Bakıda 3 nəfər dəm qazından öldü

Bakının bir rayonunda üç nəfər dəm qazından boğulub.

Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon sakinləri - 1977-ci il təvəllüdlü İlqar İsmayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər.

Hər üç faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Share on Facebook