Bildiyimiz kimi üç Qafqaz ölkəsinin yaranması İ Dünya savaşının nəticələri əsasında ciddi ərazi mübahisələri ilə müşaiyət olunmuş və sonralar Gürcüstanla bu mübahisələr yoluna qoyulsa da, Qarabağla bağlı mübahisə sovetlərin dağılması ilə məlum mərhələyə gəlib çıxmışdır. Bu baxımdan Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağ Azərbaycanın tərkib hissəsidir deməsi Qarabağ uğrunda erməni hərəkatının 100 ildən çox çəkən mübarizəsinə də qoyulan son nöqtə idi.
Paşinyan,35 illik Qarabağ məcarasının Ermənistanın suveren və müstəqil dövlət kimi hərəkət etməsi və ya formalaşması üçün ən böyük maneə olduğunu anlamış, Ermənistanın müstəqil dövlət olmadığını və suverenliyinin başqa mərkəzlərdə olduğunu etiraf etmişdir və nəticədə, bu avantüradan birdəfələik qurtulmaq yolunu tutmuşdur. Paşinyan, ərazi iddiasi ilə yaşayan Ermənistanın nə təhlükəsizlik,nə də iqtisadi inkişaf əldə edəcəyinin mümkün olmayacağını etiraf etmişdir.. Yenidən silahlanmanın və ya geosiyasi durumdan yararlanaraq xarici köməyə arxalanmanın kiçik dövlətlər üçün təhlükəsizliyə yox,daimi təhlükəyə aparacağnı anlamışdır. O, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurulmasını Ermənistanın təhlükəsizliyi üçün mühum amil olduğunu bəyan etmişdir.
Təbii ki, bütün bu köklü dəyişiklikləri və Paşinyanın strateji seçimini sürətləndirən aparıcı amil 44 günlük savaş və savaşdan sonrakı dövrdə Azərbaycan ordusunun strateji nöqtələri nəzarətə götürməsi və Ermənistanın Rusiyadan gözlədiyi dəstəyi almaması ilə bağlı olmuşdur. Hadisələrin bu cür gedişi Paşinyana da fayda gətirmiş və Rusiyadan qurtulmaq istəyində olan Ermənistana Rusiya qarşısında arqumentli hərəkət etməyə imkan vermişdir.
Paşinyanın ABŞ və İngiltərənin kəşfiyyat liderlərini Yerevana dəvət etməsi və Türkiyə və Erdoğan ilə münasibətlərin qurulması strateji seçimin onlara bəyan edilməsi idi.
Bu dövrə qədər, 44 günlük savaşdan sonra da Paşinyanın özünün səsləndirdiyi “DQ-ın statusunun dəqiqləşdirilməsi”, “milli müqəddaratının təmin edilməsi”, “xilas naminə ayrılma” tezısləri, ATƏT Minsk grupu həmsədrlərinin, müharibədən əvvəlki 3 prinsip və 6 elementlərini hər imkanda xatırlatması,eynilə hər gün ABŞ –ın Ermənistandakı səfirinin bögələrdə və TV-lərdə “DQ-ın statusu hələ müəyyən edilməyib, münaqişə hələ bitməyib” bəyənatları, Fransa Senatı və Parlamentinin DQ-ı tanımaq qərarları, Rusiyanın isə “statusu soznatelno sonraya saxlamışıq” bəyənatları Paşinyanın strateji seçimi ilə tarixin zibilliyinə atıldı.
2022 –ci il Oktyabrında Praqada və sonra Soçidə razılaşdırılan Bəyannamə sonralar hər iki ölkənin ərazisini konkretləşdirən rəqəmlərlə ifadə edilmiş və Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etmişdir.
