Bizdən 300-400 metr aralı əraziyə raket zərbəsi endirildi

Ukrayna Prezidenti Vladimir Zelenski və Yunanıstan Baş naziri Kiriakos Miçotakisdən 300-400 metr uzaqlığa ballistik raketlə zərbə endirildi. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Odessada Yunanıstan baş naziri ilə görüşü zamanı yaşanan insident barədə açıqlamasında deyib. “Biz limanda idik və 300-400 metr uzaqlığa ballistik raket atıldı. Raket olduqca tez gəldi, həyəcan siqnalı az səsləndi. Zərbənin Krımdan gəldiyini bilirik, ona görə də komandanlıq cavab tədbirləri görə bilmədi”, - deyə o bildirib.

Yunan baş nazir də Kremlə meydan oxudu

Avropa Birliyi o qədər qətiyyət nümayiş etdirib ki, düşmənlərini təəccübləndirib. Sozcu.az xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Avropa Xalq Partiyasının Buxarestdə keçirilən konfransında deyib. “Avropa üçün bu qaranlıq vaxtda, müharibə qitəmizə qayıtdıqda, biz Ukraynaya görünməmiş qətiyyətimizi və sarsılmaz dəstəyimizi göstərdik, bəzi düşmənlərimizi təəccübləndirdik və birlik nümayiş etdirdik. AB əvvəllər heç vaxt təhdidlərə bu cür reaksiya verməyib”, - baş nazir bildirib. Miçotakis əlavə edib ki, bizim Kremlə yalnız bir mesajımız olmalıdır: “Siz bizi qorxuda bilməzsiniz, biz lazım olduğu qədər Ukraynanı və onun vətəndaşlarını dəstəkləməyə davam edəcəyik. Və təbii ki, qərarımızda tam yekdil qalacağıq”. Yunanıstanın baş nazirinin Odessa səfərinin ertəsi günü belə bir bəyanatla çıxış etməsi diqqət çəkib.

Zəngəzur dəhlizinə biz imkan vermədik – Hüseyni

İran Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini neytrallaşdıraraq bu regionda təhlükəsizlik məsələlərində öz rolunu göstərdi və bunu hamı etiraf edir. Sozcu.az xəbər verir ki, belə bir iddianı iranlı politoloq Pouya Hüseyni erməni mediasına açıqlamasında deyib. O bildirib ki, Türkiyə lideri Ərdoğan da müsahibələrinin birində etiraf edib ki, İran olmasaydı, Zəngəzur dəhlizi reallığa çevriləcəkdi. “İran Zəngəzur dəhlizinin həyata keçirilməsi yolunda böyük maneədir. Bu məsələdə İranın hərbi təlimləri və Azərbaycanla sərhəddə qoşunlarını cəmləməsi böyük rol oynadı. Regionumuzda təhlükəsizlik təminatçısı rolunu öz üzərinə götürən və regionun təhlükəsizliyini və sabitliyini təmin edən İrandır”, - iranlı politoloq qeyd edib.

Ərdoğanla Zelenskinin harada görüşəcəyi məlum oldu

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda, məşhur Dolmabağça sarayında aparılacaq. İkitərəfli görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılır. Qeyd olunub ki, görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhə səbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq.

Şahramanyan daha da fəallaşdı:“Fransa, ABŞ, Rusiya səfirləri ilə görüşdü...”- “Hraparak”

