Biləsuvarda zəlzələ: dağıntı və insan xəsarəti... - FHN

Biləsuvar rayonunda qeydə alınan zəlzələ zamanı hər hansı dağıntı və ya insan xəsarəti olmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - deyə nazirlikdən bildirilib. Qeyd edək ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Düşmən Kəlbəcəri atəşə tutdu, Ordumuz tədbir gördü!

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

XİN: Azərbaycanla kommunikasiya xəttini özəl mühafizə agentliyi qoruya bilər

Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının özəl mühafizə şirkətinə verilməsi istisna edilmir. Sozcu.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə baş nazir Nikol Paşinyanın avqustun 31-də məsələ ilə bağlı açıqlamasını şərh edərkən deyib. Nazir müavini bunun Ermənistanın suverenliyini pozmadığını bildirib. kapital bank vakansiya Qeyd edək ki, N.Paşinyan kommunikasiya xəttinin mühafizəsini özəl təhlükəsizlik agentlərinə həvalə edilə biləcəyinin mümkünlüyünü açıqlayıb.

Bu məhsulların qiyməti artacaq - XƏBƏRDARLIQ

İlin əvvəlindən başlayan infliyasiya dalğası hələ də davam edir. Ümumən iqtisadi infliyasiya bütün dünyada müşahidə olunur. Bunun olması isə başda təməl ərzaq malları olmaqla, bir çox məhsulların qiymətinin kəskin bahalaşmasına səbəb olur. Bəs görəsən, bu ilin sonuna doğru infliyasiya göstəricilərində eniş müşahidə olunacaqmı?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırki şəraitdə infliyasiyanın qarşısını almaq qeyri-mümkündür:  "İndiki şəraitdə infliyasiyanın qarşısının alınması mümkün deyil. Çünki ölkədə iqtisadi aktivlik olduqca düşüb. Əsas aktivlik işğaldan azad edilmiş zonalarda cəmlənib. Amma eyni zamanda dövlət insanların sosial təminatı üçün pensiya və digər müavinətlər qaldırsa da, bunun müqabilində kifayət qədər məhsul yoxdur. Buna görə də qiymət artımı qaçınılmazdır. Yəni indiki vəziyyət belə də davam edəcək".  vakansiyalar Ekspert bu tendensiyanın bütün dünyada davam etdiyini və bu səbəbdən idxal məhsullarının olduqca bahalaşdığını diqqətə çatdırıb: "Ölkədə sahibkarlıq və investisiya üçün əlverişli şəraitin olmaması gələcək illərin daha da ağır keçməsini göstərir. Biz məhsulları, malları xaricdən almaq yerinə, daxili istehsala diqqət ayırmalıyıq. Əsas məsələ odur ki, hazırda infliyasiya bütün dünyada getməkdədir. Xaricdən gələn malların da qiyməti bu səbəbdən artır. Biz özümüz isə, ərzağı belə çox az istehsal edirik". 

