Ukrayna Krıma zərbələr endirib, ölən və yaralananlar var

Ukrayna xüsusi əməliyyat qüvvələri Krım yarımadasında Rusiya Silahlı Qüvvələrinə məxsus 126-cı sahil mühafizə briqadasının obyektlərinə zərbələr endirib. Bu barədə Ukrayna təhlükəsizlik qüvvələrindən bildirilib. Qeyd edilib ki, əməliyyat zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub. Zərbələr nəticəsində qarşı tərəfdən ölən və yaralananlar olduğu bildirilib. Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib. Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov hələ iyul ayında Ukrayna ordusunun tezliklə Krımda olacağı anonsunu verib. Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov isə hələ bir müddət əvvəl verdiyi açıqlamada yarımadanın hərbi yolla azad ediləcəyini vurğulayıb. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

XİN: "Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır"

"Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır". Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar "X" hesabında etdiyi paylaşımda yazıb. "Biz qətliam qurbanlarını həmişə xatırlayırıq və heç vaxt unutmayacağıq", - o bildirib.

Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi - RƏSMİ

Ukrayna Silahlı Qüvvələri Rabotino yaşayış məntəqəsini azad edib.  Sozcu.az NEXTA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.  "Düşmənin şiddətli müqavimətinə baxmayaraq, Novoprokopovka və Oçeretovatıya doğru irəliləyirik", - o qeyd edib.  Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

Türkiyə ordusu şəhid verdi - FOTO

Türkiyə ordusunun hərbi qulluqçusu Bünyamin Barlık şəhid olub.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin X-dəki rəsmi səhifəsində paylaşım edilib.  Nazir Yaşar Güler başsağlığı verib.  Allah rəhmət eləsin! 

Toyu növbəti dəfə təxirə düşdü

Türkiyəli aktrisa Öykü Gürmanın toyu təxirə düşüb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, sentyabr ayında Fatih İçmeli ilə nikah masasına oturmağa hazırlaşan aktrisanın evinin olduğu şəhərdə yanğın çıxdığı üçün buna çox kədərlənib. Bu səbəbdən toy etməkdən imtina edib. Qeyd edək ki, aktrisa daha öncə də konsertlərinə görə toy tarixini dəyişmişdi. 

Gün ərzində ac qalmağın orqanizmə hansı faydaları var?

Həkimlər bütün günü ac qalmağın mümkün olub-olmadığını açıqlayıblar. Sozcu.az lent.az-a istinadən bildirir ki, ac qaldıqda gün ərzində orqanizm qaraciyərdə qlikogen yandırmağa başlayacaq, yeni ehtiyatlar və autofagiya prosesləri başlayacaq. Yəni, orqanizm köhnə və xəstə hüceyrələrini "yeyəcək". Amma metabolik proseslər üçün çox maye içmək lazımdır. Bu baxımdan mədəaltı vəzidə ağrılar, öd yolları ilə bağlı problemlər və ürək yanması ola bilər.

Mançini rəsmən Səudiyyə Ərəbistanı millisində

Roberto Mançininin Səudiyyə Ərəbistanı millisinə təyinatı rəsmiləşib. Sozcu.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti sosial şəbəkələrdə məşqçinin video təqdimatını yayıb. Daha əvvəl jurnalist Nikolo Şkira 58 yaşlı mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanacağını yazıb. Qeyd edək ki, avqustun 13-də Mançini 5 il çalışdırdığı İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

İki erməni hərbçi öldü

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb. Sozcu.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, avqustun 27-də hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar. Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparıldığını bildirib.

Kürdə batan yeniyetmə qızın meyiti tapıldı

Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, onun meyiti ötən gün axşam saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, 2009-cu il təvəllüdlü Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsigilə qonaq gəlib. O, Kür çayının sahilində yellənçəkdə yellənmək istəyərkən ehtiyatsızlığa yol verib, nəticədə yeniyetmə suya düşərək boğulub. Fakt araşdırılır.

Rusiyanın itkiləri 262 minə yaxınlaşır

Ukrayna müharibənin 551-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 261 310 hərbçi, 4400 ədəd tank, 8562 ədəd zirehli döyüş maşını, 5425 ədəd artilleriya sistemi, 730 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 499 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7866 ədəd avtomobil texnikası, 4383 ədəd PUA, 1415 qanadlı raket, 18 gəmi/qayıq, 809 xüsusi avadanlıq itirib.

Lerik polisindən əməliyyat: qardaşlar saxlanıldı

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhəri Qaradağ rayon sakinləri Təhməz Dadaşov və qardaşı Bahadır olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lerik RPŞ-də zəruri istintaq tədbirləri həyata keçirilir.

Moskvaya PUA hücumu edildi

Bu gün səhər saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram səhifəsində yazıb. Məlumata görə, Moskvaya doğru uçan PUA Lyubertsı şəhərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Dağıntı və tələfat yoxdur.