“Guya separatçıbaşının görüşdüyü bütün xarici ölkə diplomatları şifahi olaraq ermənilərin Qarabağa qayıtmasını “günümüzün bir nömrəli problemi” adlandırıblar. Amma...” “Samvel Şahramanyan son aylarda nəinki müxtəlif erməni qüvvələri və ayrı-ayrı şəxsləri ilə aktiv siyasi görüşlər keçirib, həm də Ermənistanda təmsil olunan müxtəlif ölkələrin diplomatları ilə fəal ünsiyyət saxlayır”. Sozcu.az xəbər  verir ki,  bunu “Hraparak” Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin İrəvanda sülənən  tör-töküntüləri arasındakı mənbələrinə istinadla yazır.  Xəbərdə iddia edilir ki, Şahramanyan bu yaxınlarda bir neçə səfirlə, o cümlədən Fransa, ABŞ və Rusiyanın Ermənistandakı səfirləri ilə görüşüb. Və müzakirə gündəmindəki əsas məsələ Qarabağdan köçkün ermənilərin geri - Qarabağa qayıtması olub. Nəşr bildirir ki, guya separatçıbaşının görüşdüyü bütün xarici ölkə diplomatları şifahi olaraq ermənilərin Qarabağa qayıtmasını “günümüzün bir nömrəli problemi” adlandırıblar.  Amma köçkün ermənilərin “öz vətənlərində “təhlükəsizliyini təmin etmək üçün verilməli olan beynəlxalq təminatlara gəldikdə, heç kim belə bir təminat vermir”...

Müsəlmanlara qarşı nifrət insan hüquqlarına ziddir - BMT Baş katibinin müavini

Dünyada bir çox müsəlmanın islamofobiya qurbanı olmağı böyük təəssüf yaradır. İslamofobiyanın dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır. Sozcu.az xəbər verir ki, bu fikirlər BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciətində yer alıb. Müsəlmanlara qarşı nifrətin insan hüquqlarına zidd olduğunu deyən Migel Anxel Moratinos qeyd edib ki, ədalətli, sülh içində bir dünya yaratmaq üçün bütün insanlar qeyri-tolerantlığa qarşı mübarizə aparmalıdır: “Dünyada bütün dinlər mərhəmət və qarşılıqlı hörmət üstünə qurulub. Bunu qorumaq isə bizim borcumuzdur”.

Dələduzluğun yeni növü - Diqqət! Adamı belə soyurlar...

Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı yeni növ dələduzluq həyata keçirilir. Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, “İnstagram” sosial şəbəkəsində kiberdələduzlar tərəfindən “Kapital Bank”ın adından saxta kampaniyalar həyata keçirilir.  Belə ki, yaradılmış saxta hesablar vasitəsilə “Kapital Bankın” hər kəsə 200 azn dəyərində pul verdiyi bildirilir. Ödənişin alınması üçün istifadəçilərdən saxta “Telegram” kanalına daxil olmaq tələb olunur. Bəs görəsən sosial şəbəkə istifadəçiləri belə kiberdələduzluq hallarına qarşı nələrə diqqət etməlidir?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan İT üzrə mütəxəssis Vahid Qasımov bildirib ki, insanlar mütləq şəkildə bilməlidir ki, heç vaxt havayı pul olmur: “İnsanlar artıq dərk etməlidir ki, istər sosial şəbəkələrdə, istərsə də real həyatda havayı pul olmur. Hər hansı bir iş görmədən, heç nəyin müqabilində kimsə pul təklif edirsə, deməli bu saxtadır. Ona görə də müftə pulun dalınca düşmək lazım deyil. Bu sadəcə acgözlüyün nəticəsidir. Belə kiberdələduzluq halları günümüzdə olduqca geniş yayılıb. Təəssüf ki, ölkəmizdə bu cür dələduzluq hallarına qarşı insanlar yetərincə məlumatlı deyil. Birmənalı şəkildə dərk eləmək lazımdır ki, pulun fiziki dəyəri yoxdur və heç vaxt öz dəyərini itirmir. Ona görə də heç kim heç kəsə havayıdan pul verməz. Dələduzlar öz əməllərinin üstünü örtmək üçün müxtəlif bankların adından istifadə edirlər”.  Vahid Qasımov şəxsi məlumatların heç bir halda paylaşılmamalı olduğunu qeyd edib: “Hər hansı bir adam öz şəxsi məlumatlarını kiminləsə paylaşırsa, bu cür dələduzluq hallarına da hazır olmalıdır. Hazırda nəinki sosial şəbəkələrdə, hətta real həyatda da fəaliyyət göstərən elə şirkətlər var ki, onların açıq-aydın şəkildə insanları müxtəlif yollarla aldadırlar. Bu səbəbdən heç bir şəxsi məlumatı hansısa tanımadığınız şəxsə, sosial şəbəkə istifadəçisinə qətiyyən verməyin”. 