Rəsmi boşanırlar ki, dövlətdən iki ev alsınlar - Şok açıqlama

Ölkəmizdə son vaxtlar boşanmalarla bağlı statistika heç də ürəkaçan deyil. Bir sıra şəxslər iddia edir ki, boşananların hamısı heç də real hə, tərəflər eyni evdə qeyri-rəsmi qaydada yaşamağa davam edirlər. Yəni rəsmi formada nikaha xitam verilsə də onlar real həyatda ayrılmırlar. Ailələri buna vadar edən səbəb nədir? Sozcu.az xəbər verir ki, hüquqşünas Ramil Süleymanov məsələnin təfərrüatını “Yeni Sabah”a belə izah edib: “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə saxta nikah münasibətləri, saxta nikah anlayışı qanunla tənzimlənib. Amma saxta boşanma barədə qanunvericilikdə heç bir anlayış yoxdur. Ancaq biz bunu məhkəmə praktikasında görə bilirik ki, bəzən saxta boşanmalar icra olunur. Bu əsasən hansı boşanmalar olur? Məsələn, əvvəllər və ya eyni zamanda indiki vaxtda da qanuni nikah əsasında rəsmi olaraq birgə yaşayan şəxslər var ki, bu adamlar işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün statusu daşıyanlar olublar. Onlar müvafiq dövlət qurumundan bir ailə təsərrüfatı üçün bir yox, iki mənzil almaq niyyəti güdürlər. Beləliklə, saxta boşanma həyata keçirməklə rəsmi olaraq bir-birilərindən ayrı görünürlər. Hətta uşaqları belə öz aralarında saxta şəkildə bölüşdürürlər. Yəni, iki övladları varsa, bir uşaq ata ilə, digəri anası ilə qalır. Ayrı-ayrı təsərrüfatlara qeydiyyatda olduqları rayonun müvafiq komissiyasına müraciət edirlər ki, onlar aidiyyatı üzrə mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunsunlar. İkinci bir məsələ ondan ibarətdir ki, bəzən ünvanlı sosial yardım almaq istəyən şəxslər saxta boşanmanı həyata keçirirlər və tərəflərdən biri digərinə aşağı məbləğdə aliment ödəyir. Qadın aliment almasına baxmayaraq, faktiki maddi durumunun uyğun olmadığını dövlət qurumuna təqdim edir və aldatmağa çalışır”. R.Süleymanov bu cür boşananların qanun qarşısında məsuliyyət daşıdığını vurğulayıb: “Vətəndaşlar bu yollara əl atmazdan əvvəl onun qanun qarşısında məsuliyyətini də dərk etməlidirlər. Çünki yalançı boşanmalar həyata keçirməklə dövlət qurumunu aldatmağa cəhd göstərən şəxs dövlət əmlakının qanunsuz şəkildə əldə olunması anlayışının təsir dairəsinə düşə bilir. Nəzərə almalıdırlar ki, əgər bu hal dövlət qurumu tərəfindən aşkarlanarsa, həmin əmlakın geri tələb olunması ilə bağlı vətəndaşa qarşı müvafiq qaydada məhkəmə tərəfindən iddia qaldırıla bilər. Belə olduğu təqdirdə, vətəndaş məhkəmə qərarını icra etmək məcburiyyətində qalacaq".

İsmayıllıda əməliyyat keçirildi - Əlişir Süleymanov saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, Bələdiyyə və İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir. Məlumata görə, keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb. Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib. Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. /qafqazinfo.az/

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur. Həmçinin Gəncə, Goranboy, Naftalan rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir ki, bu da narıncı xəbərdarlığa uyğundur.

Gədəbəydə FACİƏ: yük maşını yatan kişini əzib öldürdü

Gədəbəydə kişi faciəvi şəkildə ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. Sahədə"QAZ-3307" markalı avtomobilə ot presləri yükləyən 51 yaşlı Musayev Elman Əli oğlu dincəlmək üçün həmin maşının arxa təkərlərinin yanında uzanıb. Bu zaman sürücü Əmiraslanov Maarif Bahadır oğlu avtomobili geriyə hərəkət etdirib. Nəticədə Elman Musayev yük maşınının altında əzilərək ağır xəsarətlər alıb və rayon Mərkəzi Xəstəxanasında ölüb.

Bakıda ambulans piyadanı vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub. Sozcu.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib. 74 yaşlı Məlikov Şahverdi Ağaverdi oğlunu avtomobil vuraraq, öldürüb. Məlumata görə, onu ambulans vurub.lent.az)

Azərbaycanda 15 nəfər suda boğularaq ÖLÜB - RƏSMİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu ilin iyul və avqust ayları ərzində Bakı şəhəri üzrə suda boğulma hadisəsi ilə bağlı 38 nəfərin müraciəti qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb. Qeyd olunub ki, suda boğulanlardan 32-si kişi, 6-sı qadın olub: "Onlardan 16 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 15 nəfərin isə həkiməqədər ölüm faktı, 1 nəfərin isə yardımdan imtinası qeydə alınıb".

