Gəncə terrorunun üçüncü ili...

Ermənistanın Gəncədə törətdiyi terrordan 3 il keçir. Sozcu.az xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədiblər. Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Zelenski açıqladı: Bu ölkələrə taxıl dəhlizi açılır

Ukrayna yaxın zamanda Moldova ərazisindən keçməklə Rumıniyaya taxıl dəhlizi açmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynadan Moldova və Rumıniyaya gedən taxıl dəhlizi tezliklə işə düşəcək”, - Zelenski bildirib.

Suriya İsraili raket atəşinə tutur

İsrail ərazisi Suriyadan raket atəşinə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Bildirilib ki, Suriyadan atılan bir neçə raket açıq əraziyə düşüb. Hazırda İsrail əsgərləri atəşin açıldığı məntəqələrə zərbələr endirir.

Yaxın Şərqə qoşun göndərməyə hazırıq - Bayden

ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. O bildirib ki, ABŞ bununla digərlərini gərginlikdən istifadə etməkdən çəkindirmək niyyətindədir.

ABŞ-dan İrana şok: Əgər bu işdə əlin varsa...

İranın Fələstin-İsrail münaqişəsində əli olduğu məlum olarsa, ABŞ Qətər bankında saxladığı İranın 6 milyard dollarını istənilən vaxt yenidən dondura bilər. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi bildirib. "Mən burada heç bir siyasi qərar elan etmək üçün deyiləm, lakin bu pul dondurula bilər", - Kirbi deyib. Kirbinin sözlərinə görə, sözügedən məbləğin transferi istənilən vaxt dayandırıla bilər. Eyni zamanda o, bu vəsaitin indiyədək bir dinarının belə xərclənmədiyini vurğulayıb.

HƏMAS məqsədinə çatdı: Bir gündə öldürülən yəhudi sayı...

HƏMAS Suriya və Livanı İsrailə qarşı müharibəyə sürükləmək istəyir. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Maşa Mixelson bildirib. Mixelson qeyd edib ki, silahlılar İsraili bir dövlət kimi məhv etmək və mümkün qədər çox yəhudini öldürmək istəyirlər. Onun sözlərinə görə, silahlılar 24 saat ərzində İkinci Dünya müharibəsi dövründə hər gün olduğundan daha çox yəhudini öldürməklə öz məqsədlərinə qismən nail olublar.

İsrail Qəzzaya fosfor bombası atdı - Fələstin XİN

İsrail ordusu beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu döyüş sursatından istifadə edir. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, İsrail ordusu Qəzzanın əl-Karama rayonunda bu sursatları tətbiq edib. Qeyd edək ki, bu cür sursatlar 1949-cu il Cenevrə Konvensiyasının III Protokolu ilə qadağan edilib.

İran darmadağın ediləcək – İsrail xəfiyyəsi

Hizbullahın İsrailə qarşı ikinci cəbhə açması ehtimalı qalmaqdadır, amma çox azdır. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi erməni mediasına açıqlamasında Hizbullahın İsrail ordusunun Qəzzaya quru əməliyyatına başlayacağı halda İsrailə qarşı hərbi əməliyyatlara qoşulacağı barədə açıqlamasını şərh edərkən deyib. Ekspert bildirib ki, buna cavab olaraq İsrail Hizbullahı məhv etmək üçün hərəkətə keçəcək: “İsrail Hizbullahı İranın yaratdığı və Tehrana tabe olan bir təşkilat kimi görür. Odur ki, hadisələr çox tez İranın özünə qarşı birbaşa hərbi əməliyyatlarla nəticələnə bilər ki, buna da böyük ehtimalla ABŞ da qoşulacaq. İran üçün bu, özünəqəsd ssenarisidir. İranın bütün siyasi, texnoloji, iqtisadi nailiyyətləri məhv ediləcək”. Kedminin sözlərinə görə, İranın özü məhv edilməyəcək: “Çünki o, güclü dövlətdir və bunu etmək mümkün deyil, lakin zərbələr ölkənin iqtisadiyyatı və infrastrukturu üçün ölümcül olacaq. Buna görə də Tehran, çox güman ki, Hizbullahın bu avantüraya cəlb olunmasına imkan verməyəcək”.