İkinci xanımı qızımın atası ilə görüşməsinə imkan vermir - Müğənni

Müğənni İlahə İbadova övladının atası ilə bağlı dedikləri ilə gündəmə gəlib. Sozcu.az azxəbər-ə istinadla xəbər verir ki, o, 14 yaşlı qızının öz doğma atası ilə görüşə bilmədiyini deyib. O bildirib: "2 il ailəli olduq, sonra münasibətlər alınmadı ayrıldıq. Keçmiş ərim ikinci dəfə evləndi. Amma xanımı qızımın öz atası ilə görüşməsinə imkan vermir. Uşaq atasını görmədən böyüyüb. Atası da arayıb axtarmır. Sonuncu dəfə uşağını 2 yaşında görüb. 12 ildə 1 dəfə o adam övladı ilə maraqlanmayıb. Zəng etsək, telefonu da açmaz yəqin ki. Ümumiyyətlə, "əhlikef" adam idi, ona uşaq maraqlı deyil".

Plana düşmüş binalar da təmir ediləcək? - AÇIQLAMA

Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının texniki cəhətdən təhlükəlilik vəziyyətinə görə prioritetləşdirməklə tərtib edilmiş siyahılar üzrə görüləcək tədbirlərin sistemləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupu tərəfindən təkliflərin hazırlanması ilə bağlı işlər aparılır.   Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən və Fövqəladə Hallar Nazirliyi tərəfindən aşkar edilən qəzalı binaların təmir və bərpası istiqamətində işlərin görülməsi ilə bağlı proqram hazırlanıb. Lakin digər tərəfdən köhnə və artıq istismar müddəti bitmir binaların əksəriyyətinin isə yaxın zamanda planı şəkildə söküntüsü gündəmdədir.  Bəs görəsən təmir-bərpa işləri aparılarkən bu nüanslara fikir verilirmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu cür işlər sadəcə söküntüsü nəzərdə tutulmayan binalarda aparılır. “Hər hansı bir binanın qəza riski varsa, ekspertizadan sonra onun sökülməsinə qərar verilir. Yox əgər onun dayanıqlılığı qalırsa və bina restavrasiya edib onun istifadə müddətini uzatmaq mümkündürsə, onda bərpa işləri aparılır.  Elə binalar var ki, onlar tarixi əhəmiyyət daşıyır və onların istismar müddəti başa çatsa da, onları bərpa etməklə saxlayırlar. Çox zaman bu cür binaların söküntüsü həyata keçirilmir, əksinə, onların bərpa-gücləndirmə işləri aparılır və restavrasiya edilir. Lakin söküntüsü nəzərdə tutulan binaların təmir edilməsinə ehtiyac yoxdur”.  Ekspert həmçinin sadəcə tarixi əhəmiyyətli binaların restavrasiya ediləcəyini qeyd edib. “Sovet dövründən qalma beşmərtəbə və doqquzmərtəbəli binalar isə mərhələli şəkildə söküləcək. Bu qəbildən olan binalar heç bir tarixi əhəmiyyət daşımır və istismar müddəti demək olar ki, bitmək üzrədir.  Hansısa binanın restavrasiya edilməsi üçün tarixi əhəmiyyətli olması və ya hansısa memarlıq nümunəsi olması mütləq şərtdir. Yoxsa hər hansısa “xuruşovka” binanın restavrasiyası hansısa məna daşımır. Sadəcə bu cür binalarda əgər əhali yaşayırsa və hər hansısa söküntü layihəsi nəzərdə tutulmayıbsa, o zaman sadəcə əsaslı təmir işləri həyata keçirmək kifayətdir”.