Paşinyanın bu bəyənatları sülh müqaviləsinə gətirməsə də, Azərbaycanı bölmək istəyən və asılı vəziyyətdə saxlamağa calışan ölkələr tərəfindən də sürpriz kimi qarşılanmış və onlar da artıq yeni reallığa uyğun hərəkət etməyə məcbur olmuşlar. Paşinyanın Azərbaycanın suverenliyini tanıması, Azərbaycanın suverenlyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təzyiq və təsirləri minimuma endirmiş və ölkəmizin daha da əminlikıə hərəkət etməsinə imkan yaratmışdır.
Paşinyanın Qarabağ Azərbaycandır deməsinə açıq şəkildə hiddətlə yanaşan yəqin ki Rusiyadan başqa bir dövlətə rast gəlinməmişdir. Belə çıxdı ki, Paşinyan Qarabağ Azərbaycandır deməklə Rusiyanın bütün planlarını pozmuşdur. 2020-ci ilin Noyabr və Dekabr aylarında Qarabağ Azerbaycanın ayrılmaz hissəsidir deyən Putin, Paşinyanın Azərbaycanın sovet sərhədlərində tanımasını qəzəblə qarşılayır və əvəzində müharibədən əvvəl gedən “sülh prosesində” onun, Kəlbəcər və Laçın qarışıq,Qarabağın Ermənistan yursdiksiyasında olacağı planlarını müzakirə etdiyini deyirr... Digər tərəfdən, Lavrov biz yox, Praqa bəyannaməsini imzalamaqla Paşinyan Qarabağı Azərbaycana verdi, Rusiyanın bölgədəki missiyasını,sülhməramlı qüvvələri qeyri-müəyyənliyə gətirdi....deyir.. Son bəyənatla da Rusiya bütün bunları bir daha təkrarladı....statusu gələcək nəsillər həll edəcəkmiş və o zamana qədər də Qarabağ Rusiyanın məsuliyyət zonası olacaqmış....
Bütün bunları analiz etdiyimiz zaman ortaya haqlı bir sual çıxır. Bizim Ermənistanla davamlı sülh yaratmaq üçün müttəfiqimiz kimdir?. ABŞ, Fransa, AB yoxsa Rusiya? Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan Paşinyan, yoxsa bunu etdiyinə görə onu qınayan Putin Rusiyası? Əlbəttə, bu gün Azərbaycanın sülh tərəfdaşı sözsüz ki, Nikol Paşinyandır. Təbii ki, Paşinyanın da hansı düşüncələrin hakim olduğu Ermənistanı təmsil etdiyini bilirik. Amma əsas məsələ onun tutduğu yoldur. Bizim məqsədimiz Azərbaycanın suverenliyini və təhlükəsiziyini təmin edən davamlı sülhü təmin etməkdir. Bu yolda o bizimlə birgə hərəkət edirsə, demək biz də onun hərəkəti üçün münbit şərait yaratmalıyıq. Diplomatiya heç də nə ağ və nə də qara rəngdə olur.
Əgər kənardan baxsaq, onun özü də bu istiqamətdə gələcəyə yönəlimiş cəsur addımlar atır. Son anti-terror əməliyyatı zamanı Paşinyanın göstərdiyi baxış gələcəyə yönəlmiş və iki ölkə arasında barışa söykənmiş yanaşma idi. Onun başqa cür hərəkət etməsi, nəticəsindən asılı olmayaraq daha da düşmənçilyə aparan və xoş mərama yol qoymayan və Ermənistan üçün alçaldıçı sülhə gətirən addım olardı. Paşinyanın tutduğu məsuliyyətli mövqe Azərbaycanla ikili münasibətlərin ilkin təməlinə qatqı oldu. Rusiya XİN –nin son bəyənatı Paşinyanın bu cür mövqeyinə də faktiki etiraz edir...
