Əsirlikdə sağ olduğu təsdiqlənən 54 azərbaycanlı sonradan ÖLDÜRÜLÜB

1998 və 2001-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təqdim edilmiş məktublarda 54 nəfər azərbaycanlının adı keçmiş və sağ olduğu təsdiqlənib. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatda qeyd olunub. Bildirilib ki, sözügedən məktublarda Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və Azərbaycan Respublikasının bu ölkə tərəfindən işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatına alınıblar. "Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfər də daha sonradan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən qətlə yetirillib. Onlardan sadəcə 17 nəfərinin nəşi qaytarılıb, 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib. Bu isə ciddi insan hüquqları pozuntusudur", - hesabatda vurğulanıb.

Zəfər Günü münasibəti ilə Bakıdakı Türk şəhidliyi abidəsi ziyarət olunub

Türkiyənin Zəfər Günü milli bayramı münasibətilə Bakıda Türk Şəhidliyi abidəsi ziyarət olunub. Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən türk şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər iştirak edib. İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Türkiyə səfiri Cahit Bağçı çıxış edərək Mustafa Kamal Atatürkün idarəçiliyində türk əsgərlərinin qəhrəmanlığından danışıb, şəhidlərin ruhunu yad edib və Zəfər gününün əhəmiyyətini diqqətə çatdırıb. Sonda şəhid məzarları və Türk şəhidliyi abidəsi önünə gül və əklil qoyulub. Qeyd edək ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir. İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub. Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.

Araiklə gizli görüş keçirən “səkkizlik” separatçı rejimin gələcəyi haqda hansı razılığa gəldi?..

Sabiq “müdafiə naziri” və keçmiş “prezident” arasında qarşıdurma yaşandı... Dünən – avqustun 29-da Xankəndindəki qanunsuz “qanunverici orqan”ın  növbədənkənar “sessiyası” zamanı separatçı-terrorçu rejimin keçmiş “prezidenti” Arkadi Qukasyan və qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi və sabiq “müdafiə naziri” Samvel Babayan arasında qarşıdurma baş verib .   Sozcu.az xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə,  onların ziddiyyətləri uzun tarixə malikdir: :2000-ci ildə Qukasyana qarşı sui-qəsd baş verib, onun təşkilatçısı Samvel Babayan olub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib , lakin 4 ildən sonra Robert Köçəryanın vasitəçiliyi ilə Arkadi  Qukasyan onu əfv edib . “Amma onlar əbədi düşmən olublar. Dünənki sessiyada , Artsaxdakı vəziyyətin müzakirə edildiyi və iştirakçılar öz fikirlərini bildirəndə , Qukasyan fürsəti əldən verməyib və “ bəzilərini ” düzgünlüyə çağırdı , onları bu vəziyyətdə siyasi dividendlər əldə etmək üçün çirkin cəhdlər etməməyə çağırdı . O, Samvel Babayanın son bəyanatına istinad edərək Araik Arutyunyandan həmin bəyanatlara , xüsusən də “zirzəmi razılaşmaları ” na dair açıqlama verməsini tələb edib . Arutyunyan Babayanın öz son bəyanatlarında “zirzəmi razılaşmaları” haqda dediklərini tamamilə təkzib etməli olub , sonuncu isə bir kəlmə belə danışmayıb. Xatırladılır ki, Babayan “səkkizliyi ” Arutyunyanla razılığa gəlməkdə, yeni növbəti “prezident” və “hökumət”in tərkibini müəyyənləşdirməkdə ittiham edib. Həmin 8 nəfər arasında təxminən iki həftə əvvəl Arayik Arutyunyanla görüşən və istefa vermək niyyətini müzakirə edən  keçmiş “president”lər Bako Saakyan və Arkadi Qukasyan da var .moderator)