Hava kəskin soyudu: Azərbaycanın bu bölgəsinə 38 sm qar yağıb

Martın 8-i saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 38 sm, Sarıbaşda (Qax) 15 sm, Xınalıqda 6 sm, Qrızda 3 sm, Şahdağda 2 sm, Daşkəsən, Gədəbəy, Qusarda 1 sm olub. Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qaxda 12 mm, Şahbuzda 11 mm, Oğuz, Ordubadda 10 mm, Lənkəran, Zaqatalada 8 mm, Kəlbəcər, Şuşa, Cəfərxan, Yardımlı, Qəbələ, Balakən, Naxçıvan, Neftçala, Qobustan, Şərur, Astara, Xınalıq, Qusar, Zərdab, Quba, Beyləqan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Sədərək, Culfa, Göygöl, Naftalan, Gəncə, Ağstafa, İsmayıllı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Altıağac, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Şabran, Xaltan, Biləsuvar, Cəlilabad, Xaçmaz, Qrız, Şahdağda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metr olub. Qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-də 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (dağlarda 6 dərəcəyədək şaxta), Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.

Azərbaycanda qadın ərini bıçaqladı

Tovuzun Düz Cırdaxan kəndində bıçaqlanma faktı qeydə alınıb. Sozcu.az xəbər verir ki, kənd sakini 36 yaşlı Namiq İsmayılov mübahisə zəminində qarın nahiyəsindən bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib. Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı 32 yaşlı Ləman İsmayılovadır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, bıçaqlanma ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Muğla vilayətinin Marmaris şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerin 36 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat qeydə alınmayıb.

"Qarabağ" üçün qələbə duası

İndi tez deyil, sabah da gec olmayacaq, ancaq bayram təbrikindən əvvəl belə bir təklif verim (əvvəlki təklifimə "Qarabağ" tam əməl elədi deyə, yazıram: 4 qol vurdu, 2-ini özü, 2-ini (birini ayağına,  o birini də başına) ötürməklə "Bayer"ə ki, siz vurun, Aydın Can yalançı çıxmasın. Bizə isə mənim yalançı çıxmamağım yox, "Qarabağ"ın  mərhələni adlaması lazımdır. Odur ki... Şeyx həzrətlərinə çıxışı olanlar (mənim həmyerlim, həmxalqlım olmağına baxmayaraq, nə özünə özüm çatıram, nə sözüm çatır ona və sözünə) cənablarından xahiş etsinlər ki, bir qələm çalsın - 200 ildir Şeyximizdir, day hansı günümüzdə gərək olacaq irfani bilikləri: "gülləkeçməz" duasını "qolkeçməz", "couşənkəbir"i "qolvurdu" üçün mübarəkləsin. Əgər istəyiriksə, - deyirəm də. İstəmiriksə, onda pənah bərxuda! Razılığını ala bilsələr, yaxşı olar. Mən də söz verirəm, sabah axşama qəşəng bir bayram təbriki mətni yazacam. Aydın Can

Alonso "Qarabağ"la bərabərlikdən danışdı

Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi. Sozcu.az xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: "Sabahdan Bundesliqanı fikirləşə bilərik". Alonso "Qarabağ"ın güclü kollektiv olduğunu söyləyib: "Növbəti həftə nə olacağını bilmirik".