Netanyahunun oğlu döyüşə yollandı

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu 29 yaşlı Avner Netanyahu hərbi xidmətə çağırılaraq cəbhəyə yollanıb. Sozcu.az xəbər verir ki, bu barədə “İsrailin səsi” məlumat yayıb. Avner baş nazirin üç övladının ən kiçiyidir. Ondan başqa siyasətçinin 45 yaşlı qızı və 32 yaşlı oğlu da var. Avnerin dəqiq harada xidmət edəcəyi və antiterror əməliyyatı zamanı nə edəcəyi barədə məlumat verilmir.

Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün bunu edir - SENSASİON DETALLAR

“Moskvanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı verdiyi mesajlar ziddiyyətləri artırır. Putinin “Valday”da dedikləri sülhməramlılara artıq ehtiyacın qalmadığı və Rusiyanın mövcud reallığı qəbul etdiyi fikrini önə çıxardı. Lakin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin dünən bəyan etdi ki, “sülhməramlı kontingentə tələbat var, Qarabağda qalan ermənilərlə təmaslarda vasitəçilik edir, bununla yanaşı, gedənlər yenidən qayıda bilər və rus hərbçilərinin mövcudluğu onlar üçün sakitlik faktoruna çevriləcək””. Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, Rusiyanın sülhməramlıları bölgədən çıxarmaq istəmədiyi bəllidir: “Lakin Qarabağda buna nə qədər nail ola biləcəkləri də sual altındadır. Birincisi, rəsmi Bakı Xankəndi də daxil olmaqla, sülhməramlıların keçmiş nəzarət zonasında mərkəzi hakimiyyətin bərpası prosesini sürətləndirir: bu ərazilərin təhlükəsizliyinin qorunması işini də artıq Azərbaycan polisi və hərbçiləri həyata keçirir; İkincisi, Xankəndidə qalan əhalinin mərkəzi hakimiyyətlə təmaslarında üçüncü tərəfin vasitəçiliyinə ehtiyac azalır: ermənilərin dövlət qurumlarına müraciətləri bunu təsdiq edən əsas amildir; Üçüncüsü, Rusiya gedənlərin geri qaytarılmasına çalışsa da, bu perspektiv zəifdir: gedən ermənilərin sülhməramlılara inamı qalmayıb, eyni zamanda qayıtmaq istəyənlər Laçın postundan Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda keçə biləcəklər və bu, onların inteqrasiyanı da qəbul etməsi deməkdir”. Ekspert “Rusiyanın sülhməramlılarla bağlı planı nədir?” sualını da cavablandırıb: “Lavrovun bu gün dedikləri bunu müəyyən qədər anlamağa imkan verir. Rusiyanın baş diplomatı bildirir ki, “İrəvan və Bakı iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır”. Bu açıqlamadan 2 nəticə çıxır: Birinci, Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xidmət etmək adı altında yeni “missiya” ortaya atır: hərçənd, Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan danışıqlarından həm hüquqi, həm de-fakto çıxıb, bu baxımdan sülhməramlılar Qarabağda qaldığı müddətdə bölgəyə heç bir “töhfə” verə bilməz, əksinə, Bakı ilə münasibətlərin gərginləşməsini vəd edir. İkinci, Rusiya Qarabağda qalma perspektivi çətinləşən sülhməramlı qüvvələrini bizim ərazimizdən çıxaracağı təqdirdə, bölgədə saxlamaq niyyətindədir: Qarabağın Moskva üçün Bakı və İrəvanı öz orbiti ətrafında saxlamaq rolu azalıb, ruslara Azərbaycan və Ermənistan arasında yeni platforma lazımdır, istisna deyil ki, sülhməramlı kontingenti həmin platformaya köçürmək planları var. İkinci variant daha real görünür, lakin bu platforma hara olacaq, sülhməramlılar iki ölkənin sərhədində dayana bilərmi, yaxud anklavların qaytarılacağı təqdirdə, bu ərazilərə çıxış üçün verilməli olan kiçik dəhlizlərmi seçiləcək? Açıq qalan suallar var”.

