Müsavat Partiyasının 11-ci qurultayı mayın 4-ü Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək. Rəsmi xəbər aprelin 24-də yayılıb.
Qurultay təşkilati məsələlərə baxacaq, o cümlədən partiyanın yeni başqanını seçəcək.
1911-ci ildə yaradılan Müsavat 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbərdir.
2014 və 2019-cu illərdə Arif Hacılı başqan seçilib.
Partiyanın nizamnaməsinə görə, eyni şəxs ardıcıl iki müddətdən artıq başqan seçilə bilməz.Novator.az)