Bu baxımdan biz hər alanda qarşıdurma yox, incə diplomatiya yürütməmiz lazım. Azərbaycanda Paşinyanı linç edən telegram kanalları, saytlar, qəzetlər və TV- lərdən başa düşülən odur ki, hamı Paşinyanın şeytan imicini yaradaraq onun getməsini, uğursuzluğa məruz qalmasını istəyir. Onu linc etməklə ixtisaslaşan xüsusi jurnalistlər təbəqəsi yaranmışdır. Hər gün eyni istiqamətdə bu kampaniya gedir. Heç işğal dönəmində bu cür halla rastlaşmırdıq. Bu cür yanaşma Azərbaycana nə verəcək və bizim maraqlarımıza nə qədər uyğundur? Aparılan kampaniya hansı rasional yanaşmaya xidmət edir?. Tamam, o zaman sabah Paşinyan devrilerek getdi. Yerinə təbii ki, onu devirenlerden biri gələcək. Onun yerinə gələn Qarabağ Azərbaycandır deyəcəkmi?. Yox, deməyəcək. Sahədə vəziyyəti də dəyişə bilməyəcək, amma yeni vəziyyət heç də Azərbaycanın maraqlarına uyğun olmayacaq. Və pusquda duran beynəlxalq qüvvələr və Rusiya müdaxilə üçün yeni variantlar ortaya qoyacaq.
Azərbaycan artıq Qarabağda suverenliyini təmin etmək üçün tələb olunan bütün addımları atmışdır. İndi biz qalibik, biz dəfələrlə üstünük. Və həm gücümüzlə və həm də intellektual yanaşma və baxışımızla, sözdə və əməldə sülh dili və sülh mədəniyyəti ilə hərəkət etsək, müharibədə qalib gəldiyimiz kimi sülhə də nail olacağıq. Belə olursa, bizə qarşı yönəlmiş çox sayda maneələri və bizə qarşı yaradılmış beynəlxalq ön yarğıları tezliklə aşacağıq.
Önümüzdə bu məsələnin sülh müstəvisinə keçirilməsi və yerli erməni əhalisinə təhlükəsiz yaşaması üçün şəraitilərin yaradılması artıq Azərbaycan dövlətinin Konstitusiya məsuliyyətidir. Artıq düşmənçilik yox, münasibətlərin qurulması və inam yaradılması önə çıxmalı və Azərbaycanın dövlət orqanları yerli erməni əhalisinə həssas yanaşmalıdır. Azərbaycan dövləti öz suverenliyini şərəflə bərpa etdiyi kimi, öz erməni vətəndaşlarına da sahib çıxmalıdır. Bu cür olursa, Azərbaycan dövləti nihayi halda daha da gücü olacaq.
Digər tərəfdən, indiki halda evakuasiya olunan erməni kəndlərindəki evlərin və mülkiyyətin qorunması təhlükəsizlik qüvvələrinin 1 nömrəli vəzifəsi olmalıdır. Hər hansı dağıntı və talanın qarşısı alınmalıdır. Bunu törədənlər sərt cəzalandırılmalıdır. Mən erməni mülki vətəndaşların öz evlərini,bağ və bostanlarını qoyub getməsinin əlbəttə əleyhinəyəm. Bunu həyatı dağılmış, ürəyi dağlanmış və 30 ildir evinə gedə bilməyən bir qaçqın kimi deyirəmsə, demək ki,insanlıq bunu deyir. Onlar indi panikaya qatılıb öz evlərini tərk etsə də, qısa müddətdən sonra ayaqyalın öz evlərinə dönməyə çalışacaqlar Həyatı dağılmış süni həyat sürən birisi olaraq, bu cür talehi heç kimə arzu etmirəm. Biz yüz minlərlə insanımıza fəlakət gətirən və vətənimizi xarabaya çevirən zəhərli erməni nasist düşüncəsini oğullarımızı qurban verərək məhv etmişiksə, o zaman azad etdiyimiz bu torpaqlarda yaşayan ermənilərə insanlığı və hansı insani təfəkkürə sahib olduğumuzu nümayiş etdirməliyik.moderator)
Elxan Mehdiyev
Tədqiqatçı-alim