Rusiyaya total PUA hücumu: Bu vilayətlər vuruldu

Ukrayna müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumlardan birini həyata keçirib. Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətləri PUA hücumlarına məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, ən güclü zərbə Pskovdakı Müdafiə Nazirliyinə məxsus aerodroma endirilib. Rəsmi məlumatda hücumda neçə dronun iştirak etməsi bildirilməsə də, Rusiya Teleqram kanalları bunların 10-20 ədəd olduğunu yazıb. Partlayışlar yerli vaxtla saat 23:40-da (Bakı vaxtı ilə 00:40) başlayıb və iki saata yaxın davam edib. Pskov qubernatoru Mixail Venediktov hücum zamanı xəsarət alanların olmadığını deyib. Rəsmi məlumatda aerodromdakı 4 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin zədələndiyi təsdiqlənib. Pskovda Rusiyanın 76-cı qvardiya desant-hücum diviziyası yerləşir və bu təyyarələr də həmin divisiyanın ixtiyarındadır. Bu diviziya Ukraynanın Buça şəhərinin işğalında iştirak edib. Rusiya mətbuatı yazır ki, vurulan hər bir İl-76 təyyarəsinin qiyməti 5 milyard rubldur. Hazırda aerodrom avqustun 31-nə kimi bağlı elan edilib. Pskov şəhərində diversantların axtarışı ilə bağlı “Edelveys” planı tətbiq olunub. Bundan başqa, Bryansk vilayətinə də PUA hücumu edilib. “Baza” yazır ki, dronlardan biri “İsgəndər” və “Pantsir”lər üçün komplektlər istehsal edən Rusiyanın ən böyük mikroelektronika müəssisəsi olan “Kremniy EL” zavoduna düşüb. Zavodun 16-cı korpusunda yanğın baş verib. Daha iki PUA isə “Drujba” neft bazasına hücuma cəhd edib. Bryansk qubernatoru Aleksandr Boqomaz hücum zamanı xəsarət alanların olmadığını deyib. Avqustun 30-u gecə saatlarında Orlov vilayətinə də PUA hücumu edilib. Vilayətin qubernatoru Andrey Klıçkovun sözlərinə görə, hücum 2 dron tərəfindən həyata keçirilib. Eyni zamanda Kaluqa və Ryazan vilayətlərinə də PUA hecumu həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi hər iki vilayətə hücum edən PUA-ların məhv edildiyini bildirib. Moskvanın Ruzsk rayonunda da bir PUA zərərsizləşdirilib. Tula vilayətində də partlayışlar baş verib. Yerli Teleqram kanallarının məlumatına görə, bütün region ərazisində PUA hücumları səbəbindən “Xalça” planı tətbiq olunub.

Aynişanın MRT cavabı çıxdı: “Üzgünəm, ancaq uzanıb tavana baxmışam”

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyevanın səhhətində problem yaranıb.  Sozcu.az xəbər verir ki, aylardır boyun ağrısından şikayətlənən Aynişan həkim qəbulunda olub. MRT (Maqnit Rezonans Tomoqrafiya) analizinin cavabları çıxdıqdan sonra isə gənc bloqer nəticə haqda sosial şəbəkə hesabında paylaşım edib:  "Bir neçə gün bundan öncə yazmışdım ki, boynum 1 aydan çoxdur ağrıyır. Bir çox insan mənə MRT etməyi məsləhət gördü. Dünən nəhayət ki, MRT-yə getdim. Bu gün isə nəticələr çıxdı.  Kefim pozulub. Üzgünəm. Sadəcə şükür edirəm ki, ən azından vaxtında bildim (nə qədər vaxtında deyə bilərəmsə). Bu gün uzanıb tavana baxmışam sadəcə. Çalışacağam ki, sizinlə də bu günlərdə bölüşüm. Çünki bu, çox insanda ola bilər, qarşısı alınmalıdır".  Xəstəliyinin nə olduğunu hələlik gizli saxlayan Aynişan bir neçə gün sonra bir qrup izləyicisi ilə yürüşə gedəcəyini bildirib. Belə ki, sentyabrın 2-də bloqer izləyiciləri ilə birlikdə Yardımlı rayonunun Nisəqala kəndinə yürüşə yollanacaq. 