Azərbaycanda vəzifəli şəxslərə qarşı əməliyyat - Təcili

İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, ötən gün keçirilən əməliyyat zamanı saxlanılanlar olub. Qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında bələdiyyə sədri və digər şəxslər var. Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Manukyan HƏRƏKƏTƏ KEÇDİ - Qarabağdan əl çəkməyəcəyik!

“İndiki hakim komanda hakimiyyətdə olmasaydı, Qarabağ erməniləri hələ də öz torpaqlarında yaşayacaqdı”. Bu barədə Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan danışıb. “Mən Qarabağ ermənilərinin indi hansı vəziyyətdə olacağını deyə bilmərəm. Lakin Ermənistanda fərqli bir hökumət olsaydı, onlar mütləq öz evlərində yaşayacaqdılar. Hazırkı vəziyyət indiki hökumətin can atdığı şeydir və buna nail oldu”, - deyə Manukyan yerli “İcmal” proqramında bildirib. O, hazırkı hakim komandanın müəyyən dairələrdə “Ermənistan dövlətinin İsveçrə və ya Lixtenşteyn kimi sabit regionda yaşaya biləcəyi” ideyasını axmaqlıq adlandırıb. “Bu, tamamilə axmaq və qeyri-real fikirdir. Amma onlar (hakim elita) bunu əsas götürdülər. Onlar hesab edirlər ki, Qarabağ problemi olmasa, ermənilərin “çoxəsrlik” istəkləri (məsələn, başqalarının torpaqlarına göz dikməsi kimi - red.) bir kənara qoyulsa, “Ağrı bizim dağımız deyil” desələr, Ermənistan çiçəklənməyə başlayacaq. Bu axmaq ideya təkcə Nikolun beynində kök salmayıb, o, bunu təbliğ etmək və yaymaq üçün hər şey edir”, - deyə revanşist Manukyan bildirib. Onun sözlərinə görə, əgər 2018-ci ildə hakimiyyət dəyişikliyinə qədər Ermənistanda kiməsə desəydilər ki, indiki hakimiyyətin sadiq qaldığı ideologiyaya malik adamlar hakimiyyətə gələ bilər, çoxları buna inanmazdı. “Türkiyə, Azərbaycan və Rusiyanın diktəsini qəbul etməklə heç nə əldə etməyəcəyik. Nə sülh, nə də iqtisadi inkişaf olacaq. İnsanlar xoşbəxt həyat üçün tamamilə boş yerə ümid edirlər, çünki problemi unutmaqla buna nail olmaq mümkün deyil. Mövcud problemlərin real həlli olmadan heç bir dövlət uğur qazana bilməyib. Bizim üçün Qarabağ təkcə milli məsələ deyil, həm də problem, vəzifə idi. Bir vəzifənin olması və onun həlli ilə ermənilər güclənir”, - Manukyan bu sözlərlə əsl erməni xislətini ortaya qoyub.(musavat.com)

İtkin düşən 15 yaşlı qızın meyiti tapıldı: Cinayət işi...

14:31 Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Bildirilib ki, qızın meyitinin qonşu həyətdə basdırıldığı müəyyən olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır. *** Sentyabrın 3-də saat 10 radələrində Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 2009-cu il təvəllüdlü Sevinc Abbaslının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Bərdə Rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. "Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib. İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilir

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib. “Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 03.09.2024-cü il tarixdən 06.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, - məlumatda vurğulanıb.

Metroda nasazlıq: sərnişinlər düşürüldü

Metronun "Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətindən məlumat verilib. "Baş verən nasazlıq "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb".

Bakıda tozun miqdarı ilə bağlı yeni açıqlama...