MB vəzifəli şəxsi 6200 manat cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) apardığı cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini cərimələyib. Bu barədə Sozcu.az-a AMB-dən məlumat verilib. Bildirilib ki, həmin şəxs “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilib. Sözügedən nöqsan və çatışmazlıqların investisiya şirkətinin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

MN: Ermənilərin yaydığı bu məlumat yalandır!

Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bodrumda oteldə atışma: ölü və yaralılar var

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərindəki otellərin birində atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib. Məlumata görə, otelə maşınla gələn 3 nəfərlə orada olan digər 3 nəfər arasında silahlı qarşıdurma yaranıb. Hadisə nəticəsində 1 nəfər öldürülüb. Digər 3 nəfər isə yaralanaraq xəstəxanaya aparılıb.

Postda yoxlama: erməninin nərd taxtası götürüldü - Foto

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib. Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma respublikanın gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib.

UAZ bu türk ölkəsində yığılacaq

Ulyanovsk Avtomobil Zavodu (UAZ) Özbəkistanın Daşkənd vilayətindəki Çirçik texnoparkında avtomobillərin yığılmasına başlamaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə texnoparkdan məlumat verilib. Məlumata görə, texnopark və UAZ rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə ediblər. “UAZ nümayəndələri Özbəkistanda avtomobillərin yığılmasına başlamaq niyyətlərini açıqlayıblar”, - məlumatda qeyd olunub.

Əhmədinejada qarşı sui-qəsd cəhdi edildi

İranın keçmiş prezidenti Mamhud Əhmədinejada qarşı sui-qəsd cəhdi edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Dolət-e Bahar” Teleqram kanalı məlumat yayıb. Əhmədinejadın ofisi hərbi və təhlükəsizlik orqanlarına ona qarşı edilən sui-qəsd barədə məktub göndərib və lazımi tədbirlərin görülməsini istəyib. Məktubun məzmununa görə, son günlər müşahidə edilən addımlar açıq şəkildə keçmiş prezidentə qarşı mütəşəkkil qaydada sui-qəsd cəhdindən xəbər verir.

Ərdoğan ABŞ-a səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edəcək. Sozcu.az xəbər verir ki, səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi nəzərdə tutulub. Bildirilib ki, Ərdoğan Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl nəqli kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir. Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır, ona BMT-nin 193 üzvünün hamısı daxildir. Assambleyanın əsas iclası hər ilin sentyabr-dekabr aylarında keçirilir. Bundan əlavə, Türkiyə prezidenti sentyabr ayında G20 liderlər zirvəsində iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Ukrayna Bryanskda aerodroma hücum etdi

Ukrayna ordusu Bryansk vilayətindəki hərbi aerodroma PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfdən aerodrom istiqamətinə 3 ədəd PUA buraxılıb. Bildirilib ki, PUA-ların hamısı vurulub.

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürakı qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Metin Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra ölkəmizə səfər etməsinin önəmi qeyd edildi və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edildi. Görüşdə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin önəmi və ordumuzun bu qələbənin əldə olunmasında göstərdiyi yüksək peşəkarlığı və qəhrəmanlığı vurğulandı.

Xüsusi təyinatlılar azərbaycanlılara hücum etdi

Avqustun 27-i axşam saatlarında Kərəcin Qohərdəşt və Urmiyanın İmam küçələrində təhlükəsizlik məmurları vətəndaşlara hücum ediblər. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat və videolar yayıblar. Kərəcdə hələlik kimliyi müəyyən edilməyən iki nəfərin həbs edildiyi qeyd edilib. Bildirilir ki, Urmiya şəhərinin İmam küçəsində motosikletdə olan xüsusi təyinatlı qüvvələr vətəndaşları toplaşmağa qoymayıb, onların bölgədən uzaqlaşdırılmaları üçün zor tətbiq ediblər.

Elçin Rəhimzadə - Məni Allah qaldırdı yıxıldığım o yerdən

Yıxılanda əlimdən tutan olmadı mənim, Dost sandığım insanlar üz çevirib, getdilər. Məni Allah qaldırdı yıxıldığım o yerdən, " Necə oldu bu qalxdı ?" deyə qeybət etdilər. Səbr elədim, dirəndim əzaba, çətinliyə, Nə zamankı ümid də qalmamışdı sabaha. Mən insana əl açıb demədim ki, yardım et, Yardımçün əl uzatdım xilaskarım Allaha. İndi həmin insanlar yıxılıblar özləri, Mən nə çəkdim çəkirlər,mən kənardan baxıram. Məni tək buraxdılar ağır, çətin anımda, Mən onları Allahla təkbətək buraxıram. Elçin Rəhimzadə

Şəfiqə xanım Qaspıralının 1971-ci ildə İstanbuldan Gəncəyə göndərdiyi foto

Fotonun arxa hissəsində "Oğlum Envere sevgilerle - Şefika 24-12.1971" qeyd olunub.  Foto Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin böyük qardaşı Həmid bəy Yusifbəylinin yeganə övladı Ənvər Yusifova göndərilib. Şəfiqə xanım və övladları Azərbaycanı tərk edəndə Ənvər çox balaca uşaq idi. Fotodakı balaca uşaq odur. Ceyhun Nəbi