“Üç ildir ki, əlillik dərəcəsi ala bilmirəm” - Qarabağ qazisi

Tarixi 44 günlük İkinci Vətən Müharibəsində igidlik göstərmiş, qanı ilə qəhrəmanlıq dastanı yazmış oğullardan biri də biləsuvarlı Qafur Hafiz oğlu Hüseynlidir. Keçmiş hərbçi, gizir və İkinci Vətən Müharibəsindən, yaralanmasından az qala üç il keçməsinə baxmayaq, hələ də əlillik haqqını ala bilməyən Vətən sevdalısı Qafur Hüseynli... Qafur 1995-ci ilin oktyabr ayının 22-də Biləsuvar rayonunun Çaylı kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra, 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən “N” saylı hərbi hissələrindən birində həqiqi hərbi xidmət keçib.  Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra evinə, ailəsinə dönüb. 23 oktyabr 2016-cı ildə isə gizir və tank komandiri olaraq, yenidən Ordu sıralarına yazılıb, hərbçi kimi xidmətə başlayıb. Və bir Vətən sevdalısı, hərbçi, Gizir kimi İkinici Vətən Müharibəsinin ilk günündən, ilk saniyəsindən də cəbhənin ən ağır nöqtələrində olub. Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar, igidliklər nümayiş etdirib.  Talış-Suqovuşan istiqamətində, oktyabrın ayının 21-də qanlı döyüşlərin birində isə sağ ayağından ağır şəkildə yaralanıb, barmağının biri travmatik şəkildə qopub, digər barmağı isə kəsilib. Həmçinin, ağır kəllə-beyin travması, kontuziya alıb.  Əməliyyatdan, uzun müddət müalicə-müayinələrdən keçib. Qazimizin igidliyi, qəhrəmanlığı dövlətimiz, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, “Cəsur döyüşü” medalı ilə təltif edilib. Evli, ailəli olan qazimizin hazırda da səhhəti tam düzəlməyib, yaxşı deyil. Ancaq çox təəssüflər olsun ki, üç ilə yaxın müddətdə Qafur haqqı olan əlillik dərəcəsini ala bilmir. Digər qurumlardan müsbət rəy verilsə də, daha doğrusu, əlillik almasına heç bir maneənin olmadığı bildirilsə də, amma hər dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından imtina çavabı alır. Ona əlillik dərəcəsi verilməsindən imtina olunur. Bu isə Vətən yolunda sağlamlığını qurban vermiş, iki barmağını itirmiş Qazimizi dərindən üzür, çox məyus edir, incidir... Qafur Hüseynlinin dediklərindən: “Üç ilə yaxındır qanuni, halal haqqım olan əlillik dərəcəmi ala bilmirəm. Üç ildir yollarda qalmışam. Onsuz da kəllə-beyin travması, kontuziya almışam, ötən müddətdə isə üzləşdiyim haqsızlıqlardan olan-qalan əsəbim də gedib. Bütün əsəblərim pozulub. Səhhətim yaxşı deyil, özümü yaxşı hiss etmirəm. Axı, nəyə görə əlillik haqqım verilmir, tanınmır? İki barmağımı itirmişəm, normal yeriyə bilmirəm…Bundan böyük problemim olmalıdır ki, əlilliyimi versinlər? Niyə bu qədər məsuliyyətsizlik haqsızlıq edirlər? Bugünədək işim-gücüm də yoxdur. Ailəliyəm, ailəmi dolandırmalıyam… Ancaq nə ilə, hansı pulla? Müalicə-müayinə olunmalıyam, ancaq nə ilə, hansı vəsaitlə? Ona görə müvafiq qurumlardan bu ədalətsizliyə, haqsızlığa son vermələrini xahiş və tələb edirəm. Heç nə istəmirəm, sadəcə, istəyirəm ki, əlillik Haqqım tanınsıın!”  A.Zeynalov  Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Qarabağ ətrafında böyük oyun: “Orada 10 minə yaxın əlisilahlı adam var”