Zaxarova: “Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, sülhməramlılar artıq bir sıra daimi və müvəqqəti müşahidə məntəqələrini bağlayıblar: “Son bir il ərzində Qarabağda vəziyyət kəskin şəkildə dəyişib; 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri (Nikol Paşinyan) Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb, bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini bir daha təsdiqləyib. Beləliklə, Rusiya sülhməramlı kontingentinin bölgəyə yeridilməsi şərtləri ciddi şəkildə tənzimləndi və bu ilin 19-20 sentyabr tarixlərində baş vermiş toqquşmadan sonra əhalinin kütləvi köçü fonunda sülhməramlılarımızın fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”. Zaxarova qeyd edib ki, Moskva Rusiya sülhməramlıları ilə bağlı fundamental məsələləri Bakı ilə müzakirə edir.

“Qarabağdakı erməni qüvvələrinin tərksilah olunması Sərkisyanın koordinasiyası və Köçəryanın iştirakı ilə razılaşdırılıb…”-İDDİA

Ermənistanın “Respublika naminə” partiyasının sədri Arman Babacanyan iddia edir ki, Qarabağın dağlıq hissəsindən “dağlıq Qarabağ müdafiə ordusu”nun silahlı birləşmələri” adlanan separatçı-terrorçu qüvvələrin tərksilah olunaraq ərazidən çıxarılması Rusiya “sülhməramlı”larının vasitəçiliyi, Xocalı caniləri olan terrorçu eks-prezidentlər  Serjik Sərkisyanın koordinasiyası və Robert Köçəryanın iştirakı ilə İrəvanda razılaşdırılıb.  Moderator.az xəbər verir ki,  "Aykakan Jamanak"ın yayğığı məlumata görə, bu barədə A.Babacanyan öz “Facebook” səhifəsində yazıb. “Sentyabrın 20-də sizin artsaxda seçdiyiniz hökumət rəhbərləri:  parlament sədri Davit İşxanyan, keçmiş prezidentlər Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, milli təhlükəsizlik xidmətinin direktoru, daxili işlər naziri, parlamentdəki “milli birlik” fraksiyasının lideri Samvel Babayan, İrəvanda bütün parlament fraksiyalarının liderlərinin, həmçinin Robert Köçəryanın iştirakı, Serj Sarkisyanın koordinasiyası və Rusiya sülhməramlılarının vasitəçiliyi ilə məşhur bəyanatı yayıblar ki, onun ikinci bəndində deyilir: “Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi qulluqçularının Rusiya sülhməramlılarının dislokasiya zonasından çıxarılması, Dağlıq Qarabağ Müdafiə Ordusunun silahlı birləşmələrinin buraxılması, tam tərksilah edilməsi və ağır texnika və silahların Dağlıq Qarabağ ərazisindən mümkün qədər tez çıxarılması barədə razılıq əldə olunub”,- deyə erməni partiya sədri yazıb. P.S. Əslində Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyandan da öncə Robert Köçəryan və Serj Sərkisyan hələ sovet dövründən “KQB”-nin, sonra da xüsusən Putinin dövründə “FSB”-nin sadiq nökərləri olduğu üçün Moskvadan əmr gələndən sonra onlar Ermənistan ordusunu da tərksilah etdirilməsinə razılıq verərlər… Onu da xatırladaq ki, sentyabrın 9-da Azərbaycan torpağında artıq külləri də sovrulmuş separatçı-terrorçu rejimin sonuncu "seçilmiş" qondarma "prezident"i Samvel Şahramanyanın da Serjik Sərkisyanın və deməli, dolayısıyla Rusiyanın "adamı" olması haqda informasiyalar yayılmışdı...

Türkiyə ordusu şəhid verdi

Türkiyə Ordusunun hərbçisi İraqın şimalında terrorçulara qarşı həyata keçirilən “Pəncə-Kilid” əməliyyatında şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçuların yerləşdirdiyi partlayıcının işə düşməsi nəticəsində çavuş Mustafa Çakmak həyatını itirib.

Hüquq müdafiəçisi: "Heç bir hüquq müdafiə təşkilatı Azərbaycanı ittiham edə bilməz"