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında nisbi azalma müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib. "Sinoptik vəziyyətlə əlaqədar ölkə ərazisində sabah səhər saatlarından başlayaraq cənub-şərq istiqamətli küləklərin şimal-qərb istiqamətli küləklərlə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən gün ərzində havada tozun miqdarının tədricən azalacağı gözlənilir”, - deyə bildirilib.

ABŞ bu raketləri Ukraynaya verəcək

Vaşinqton JASSM uzaqmənzilli qanadlı raketləri Kiyevə təhvil verməyə yaxındır, lakin Ukrayna gözləməlidir, çünki müvafiq texniki məsələləri həll etmək üçün ABŞ-a bir neçə ay lazım olacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” amerikalı rəsmilərə istinadən məlumat yayıb. “Hava-yer tipli raketlərin Kiyevin silah paketinə daxil edilməsi bu ilin payızında açıqlanacaq, baxmayaraq ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb”, - məlumatda deyilib.

Azərbaycanın dövlət adını düzgün ifadə etmiş təqvim

1991-ci ilə aid təqvim "Ocaq" Mədəniyyət Mərkəzi tərəfindən tərtib olunub. Tərtib edəni İslam Atakişiyev, redaktoru Rafiq İsmayılov, rəssamı Yavər Əsədovdur. Təqvimdə Azərbaycan Cümhuriyyətinin düzgün şəkildə adı, mövcud olduğu illər, xəritəsi və ilk müstəqil dövlətimizə aid xronologiya yer alıb. Təqvim saytımızın redaktoru, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi'nin şəxsi kolleksiyasındadır.  Sözcü.az 

Bakı yenə toza büründü - Bu ölkədən gəlir

Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur. Avtomatik stansiyalardan əldə olunan məlumata görə, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”. Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

Ukrayna 600 rus hərbçisini əsir götürdü - Təcili

Rusiya qüvvələri sərhədyanı əraziləri davamlı olaraq atəşə tutduğu üçün Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində hücuma başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski “Ukrayna 2024. Müstəqillik” forumunda çıxışı zamanı bildirib. Sırski Kursk əməliyyatını Ukraynanın “təhlükəsizlik zonası yaratmaq, Rusiya Federasiyasının ərazisindən atəşə tutulmasını dayandırmaq, Sumı vilayətində mülki obyektləri qorumaq” istəyi ilə izah edib. vakansiya "Bundan əlavə, düşmən bu istiqamətdə xeyli sayda qoşun cəmləşdirirdi və bu istiqamətdə hücum əməliyyatı planlaşdırırdı", - o deyib. Ali Baş Komandan vurğulayıb ki, Ukrayna ordusu Kursk vilayətində keçirilən əməliyyat zamanı 594 rus əsgərini əsir götürü: “Qoşunlarımızın uğurlu fəaliyyəti sayəsində biz mübadilə fondunu xeyli artırmışıq”. Sırskinin sözlərinə görə, Rusiya Kursk istiqamətinə 30 min hərbi qulluqçu köçürməyə məcbur olub və bu rəqəm artmaqda davam edir. Sırski əlavə edib ki, Kursk vilayətində Ukrayna 1294 kv.km ərazini və “bu ərazidə yerləşən 100 yaşayış məntəqəsini” nəzarətə götürüb. Rusiya tərəfi Sırskinin açıqladığı rəqəmə münasibət bildirməyib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı əlavə edib ki, Kursk istiqamətində hücum əməliyyatının məqsədlərindən biri Rusiya qüvvələrini digər istiqamətlərdən, ilk növbədə Pokrovski və Kuraxovskidən yayındırmaq olub. Avqustun 24-də Ukrayna və Rusiya “115-in 115-ə” düsturuna əsasən növbəti hərbi əsir mübadiləsi həyata keçirib. Rusiya teleqram kanallarının məlumatına görə, əsir mübadiləsi zamanı Kursk vilayətində əsir götürülən bəzi rusiyalı hərbi qulluqçular evlərinə qayıdıblar.