“Bu gün Qarabağ ətrafında baş verən oyunlar bir çox mənzərəni aydınlaşdırır. Biz görürük ki, bəzi dövlətlər özlərinin marağı üçün bundan istifadə edirlər. Bu ölkələrdən biri də Fransadır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, Fransanın Ermənistandan Azərbaycanın hava sərhədlərini pozaraq Qarabağa “humanitar yardım” göndərmək üçün açmaq istədiyi hava dəhlizinin detallarından söz açıb. Polkovnik xatırladıb ki, dünən Azərbaycan Prezidenti ilə fransız həmkarı arasında telefon danışığı olub: “Mənə elə gəlir ki, dövlət başçısı lazım olanı Fransa liderinin diqqətinə çatdırıb. Fransanın şou xarakterli çıxışları, Ermənistandan Qarabağa təyyarə uçuşlarını həyata keçirməyi mümkünsüzdür. Çünki Azərbaycanın hava məkanı Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemləri tərəfindən qorunur. Belə bir cəhd olacaqsa, sözsüz ki, Azərbaycan buna seyrçi mövqe tutmayacaq”. Ü. Cəfərov hesab edir ki, Fransanın hava məkanımızdan Qarabağa “humanitar yardım” gətirmək istəyi sadəcə şou xarakterlidir: “Eləcə də “Spayka” TIR-larında İrəvandan Qarabağa gətirilmiş “humanitar yüklər” vəziyyətin normallaşmasına əsla xidmət etmir. Hesab edirəm ki, dünən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən yük bir az çiy hazırlanmış iş idi. Çünki yüklər Bakıdan çıxmamışdan öncə məsələ Rusiya sülhməramlıları ilə müzakirə olunmalı idi. Amma baxanda görürük ki, reallıq fərqlidir, rus əsgəri bizim nümayəndə heyətimizin üzvlərinin telefon nömrəsini götürüb və deyir ki, gözləyin. İndi də fransızlar eyni hərəkəti edirlər. Azərbaycan onsuz da yükləri göndərib. Açsınlar yolu, humanitar yardımı götürsünlər. Ən azından, orada 40 ton un məhsulları var. Müsahibimiz qeyd edib ki, bu gün Qarabağ məsələsindən kifayət qədər sui-istifadə etmək halları mövcuddur: “Separatçılar guya 8 aydır ki, acından ölür, qırılır, amma hələ də bölgədə bununla bağlı 1 dənə də ölüm baş verməyib. O cümlədən orada 10 minə yaxın əlisilahlı adam var ki, onları da gündə 3 dəfə yedirdib-içirtmək lazımdır”. “Fransanın etdiklərinə gəldikdə isə onların bu addımları əbəs və mənasızdır. Fikrimcə, İlham Əliyevlə Emmanuel Makron arasındakı telefon danışığında bu məsələlər müzakirə olunub. Rəsmi Paris özü üçün eqoistlik edir. O düşünür ki, necə ola bilər, mən BMT Təhlükəsizlik Şurasının 5 əsas üzvündən biriyəm, amma Azərbaycan sözümə baxmır. Sərhədlərini bağlamaq Azərbaycanın suveren hüquqlarıdır. Əgər fransızlar ermənilər üçün bu qədər narahatdırlarsa, İrəvandan Qarabağa “humanitar yük” daşımaq yerinə Qarabağ erməniləri sərhəddən Ermənistana keçsin və fransızlar onları Fransaya aparıb ermənilərin qayğısına qalsın. İronik də olsa, mən belə təklif edərdim”, – o, fikirlərini tamamlayıb.

Çin Rusiyanın bir hissəsini öz ərazisi elan etdi

Çin ilk addımı atdı və rəsmi xəritələrdə Rusiyanın bir hissəsini öz ərazisi elan etdi. Çinin dövlət təsisatı, Standart Xəritələrin Kartoqrafik Xidməti 2023-cü il üçün coğrafi xəritələr toplusunu təqdim edib. Bu xəritələrdə ilk dəfə olaraq Rusiya aid ərazi Çinin bir hissəsi kimi göstərilib. Söhbət Amur çayı üzərindəki Böyük Ussuri adasından gedir. Rusiya və Çin arasında 2008-ci ildə imzalanmış sazişə görə bu ada iki ölkə arasında bölünmüşdü. İndi isə ada bütövlükdə Çin torpağı elan edilib. Sovet dövründə bütövlükdə Rusiyaya aid olan adanın yarısını Putin 2008-ci ildə Çinə güzəştə getmişdi. Adanın ərazisi Amur çayında suyun səviyyəsindən asılı olaraq 327 ilə 350 kvadrat kilometr təşkil edir. İndi isə Çin adanı bütövlükdə öz sərhədləri daxilinə qatıb. Rusiyanın rəsmi dairələri bu hadisəyə etiraz da etməyiblər.  Böyük Ussuri adasının Çinin sərhədləri içərisinə daxil edilməsi ilk addımdır və ardı gələcək. Ancaq bu hadisənin bu qədər tez baş verəcəyini etiraf edim ki, gözləmirdim. Görünür ki, Rusiyanın vəziyyəti daha pisdir. Çin dövləti də bunu bilir və özünükü hesab etdiyi torpaqları sərhədləri daxilinə qatmağa başlayıb.  Çin Rusiya torpaqlarını özününküləşdirməyə başladığı bir zamanda Ukrayna müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumunu həyata keçirib. Ukrayna Silaahlı Qüvvələri Rusiyanın Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətlərindəki hərbi obyektlərə zərbələr endirib. Pskovdakı hava limanında İl-76 hərbi-nəqliyyat təyyarələrinin yandığını göstərən videolar yayılıb. Ukraynanın bu hücumu da son deyil, yalnız başlanğacdır. Rusiya ordusunun Ukraynadakı itgiləri də çox böyük miqyas alıb. Ukrayna ordusu bütün cəbhə boyu Rusiya ordusuna ağır zərbələr vuraraq irəliləməkdədir.  Bütün bunlar Dərbəndi tələb etmə zamanı olduğunu təsdiqləyir. Xəqani Cəfərli, siyasi şərhçi 

Yeni “iPhone” bu tarixdə təqdim olunacaq

"Apple" şirkəti yeni "iPhone"un təqdimat tarixini açıqlayıb. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı elan sentyabrın 12-də veriləcək. Qeyd edək ki, şirkət yeni "iPhone" və ağıllı saatlar təqdim edəcək.