İsveçrə parlamenti dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə hə dedi

İsveçrənin Kantonlar Şurası (parlamentin kiçik palatası) ölkədə bloklanan Rusiya aktivlərinin Ukraynaya verilməsinin lehinə səs verib. Parlamentin mətbuat xidmətinin məlumatına görə, belə bir qərarın qəbul edilməsi təşəbbüsü ölkənin ən böyük siyasi qüvvəsi - sağçı mühafizəkar Xalq Partiyası (SNP) istisna olmaqla, bütün parlament qrupları tərəfindən verilib. “Rusiya dövlətinin və ona yaxın təşkilatların sanksiyalar çərçivəsində dondurulmuş aktivləri təzminat kimi Ukraynaya verilə bilməlidir”, - Kantonlar Şurasının qəbul etdiyi qərarın mətnində deyilir. Qərarda Federal Şura (hökumət) “beynəlxalq səviyyədə tələb olunan hüquqi bazanı inkişaf etdirmək üçün tədbirlər görməyə” çağırılır. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin məlumatına görə, 25 noyabr 2022-ci il tarixinə İsveçrə Konfederasiyasında 7,5 milyard İsveçrə frankı (təxminən 8,55 milyard dollar) dəyərində maliyyə aktivləri və 15 daşınmaz əmlak dondurulub. Rusiya Mərkəzi Bankının İsveçrədəki ehtiyatlarının və aktivlərinin ümumi məbləği 7,4 milyard İsveçrə frankı (təxminən 8,44 milyard dollar) təşkil edir.

Bu gün Beynəlxalq Qadınlar Günüdür

Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.  Sozcu.az xəbər verir ki, Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.   Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.   Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.   1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.   1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.   8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.  

Kanada 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib

2015-ci ildən bəri kanadalı təlimatçılar 40 mindən çox ukraynalı əsgər və zabitə təlim keçib. Sozcu.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən Təhlükəsizlik və Müdafiə Konfransında bildirib. Nazir deyib ki, ukraynalılar digər məsələlərlə yanaşı, taktika, komandanlıq, nəzarət və ərazilərin minalardan təmizlənməsi üzrə təlim keçiblər. Bleyr əlavə edib ki, Ottava “lazım olana qədər Ukraynanı dəstəkləyəcək”. Kanada Silahlı Qüvvələri 2015-ci ildən Lvov vilayətindəki Yavoriv poliqonunda Ukrayna ordusunun əsgər və zabitlərinə təlim keçir. Lakin 2022-ci ilin fevral ayının əvvəlində onlar öz hərbi təlimatçılarını digər Avropa ölkələrinə köçürmək qərarına gəliblər. 2023-cü ildə Kanadanın Baş naziri Castin Trüdo kanadalı təlimatçıların 2026-cı ilə qədər Ukrayna ordusu üçün təlimləri davam etdirəcəyini açıqlamışdı.

Zelenski razılaşdı: Zalujnı bu ölkəyə səfir göndərilir

Ukrayna Prezidenti Vladimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi ilə razılaşıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. “2024-cü il martın 7-də, cümə axşamı Ukrayna Prezidenti Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyinə razılaşıb. Ukrayna Xarici İşlər Nazirliyi Britaniyaya agreman üçün müvafiq sorğu göndərib”, - məlumatda bildirilib. Qeyd edək ki, Zalujnı ordunun baş komandanı vəzifəsindən 8 fevralda azad edilmişdi.

Ruslan Əliyevin vəzifəsindən azad olunduğu deyilir

"Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb. Ruslan Əliyevin səlahiyyətiləri müavinlərindən birinə tapşırılıb. "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Qaynarinfo-ya açıqlamasında onda belə bir məlumatın olmadəğını bildirib.

Şirvanda avtomobil FHN əməkdaşını vuraraq öldürüb

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Həzrətquliyev Fərid Asif oğlunu yaxınlıqdakı divara sıxaraq öldürüb. Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.report

"Müttəfiqləri Ukrayna üçün 800 min artilleriya mərmisinə vəsaitlər toplayıb" - "Bloomberg"

