ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb, lakin hələ onları tətbiq etməyib.
Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“ABŞ Ukrayna ilə sülh müqaviləsini rədd edəcəyi təqdirdə Moskvaya təzyiqi artırmaq üçün Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar paketi hazırlayıb.
Vaşinqtonun “kölgə donanması”nın bir hissəsi hesab etdiyi və dəniz yolu ilə neft daşımaq üçün istifadə etdiyi gəmiləri hədəf almaq da daxil olmaqla, müxtəlif variantlar nəzərdən keçirilir”, - məlumatda bildirilib.