Az hərəkət edənlərdə xərçəng xəstəliyi daha çox yayılır

Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, gündə beş dəqiqəlik intensiv fiziki fəaliyyət xərçəng xəstəliyinin bəzi növlərinə tutulma riskini 32% azalda bilər. Sozcu.az report-a istinadən xəbər verir ki, bununla bağlı məlumat "JAMA Oncology" jurnalında dərc edilib. "Fasiləli fiziki fəaliyyət, xərçəng xəstəliyinin hər hansı bir növünün inkişaf risklərini 18%, aktivlik çatışmazlığı ilə birbaşa əlaqəli xərçəng xəstəliklərində isə 32% azaltmaq qabiliyyətini nümayiş etdirdi", - tədqiqatda deyilir. Belə fasiləli fiziki fəaliyyət yemək bişirmək, qabların yuyulması və mənzilin təmizlənməsi kimi müxtəlif ev işlərini əhatə edə bilər. Tədqiqatda gündəlik fiziki fəaliyyətinin izlənildiyi 22 min nəfər iştirak edib. Araşdırma yeddi il ərzində aparılıb.

ÇL-in oyunları bu kanallarda

Bu gün Çempionlar Liqasının pley-offunda keçiriləcək cavab oyunlarına Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə açıq yayımla baxmaq mümkün olacaq. Sozcu.az xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək: AZƏRBAYCAN "CBC Sport"  23:00. PSV - "Reyncers TÜRKİYƏ  TV 8.5 23:00. AEK - "Antverpen" RUSİYA "Matç TV" 23:00. PSV - "Reyncers" "Futbol 1" 23:00. AEK - "Antverpen" "Futbol 2" 23:00. "Kopenhagen" - "Rakov" "Futbol 3" 23:00. PSV - "Reyncers"

Azərbaycanlılar İsveçrədə aksiya keçirdi

Avqustun 29-da yerli vaxtla saat 17-dən 18:30-a kimi İsveçrənin Bern şəhərinin Kasino Platez meydanında aksiya keçirilib. Sozcu.az xəbər verir ki, aksiyada Arazın hər iki tayından olan azərbaycanlılar iştirak edib. Nümayiş Urmiya gölündə baş verən ekoloji fəlakətə diqqət cəlb etmək məqsədilə həyata keçirilib. Urmiya gölünün acınacaqlı durumunu əks etdirən poster və plakatlar qaldıran aksiya iştirakçıları ekoloji fəlakətlə bağlı çıxışlar edib, isveçrəlilərə Urmiya gölü barədə məlumatlar verib və braşurlər paylayıblar.

Şərqi Azərbaycanda daşqın: bu şəhər iflic oldu

Avqustun 29-u gecə saatlarında Şərqi Azərbaycanın Əhər şəhəri və ətraf kəndlərində güclü yağışların səbəb olduğu sel fəsadlar törədib. Sozcu.az xəbər verir ki, bu barədə "Azərəncümən" məlumat yayıb. Bildirilib ki, Əhər şəhərinin tarixi bazarı, yollar və yüzlərlə ev sular altında qalıb, nəqliyyatın hərəkəti tamamilə dayanıb, çox sayda avtomobil yararsız vəziyyətə düşüb. Ətraf kəndlərdə də yolların dağıldığı, yüzlərlə kənd evinin ziyan gördüyü, altı kəndin ətraf aləmdən yamamilə təcrid olunduğu bildirilib.

