Xarici İşlər Nazirliyi Təbrizdə Baş Konsulluq açacaq.
Sozcu.az xəbər verir ki, bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib.
“Xərclər smetası da təsdiq edilib. O cümlədən, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-i məbləğində təsdiq edilib”, - qərarda deyilir.
Qeyd edək ki, İranla sərhədə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı Tehranla Təbrizdə də Baş Konsulluğun açılması barədə razılıq əldə olunub.