılmarıq. Kişi Tərəzilər daha sadə və təmkinli olur, paxıllıq hissindən uzaqdırlar. Amma qadınlar üçün paxıllıq hissi dəhşətli intiqam alətinə çevrilə bilər. Əqrəb bürcü - Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar. Oxatan bürcü - Adətən bu bürclər qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır. Oğlaq bürcü - Onlar lider olmağı sevdikləri üçün geridə qaldıqları zaman qısqanc olurlar. Sevgidə etibar hissləri çox zəifdir, Oğlan qadınla münasibət çətindir. Dolça bürcü - Digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək. Balıq bürcü - Qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Balıqlar elə paxıllıq hissi duyurlar ki, sanki yer üzündə son xoşbəxtlik qırıntısını kimsə onlardan alıb və bir daha verməyəcəkmiş kimi davranırlar. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Azadlıqlarına düşkün insanlar olurlar. Özlərini güvəndə hiss etdikləri zaman qısqanclıq və paxıllıq hissindən uzaqdırlar. (metbuat.az)

“Qarabağ”a mane olmaq üçün əlimizdən nə gəlirsə edəcəyik" - Şahin Diniyev

“Qarabağ”ın adı elə bizim üçün motivasiyadır. Fərqli bir oyun olacaq. Çünki komandalar fərqli bir tapşırığı yerinə yetirəcək”. Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib. Misli Premyer Liqasının 34-cü turunda “Səbail”lə qarşılaşacaq “Qarabağ” qalib gələcəyi halda sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirəcək. “Səbail” üçün isə bu görüş Premyer Liqada qalmaq baxımından vacibdir. Paytaxt klubunun çalışdırıcısı oyun öncəsi fikirlərini bölüşüb. O, Ağdam təmsilçisinin aşkar favorit olduğunu, bununla belə meydana qələbə üçün çıxacaqlarını bildirib:  “Qarabağ” maksimum vəzifəyə çatmaq, sona iki tur qalmış çempionluğunu təmin etmək istəyəcək. Acınacaqlıdır ki, biz bu oyunda uğurla çıxış edib yerimizi qorumağa çalışacağıq. Məncə, hər iki komanda bu oyunda vuruşacaq. Güzəştsiz bir matç olacaq. Bəli, oyundan əvvəl faktlara baxanda “Qarabağ”ın “Səbail” önündə böyük üstünlükləri var. Ancaq futbolda proqnoz vermək çox çətindir. Hər üç nəticə qeydə alına bilir. Bizim də itirəcəyimiz bir şey olmadığı üçün bu görüşə final matçı kimi yanaşırıq. Təbii ki, “Qarabağ” favoritdir, bu qaçılmazdır. Biz isə “Qarabağ”a mane olmaq üçün əlimizdən nə gəlirsə, edəcəyik. Bizi maraqlı oyun gözləyir. Hər iki tərəf üçün vacib görüşdür”. Qeyd edək ki, sabah keçiriləcək "Səbail" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq. 

Yaralanan əsgərimiz əməliyyat olundu: Vəziyyəti ağırdır

Mayın 10-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində başından ağır güllə yarası alan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Müslüm Mahmudlu hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur. Dünən hərbçimiz əməliyyat olunub. Əməliyyat normal keçsə də, hərbçimizin vəziyyəti hələ də ağırdır. Hazırda o, reanimasiya şöbəsindədir. Qeyd edək ki, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədiblər. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub.

Yevlaxda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alan var

Yevlax rayonunun Yuxarı Qarxun kəndində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Qaraoğlan kənd marşrutu xətti üzrə hərəkət edən mikroavtobus "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü, rayon sakini, 1975-ci il təvəllüdlü Sənan Kərimov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, hadisə zamanı mikroavtobusda olan sərnişinlərdən birinə ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb

Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 10-da saat 18 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu alması barədə polisə məlumat daxil olub. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quluzadə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,60 dollara, yüngül neftin bir barreli isə 70,58 dollara təklif edilir.

Sərhəddə son vəziyyət - MN məlumat yaydı

Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb. Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 9 dəfə atəşə tutulub. Ordumuzun şəxsi heyəti və texnikasında itki yoxdur. Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, əməliyyat şəraiti nəzarət altındadır.

Baxmut ruslar üçün bitdi, mühasirə alınmadı

Baxmutda Ukrayna qüvvələrinin ruslar tərəfindən mühasirəyə alınması təhlükəsi geridə qalıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. “Mart ayında Rusiya bu istiqamətə hava-desant qoşunları və T-90 tankları göndərməklə Baxmuta resursların tədarükünü artıra bildi. Bununla belə, artıq aprelin 24-də Priqojin Müdafiə Nazirliyini xəyanətdə günahlandırdı və Baxmut yaxınlığında tapşırıqları yerinə yetirmək iqtidarında olmayan bacarıqsız bölmələrin yerləşdirildiyini elan etdi. Bu, həm Baxmut, həm də cəbhənin digər bölmələrində rusların cinahlarını Ukrayna ordusunun hücumlarına qarşı həssas etdi”, - hesabatda qeyd olunub.