“Azərbaycanda həbs edilən separatçılar saxlanma şəraitindən şikayət etmir, informasiya, kitab, qida ehtiyacları təmin olunur, vəkillə də təmin ediliblər, hətta Rubenin apelyasiya şikayətinə baxılıb. O deməkdir ki, onlar qatı cinayətkar olsalar da, Azərbaycan beynəlxalq konvensiyalara və qanunvericiliyə uyğun addım atır”. Sozcu.az xəbər verir ki, bu fikirləri tribunainfo.az-a Siyasi Hüquqların Müdafiə Mərkəzinin sədri Xəzər Teyyublu deyib. Hüquq müdafiəçisi hesab edir ki, həbsdə olan Araik, Ruben, David, Bako və digərləri ilə ombudsmanlıq da maraqlanıb, bəziləri ilə görüş keçirilib. “Fikrimcə, bizə hər hansı beynəlxalq təsisat hər hansı irad tuta bilməz. Baxmayaraq ki, Avropa Parlamenti böhtanlarla dolu bədnam qətnamə qəbul etdi, yenə də heç bir hüquq müdafiə təşkilatı Azərbaycanı ittiham edə bilməz. İkincisi, saxlanan şəxslər separatizmin və terrorçuluğun əsas liderləridir. ABŞ-ın Quantanamo türməsində terrorçular var, amma heç bir Qərb təşkilatı onlarla maraqlanmır. O cəhətdən bizdən nəsə tələb etmələri absurddur. Azərbaycan antiterror tədbirlərini də beynəlxalq hüquqa uyğun həyata keçirib, terrorçuları da o qaydalar çərçivəsində həbs edib. Terrorizmə qarşı mübarizə aparan beynəlxalq koalisiya bizə minnətdar olmalıdır. Diqqət edin, nə Makron, nə başqaları həbs edilən araiklərə görə səsini çıxarmır. Çünki deməyə arqumentləri yoxdur”.

İsrail Qəzzanı şumlayır

İsrailin Qəzza zolağına endirdiyi zərbələrin nəticələrinin miqyası pilotsuz uçan aparatdan qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntü yayılıb. Qeyd edilib ki, İsrail ordusu (ÇAXAL) hər 4 saatdan bir Qəzza zolağını kütləvi raket zərbələri ilə vurur.

İsrail ehtiyatda olan 300 min nəfəri orduya çağırdı

İsrail ordusu Qəzza zolağı ətrafında hərbi əməliyyatların başlaması ilə əlaqədar 48 saat ərzində ehtiyatda olan 300 min nəfəri orduya çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, döyüş texnikası cəhətdən çatışmazlıq yoxdur.

İsrail Qəzzanı alıb, iki ölkəyə zərbə endirəcək

Böyük ehtimalla Qəzza zolağını İsrail bir neçə günə nəzarətə götürəcək. Suriya və Livan ərazisində də müəyyən preventiv tədbirlər qaçılmazdır. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev hazırda davam edən İsrail-HƏMAS müharibəsi haqda deyib. Verdiyevin sözlərinə görə, quru əməliyyatları başa çatdıqdan sonra belə İsrail Qəzza zolağında müəyyən nəzarət mexanizmlərini saxlayacaq: “Hizbullah da əgər HƏMAS-ı dəstəkləməyə cəhd edərsə, onun taleyi HƏMAS-dan fərqli olmayacaq. Daha əvvəlki illərdə olduğu kimi, İsrail Müdafiə Ordusu hər iki tərəfin dayaqlarını kifayət qədər sarsıdacaq”. Qeyd edək ki, HƏMAS 7 oktyabrda Qəzza zolağından İsrailə kütləvi hücuma keçib. Nəticədə indiyə qədər 900 israillinin öldüyü, 2,7 minə yaxın insanın isə yaralandığı bildirilir. İsrail ordusu müharibəyə girdiyini elan edib və Qəzzaya ağır zərbələr endirir.

"İranı bombalaya bilərik" - ABŞ senatoru

“Müharibənin qızışmamasını istəyiriksə, İranı bombalaya bilərik”. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ senatoru Lindsey Graham bildirib. Onun sözlərinə görə, “Müharibənin Ayətullah Əli Xameneinin arxa bağçasına köçürməyin vaxtıdır…”.