Ağdam yolunun üzərinə tikanlı məftillər qoyuldu

Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar. Sozcu.az Report-a istinadən xəbər verir ki, hazırda içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Bakıda silahlı insident: bir nəfər güllələndi

Avqustun 29-da saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyevin topuq nahiyəsindən xəsarət alması barədə polisə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi RPİ 6-cı Polis Bölməsi və Qobustan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xankəndidəki rusun Bakıya qarşı çıxışı

Ötən gün Xankəndidəki Mədəniyyət Sarayında qondarma “artsaxın rus icmasının” nümayəndələrinin görüşü keçirilib. Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, görüşdə “artsaxın rus icmasının” rəhbəri kimi özünü təqdim edən Aleksandr Bodrov vəziyyətin çox ağır olmasından, “blokadadan” danışıb: “Təbii ki, babalarımıza, atalarımıza da asan başa gəlmədiyini xatırlayırıq, çünki bu, əcdadlarımızın müqəddəs Qarabağ torpağında yaşamaq hüququ uğrunda mübarizədir”. O, Rusiyanın Qarabağda “tarixi mövcudluğu”ndan, əsrlər boyu “ermənilərlə ruslar arasında mənəvi bağlar” olmasından bəhs edib: “Bizim Azərbaycan əhalisinə qarşı qətiyyən heç bir problemimiz yoxdur, lakin Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağ torpağında həyata keçirdiyi əməliyyatların əleyhinəyik. Bütün bunlar, eləcə də Sumqayıtda, Bakıda, Dağlıq Qarabağda erməni əhaliyə qarşı amansız cinayətlərin törədildiyi faciəli hadisələrin tarixi yaddaşı Azərbaycanın tərkibində olmağın, birgə yaşamağın mümkünsüzlüyünü diktə edir”.axar.az

Britaniya Tayvanı müstəqil dövlət adlandırdı

Böyük Britaniya parlamenti ilk dəfə olaraq Tayvanı müstəqil dövlət adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri parlamentin hesabatlarına əsasən məlumat yayıb.

Bakıda bu yol bağlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinə qədər olan hissəsində yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri icra edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq işlər gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi bu gün saat 10:00-dan 16:00-a qədər və saat 23:00-dan sabah saat 05:00-a qədər davam edəcək. Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək. İşlər yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə aparılacaq.

Daha bir Afrika ölkəsində çevriliş edildi

Qabonda hərbçilər prezident seçkilərinin nəticələrinin ləğv olunduğunu və hakimiyyət orqanlarının buraxıldığını elan ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Bundan başqa, növbəti əmrə qədər ölkənin sərhədlərinin bağlanıldığı bildirilib. Hərbçilər qeyd ediblər ki, indiki rejimi bitirmək niyyətindədirlər. Paytaxt Librevildə atışma səsləri eşidilib. Ölkədə Fransanın RFİ radiostansiyasının yayımı dayandırılıb. Komendant saatı tətbiq edilib və internetə çıxış bağlanıb.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 85,74 dollara, yüngül neftin bir barreli isə 81,51 dollara satılır.

İtkin düşən alimlər tapıldı: dağdan endirilirlər

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıb. Bu barədə axar.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. “İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 7 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - o qeyd edib. F.Əliyevin sözlərinə görə, həmin şəxslər bu bölgəyə Quba ərazisindən daxil olublar. İtkin düşənlərdən biri – Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürünü bildirib. Xatırladaq ki, ötən gün İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat yayılmışdı. Qeyd edək ki, itkin düşənlər - Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin baş müəllimi, Emil Cəbrayılov isə AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisidir.

Oğuzda evlərdən 300 kq fındıq oğurlayan dostlar tutuldu

Oğuzda evlərdən 300 kiloqram fındıq oğurlanıb, 3 dost saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayonun Sincan kəndində yerləşən 3 evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 300 kiloqrama yaxın fındığın oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən üç dost - Elnur Usubov, Murad və Dilavər Mikayılovlar saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində əməllərini gecə saatlarında həyata keçirdiklərini və oğurladıqları fındıqları Qəbələ rayonuna apararaq orada satdıqların, əldə etdikləri qazancı isə öz aralarında böldüklərini bildiriblər. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hərbi vəzifəsi olmayan şəxslər də təlimlərə çağırılır? - AÇIQLAMA

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə hərbi vəzifəsi olmayan və hərbi xidmət keçmiş şəxslər də təlimlərə cəlb edilə bilər. Bu barədə “Trend”ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”,- deyə o əlavə edib. Qeyd edək ki, Azərbaycanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılırlar. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Ukrayna Dneprin sol sahilinə bayraq sancdı

Dnepr çayının işğal altında olan sol sahilində Ukrayna bayrağı qaldırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Ukrayna Teleqram kanallarında görüntülər yayılıb. Məlumata görə, bayrağın qaldırıldığı ərazi Daçi rayonundadır.