Moskvada zavodda yanğın baş verdi

Moskvada MiQ təyyarələri üçün mühərriklərin istehsal olunduğu zavodun ərazisində yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yanğın söndürülüb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Sərhəddə vəziyyət gərginləşdi: daha 2 erməni yaralandı

Ermənistan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində sərhəddə yenidən vəziyyətin gərginləşdiyini iddia edib. Sozcu.az xəbər verir ki, nazirlik daha 2 erməni əsgərin yaralandığını açıqlayıb. Qeyd edək ki, 10 mayda erməni təxribatına Ordumuzun endirdiyi cavab zərbələri nəticəsində 4 erməni əsgərin yaralandığı bildirilmişdi. Erməni təxribatı nəticəsində isə Ordumuz bir şəhid verib, bir əsgərimiz isə başından ağır yaralanıb (snayperlə).

Türkiyə KİV: Məhərrəm İncə müxalifətin Ankara mitinqinə qatılacaq

Türkiyədə prezidentliyə namizədlikdən imtina edən Məhərrəm İncə “Millət İttifaqı”nın Ankaradakı mitinqində iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası belə bir iddia ilə çıxış edib. Qeyd edək ki, bu gün Məmləkət Partiyasının sədri Məhərrəm İncə 14 mayda keçirilən prezident seçkilərinə namizədləyini geri götürdüyünü açıqlayıb.

Kılıçdaroğludan Rusiyaya çağırış: Əlinizi türkün dövlətindən çəkin

Türkiyədə “Altılı masa”nın prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlu Rusiyaya şok xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb. “Sevgili rus dostlarımız. Dünən bu ölkədə ortaya çıxan montajlar, tələlər, “dip-feyk” məzmunlar, kasetlərin arxasında siz varsınız. Əgər 15 maydan sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, əlinizi türkün dövlətindən çəkin. Biz hələ də işbirliyindən və dostluqdan yanayıq”.

Xəzər Teyyublu: Şikayətləri araşdırandan sonra müvafiq dövlət təşkilatlara sorğular göndəririk

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu sosial hüquqları pozulmuş vətəndaşların, onların problemlərin operativ həll etmək üçün təşkilatın yaradılmış Qaynar həttinə gündə onlarla şikayətlər daxil olduğunu bildirib.  Vətəndaşlar  055 556  25 42 whats app vasitəsilə müraciət ərizələri, lazımı olan sənədləri göndərirlər. Xəzər Teyyublu müraciət etdiyi şikayətlərin düzgün olub-olmamasını araşdırandan sonra müvafiq dövlət təşkilatlara sorğuların göndərilməsini bildirib: “Belə ki, Cəlilabad şəhər Təbriz küçəsi ev 45\N, kirayə yaşayan İsmayılov Qamət Əcəb Əli oğlundan, Lənkəran şəhəri, Sahil 34 ünvanında qeydiyyatda olan, Bakıda kirayə yaşayan Həsənov Mirəli Həbibulla oğlundan, Bakı şəhəri, Lökbatan qəs., keç. 1595, ev 11, m. 90 yaşayan Ziyadov Sabir Zaman oğlundan, Bakı şəhəri, Səbayil r-nu, Y.Mürsəlov küş., dalan 1, ev 17A yaşayan Abdullayeva Fərqanə Akif qızından və Bakı şəhəri, Nizami r-nu, R.Rüstəmov küç., ev 34, m. 31 ünvanında yaşayan Məmmədov Eldar Şahmar oğlundan müraciətlərini alaraq araşdırmalara başlamışıq”. Xəzər Teyyblu sorğuların DİN, MİDA, Sosial Müdafiə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə göndərdiyini qeyd etdi.      

Kamal Kılıçdaroğlu Məhərrəm İncəni “Altılı masa”ya dəvət etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu prezidentliyə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncəni “Altılı masa”ya dəvət edib. Sozcu.az xəbər verir ki, bu barədə CHP lideri Tvitterdə bildirib. “Mənim çağırışım hələ də qüvvədədir. Artıq keçmişdə baş vermiş inciklikləri bir kənara qoyaq. Lütfən buyurub gəlsin”, – Kılıçdaroğlu qeyd edib.

Mövqelərimiz artilleriya atəşinə tutulur - MN

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür",- MN-dən bildirilib.

Şəhidimizin atası: Oğlum bu gün evə gələcəkdi - Video

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. Sozcu.az xəbər verir ki, şəhidimizin atası Elxan Novruzəliyev Baku TV-yə danışıb. Bildirib ki, oğlu bu gün evə gələcəkdi.

Məhərrəm İncə geri çəkilir, onu dəstəkləyəcək – Təcili

Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərinə 2 gün qalmış Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri çəkmək qərarı verib. Sozcu.az xəbər verir ki, bu barədə Axar.az-a türkiyəli jurnalist Həsən Barın məlumat verib. Onun sözlərinə görə, yerli vaxtla saat 14:00-da mətbuat konfransı keçərəcəyini elan edən Məhərrəm İncə tərəfdarlarını “Altılı masa”nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğluna səs verməyə çağıracaq. “Məhərrəm İncənin namizədlikdən geri çəkilmə səbəbi kimi səhhətindəki vəziyyətini göstərəcəyi ehtimal olunur”, - H.Barın bildirib. Qeyd edək ki, ötən gün Məhərrəm İncənin səhhətində yaranan problem səbəbindən görüşlərinin təxirə salındığı açıqlanmışdı. Onun hətta infarkt riskinə qarşı müalicəyə başladığı bildirilirdi.