"Rusiya xüsusi xidmət orqanları Ukraynada ələ keçirilən Qərb silahını HƏMAS-a ötürüb" - Ukrayna Baş Kəşfiyyat İdarəsi

"Düşmənin bu növbəti təxribatı Ukrayna Silahlı Qüvvələrinin nüfuzdan salınması və Qərb tərəfdaşları tərəfindən Ukraynaya hərbi yardımın dayandırılması məqsədini güdür..." Rusiya xüsusi xidmət orqanları Ukraynada döyüş əməliyyatları zamanı ABŞ və Avropa İttifaqının ələ keçirilən qənimət silahlarını HƏMAS terrorçularına ötürüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat verib. Məlumatı "news.obozrevatel.com" nəşri yayıb. Ukrayna kəşfiyyatının məlumatına görə, rusiyalılar burada aşağıdakı məqsədləri güdüb: - ukraynalı hərbçiləri "Qərb silahının müntəzəm əsaslarla terrorçulara satmaqda" ittiham etmək; - bu feyki mediada, o cümlədən Qərb mətbuatında yaymaqla Qərb tərəfdaşları tərəfindən Ukraynaya hərbi yardımın tamamilə dayandırılması məqsədilə ictimai rəyi formalaşdırmaq. "Kremlin dezinformasiya kampaniyası çərçivəsində bu feyklər Qərb KİV-lərində bir sıra "ifşaedici materialların" və "araşdırmaların" əsasını təşkil etməlidir.  İnandırıcı olması üçün Rusiyanın xüsusi xidmət orqanları bu yaxınlarda Moskvaya qaçmış Ukrayna Sərhəd Xidmətinin xain baş leytenantı Ruslan Sırovun müvafiq şərhlərindən istifadə etmək niyyətindədir", - BKİ xəbərdarlıq edir. Xatırladaq ki, ilyarımdır ki, ona hücum edən Rusiya ilə qanlı savaş aparan Ukrayna yəhudi dövlətinə terror hücumlarını birmənalı olaraq qətiyyətlə pisləyənlərin ilk sırasında olub. "Biz İsrailin özünü və öz xalqını qorumaq hüququna öz dəstəyimizi ifadə edirik", - Ukrayna XİN "həmasçıların" İsrailə qanlı hücumundan bir neçə saat sonra bəyan edib. Düşmənin bu növbəti təxribatı Ukrayna Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlib və Qərb tərəfdaşları tərəfindən Ukraynaya hərbi yardımın dayandırılmasına gətirib çıxara bilər. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlıları İsrailə güclü hücum törədərək, 5 min raket buraxıb, sonradan onlar Qəzza bögəsi yaxınlığındakı maneələrdən keçərək dinc sakinləri qətlə yetirib və vəhşiliklər törətməyə başlayıb. Oktyabrın 9-da bütün gecə İsrail Müdafiə Ordusu HƏMAS terrorçu qruplaşmasının hərbi imkanlarını məhv etmək üçün Qəzza bölgəsinə zərbələr endirməkdə davam edib. Eyni zamanda, terrorçular mülki obyektlərə hücumları davam edir, bu hücumlar nəticəsində İsraildəki qurbanların sayı 700 nəfəri ötüb.