Uşaqpulu ilə bağlı ən son xəbər: “Kimin neçə uşağı varsa…”

Zaman-zaman uşaqpulunun verilməsi məsələsi istər mediada, istər ictimaiyyətdə, istərsə də Milli Məclisdə (MM) gündəmə gətirilir. Hətta bəzi ekspertlərin fikrincə, MM-nin yeni tərkibi bu məsələni müzakirəyə çıxara bilər. Deyilənlər nə dərəcədə real görünür? MM-in yeni tərkib uşaqpuluna yenidən baxacaqmı? Bu istiqamətdə müzakirələr başlaya bilərmi? Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədovun fikrincə, uşaqpulu obyektiv məsələdir. O deyib ki, doğrudan da bu məsələ Milli Məclisdə tez-tez gündəmə gətirilib: “Düzdür, ünvanlı sosial yardımlar verilir. Amma bu yardımlar birbaşa lazımı ünvana çatmır. Yolda müəyyən “problemlər” yaranır, bu işi dolayı yollarla başqası üçün “həll edirlər” və s. Burada bəzi neqativ hallar baş verir. Ona görə də, bunun qarşısını almağın ən yaxşı yolu uşaqpulunun verilməsidir”. Sabiq deputatın fikrincə, uşaqpulu birbaşa uşaq olduğu ailəyə çatacaq: “Məsələn, kimin neçə uşağı varsa, ona uyğun da pul alacaq. Bu, çox vacib məsələdir. Həm uşaqların normal təhsil ala bilməsi, həm məktəb ləvazimatları üçün uşaqpulunun verilməsinə çox böyük ehtiyac var. Hesab edirəm ki, yeni və köhnə deputatlar bu məsələlərə toxunacaq”. Sabiq deputat deyib ki, uşaqlara veriləcək məbləği hesablamaq lazımdır: “Bir uşaq üçün 100 manat da ola bilər, 150-də. Heç olmasa bir uşağın normal təhsili, məktəb ləvazimatı üçün nə qədər vəsait lazımdır, onu hesablasınlar və ona uyğun uşaqpulu təyin etsinlər. Həm də dövlətin imkanına baxılmalıdır ki, büdcədə nə qədər pul var. Uşaqpulu çox vacibdir və ən asası bu məsələdə ünvanlı yardım söhbəti yoxdur. Çünki uşaq olan ailəyə pul çatır, ünvanlı sosial yardımlar kimi yolda da heç bir itkiyə getmir”. 

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Elçin Əliyevin anası Ulduz Əliyeva vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun uzunsürən xəstəlik səbəbilə dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, Elçin Əliyev 4 mart 1994 - cü ildə Mingəçevirdə anadan olub. O, 2016-cı il Aprel döyüşlərində iştirak edib. E. Əliyev 2020-ci ildə Talış kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezidentin Sərəncamına əsasən, “Suqovuşanın azad olunmasına görə” medalı ilə (ölümündən sonra) təltif edilib.

Meteor yağışı olacaq

“İlin müəyyən günlərində Yer öz orbiti üzrə hərəkət edərək kometlər və ya asteroidlərlə əlaqəli xüsusilə sıx axınlardan keçir və bu, illik meteor yağışına səbəb olur. Bu cür meteor yağışları hər il təkrarlanır. Bu il ε-Perseid meteor yağışı sentyabrın 5-dən 21-dək aktiv olacaq və sentyabrın 9-da pik həddə çatacaq”. Bu barədə Sozcu.az -a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Bakıdan baxanda yağış hər gecə saat 19:30 radələrində üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq. Yağış saat 05:00-da - üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir. Qeyd edilib ki, Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə meteor yağışları yaranır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda təxminən 70-100 km yüksəklikdə yanmağa başlayır və “düşən” ulduzlar kimi görünür.

Küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 2-si saat 18:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Altıağacda 18 m/s, Xaçmazda 17 m/s, Qubada 12 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 38, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.