"Ukraynaya bundan sonra müvarizəni davam etdirmək üçün ayda ən azı 200 min mərmi tələb olunur..." "Rusiya qoşunlarında mərmilərdən orta sutkalıq   istifadə Ukrayna qoşunlarından 3-5 dəfə çoxdur..." "Ukraynanın müttəfiqləri 800 min artilleriya mərmisi üçün bütün vəsaitləri toplayıb. Mərmilər bir neçə həftə ərzində Ukraynaya tədarük edilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb. Məlumatda deylir ki, Çex Respublikası döyüş sursatlarının alınması və sonradan Ukraynaya göndərilməsini maliyyələşdirməyə hazır olan hökumətlər arasında vasitəçi qismin çıxış edəcək. Tədarükün dəqiq müddətləri müqavilələrdən və tədarük qrafiklərindən asılı olacaq. Çexiya prezidenti Pyotr Pavel ötən ay Münhen Təhlükəsizlik Konfransında bəyan edib ki, onun ölkəsi 500 min 155 mm və 300 min 122 mm kalibrli mərmilər müəyyən edib və pullar olacağı tədqirdə bir neçə həftə ərzində Ukraynaya göndərilə bilər. Ukrayna üçün döyüş sursatları - detallar Almaniya, Latviya, Litva, Niderland, Danimarka, Kanada və Fransa Çexiyanın Avropa İttifaqının hüdudlarından kənarda döyüş sursatlarının alınması üzrə planını dəstəkləyir. Polşa buna maraq göstərdiyini ifadə edib. Bu həftə detalların ayrıca müzakirəsi gözlənilir, bu müzakirələrdə Avropa İttifaqı ölkələrinin müdafiə və xarici işlər nazirləri iştirak edəcək. Almaniya Çexiyanın təşəbbüsünə qoşulmaq qərarını verib. Bu barədə Berlində Almaniya hökumətinin nümayəndəsi Şteffen Heberştray bəyan edib. Dəyərləndirmələrə görə, Ukraynaya mübarizəni davam etdirmək üçün ayda ən azı 200 min mərmi tələb edilir. Rusiya qoşunlarında mərmilərdən orta sutkalıq istifadə Ukrayna qoşunlarından 3-5 dəfə çox ola bilər.

“Putini Haaqa məhkəməsi gözləyir” - Ursula fon der Lyayen

“Vladimir Putini Haaqa məhkəməsi gözləyir”. Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib: “Haaqa Məhkəməsi ilk növbədə Putini Ukraynada elədiklərinə görə cəzalandıracaq”.

Qadın borclarına görə uşağını satdı

Dağıstanda qadın borc əvəzi uşağını moskvalı qadına satıb. Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, 2019-cu ildə dünyaya gətirdiyi uşağı Moskvadan olan qadına verib və sənədlərdə də ana kimi həmin qadının adı gedir. Özü hamilə qala bilməyən qadın 15 uşağı övladlığa götürüb. O, sənədlərin saxtalaşdırılması ilə məşğul olub və bu yolla yeni doğulan uşaqları bioloji valideynlərindən alıb. İşin üstü dağıstanlı qadının hüquq-mühafizə orqanlarında dindirilməsi zamanı açılıb. O, uşağını borca görə satdığını deyib. Uşaqları alan qadın insan alveri ittihamı ilə tutulub, istintaq gedir.

Rusiyaya işləyən casus politoloq haradadır?

Xarici ölkəyə casusluqda ittiham olunaraq, ötən ilin oktyabrın 20-də Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən, ictimaiyyətdə politoloq kimi tanınan Nəzakət Məmmədovanın həbs müddəti fevralda başa çatırdı. Buna baxmayaraq, fevralın 20-də onun haqda heç bir məlumat yayılmadı. Səbail Rayon Məhkəməsinin hakim-spikeri Rəna Qafarova Axar.az-a açıqlamasında bildirib ki, N.Məmmədova haqqında oktyabrın 20-də mediada yayıldığı kimi, 4 aylıq deyil, bir aylıq həbs qətimkan tədbiri seçilib. “Noyabr ayının 19-da isə istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb”, - R.Qafarova bildirib. Qeyd edək ki, Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.