Növbə Ohanyana çatdı - O da Bakıya gətiriləcək

Bir vaxtlar Qarabağda yüzlərlə günahsız soydaşımızın qanını axıdan qatillərin bəziləri həbs edilib. Amma insanları yalnız azərbaycanlı olduğuna görə qətlə yetirən cəlladların əksəriyyəti hələ də azadlıqdadır. 1992-ci ildə Qaradağlı və Xocalı qətliamlarının təşkilatçılarından biri, uzun müddət Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik edən Seyran Ohanyan və digər canilər hələ də Ermənistan ərazisində gizlənirlər. Əslən Qarabağın Daşaltı kəndindən olan Ohanyan 44 günlük müharibədə Şuşanın müdafiəsinə cavabdeh olsa da, ordumuzun hücumunun qarşısında duruş gətirə bilməyərək Şuşadan qaçmışdı. Ermənistana çatar-çatmaz bəyanatlar səsləndirən Ohanyanın bu gedişi Qarabağa son gediş oldu və bir daha cəsarət edib biz tərəfə baxmadı. Amma revanşist bəyanatlarla diqqət mərkəzində olan Ohanyan həm də Ermənistan parlamentində müxalifəti təmsil edir. Özünün “Facebook” səhifəsində ermənilərə müraciət edən Ohanyan Qarabağın boşaldılmasını ürək ağrısı ilə qeyd edir və yazır ki, düşdükləri vəziyyətə görə günahkar yalnız baş nazir Paşinyandır: “Baş verən faciələrin günahını təkrar-təkrar üzərinə götürən baş nazir özünü elə göstərir ki, guya dəyişiklikdən narazıdır. Müxalifətə yönəlmiş ittihamlar isə absurd yanaşmadır. Hakimiyyətdəkilərin fikirincə, Qarabağdan əhalinin boşaldılmasında günahkar müxalifətdir. Onlar bizi Qarabağın yeni seçilmiş prezidentini təbrik etməkdə günahlandırırlar. Paşinyan hakimiyyəti Qarabağı bir dövlət kimi tanımadı və onun prezidentini təbrik etmədi. Halbuki Qarabağı xilas etmək və saxlamaq üçün bütün rıçaqlar müxalifətin deyil, iqtidarın əlində idi. Və bu gün onlar dövlət təbliğat maşınından nə qədər istifadə etsələr də, müxalifəti günahlandırsalar da, yenə də özlərinə bəraət qazandıra bilməyəcəklər. Hər bir erməni anlayır ki, 2020-ci il məğlubiyyətindən sonra Paşinyan Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqdan imtina edərək, gələcək hərəkətlər üçün bütün məsuliyyəti və mümkün ittihamların oxlarını Rusiya sülhməramlı qüvvələrinə yönəltdi. Praqada açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla müttəfiqimizin əl-qolunu bağladı”.  Silahdaşlarının Bakıda həbsdə olmasını unudan Ohanyan hesab edir ki, uzun müddət azadlıqda gəzib siyasi məsələləri təhlil etməklə məşğul olacaq. Bir vaxtlar Rusiyada milyardlar qazanaraq gəlib Qarabağda Azərbaycana meydan oxuyan Ruben Vardanyan da dünya mətbuatının gündəmində idi. Hətta Qarabağın “prezidentləri” Bakıda dəmir barmaqlıqlar arasından boylanacaqlarını, həyatın bumeranq olduğunu ağıllarının ucundan belə keçirməmişdilər. Deməli, əlahəzrət ədalət tarixin hansısa məqamında öz sözünü deyir və cinayətkar cəzasız qalmır. Növbə isə Ermənistan ərazisində gizlənən Ohanyan və digər cinayətkarlara da çatacaq.konkret)

İsrail HƏMAS-la danışıqlara gedir? - XİN

Hazırda HƏMAS ilə danışıqlar aparılmır. Sozcu.az xəbər verir ki, bunu İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat deyib. “Dövlətimiz müharibə vəziyyətindədir və hesab edirik ki, hazırda heç bir danışıqlar mümkün deyil. Biz bunu heç müzakirə də etmirik”, - Hayat qeyd edib. Qeyd edək ki, HƏMAS sülh danışıqlarına hazır olduğunu bildirib.

İsraildə kiçik icmada 100 meyit tapıldı

İsrailin könüllü xilasetmə fəaliyyəti ilə məşğul olan ZAKA ictimai təşkilatının üzvləri ölkənin cənubunda yerləşən Beeri kibbutzda (kollektiv icma – red.) ən azı 100 cəsəd aşkar ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Bildirilib ki, HƏMAS radikallarının hücumu nəticəsində kibbutz tamamilə dağıldığı üçün qurbanların sayı daha da arta bilər. İcmada minə yaxın insan yaşayırdı. Qeyd edək ki, HƏMAS-ın İsrailə gözlənilməz hücumu nəticəsində ölənlərin sayı 800, yaralıların sayı isə 2616 nəfərə yüksəlib.

İsrail ordusu hücuma hazırlaşır - Halevi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddəki ərazinin terrorçulardan təmizlənməsini başa çatdırır və artıq hücuma hazırlaşır. Sozcu.az xəbər verir ki, belə bir bəyanatla İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi çıxış edib. “Çətin başlanğıcdan sonra təmas xəttini formalaşdırırıq. Biz çoxlu terrorçu öldürmüşük - kim yaxınlaşsa, öldürüləcək. Ərazimizdə terrorçu olmaması üçün ərazinin təmizlənməsini başa çatdırırıq və eyni zamanda artıq hücuma hazırlaşırıq. Hələ qarşımızda çoxlu vəzifələr var, güclü olmalıyıq. Hər şey pis başladı və düşmən tərəfi üçün çox pis bitəcək”-deyə o bildirib.

Erməni əsgəri güllə yarasından öldü

Ermənistan ordusunun əsgəri Narek Nazaryan aldığı güllə yarasından ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Onun hansı şəraitdə öldüyü açıqlanmır, faktla bağlı araşdırma aparılır.