Daxili İşlər Nazirliyi (DİN) virtual soyğunçuluqla bağlı əhaliyə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, dünəndən bununla bağlı polisə 16 müraciət daxil olub: "Dünəndən polisə 16 müraciət daxil olub ki, bank kartımdan pulumu oğurlayıblar. Məbləğlər - 870, 700, 170, 448, 300, 1320, 442, 3500, 2341, 540, 583, 364, 1200, 4360, 1000, 244 manat təşkil edib. Hamısı eyni üsulla - əlavə bank kartı məlumatları verilməklə oğurlanıb".
2024-cü ilin aprel ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank səhmləri Rusiya hökumətinə məxsus olan “Bank VTB Azərbaycan” ASC olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Şikayət olunan bankların siyahısında “Bank of Baku” ASC ikinci (4,94 indeksi), “Yapı Kredi Bank Azərbaycan” QSC isə üçüncü (4,79 indeksi) olub. Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC (0,24 indeksi) olub. Digər banklar üzrə göstəricilər aşağıdakı kimi olub:
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1380 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 495 070 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 15 tank, 34 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
O, heç vaxt bizi dəstəkləməyib, verdiyi vədlərə əməl etməyib, atəşkəsə çağırmayıb və yanımızda olmayıb. Sozcu.az xəbər verir ki, bu sözləri Qəzzanın Deyr əl-Bələh bölgəsindən olan media fəalı Naci Xəzir AFP-yə (Fransa xəbər agentliyi) İbrahim Rəisinin ölümü ilə bağlı müsahibəsində deyib. “Onun bizimlə heç bir əlaqəsi yoxdur”. Başqa fəal Bilal Xidri isə bildirib ki, Rəisi hakimiyyətdə olduğu müddətdə Qəzzaya ancaq iztirab və dağıntı gətirib: “Rəisinin bizim üçün - Qəzza üçün heç bir əhəmiyyəti yoxdur”. Qeyd edək ki, İranın dəstəklədiyi HƏMAS qruplaşması İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı versə də, fələstinlilər hadisəyə laqeyd yanaşıblar.axar)
"USQ öz döyüş qardaşları ilə birlikdə bizi Qələbəyə yaxınlaşdırmaqda davam edir..." Mayın 19-na keçən gecə rusiyalılar tərəfindən işğal edilmiş Sevastopolda Rusiyanın Qara dəniz Donanmasının "Kovrovets" 266-M minaatan gəmisi batırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Hərbi-Dəniz Qüvvələri rəsmi məlumat verib. Məlumatı "nashaniva.com" nəşri yayıb. "USQ Hərbi-Dəniz Qüvvələri öz döyüş qardaşları ilə birlikdə bizi Qələbəyə yaxınlaşdırmaqda davam edir", - məlumatda deyilir. Sevastopol sakinləri gecə "İnjenernaya buxta" rayonunda ciddi partlayışlar barədə yazıb. O zaman rusiyalıların hərbi gəmisinə hücum və nəticədə partlayış və güclü tüstülənmə barədə şayiələr dolaşıb. "Kovrovets" 266-M layihəli minaatan gəmidir. Onun başlıca vəzifəsi dəniz minalarının axtarışı və məhv edilməsidir. Bu, 61 metrlik gəmidir və aşağıdakı xüsusiyyətlərə malikdir: - tam hərəkət sürəti 30 km/saatdır; - üzmə məsafəsi 1500 mildir; - avtonom üzmə 10 sutkadır; - ekipajı 68 nəfər (6 zabit, 8 miçman olmaqla); - su tutarı: standart 745 ton, tam 800 tondur. Rusiyalı mənbələrə görə, gəminin göyərtəsində aşağıdakı silahlar yerləşdirilib: - "Strela-2" 9K32 zenit-raket kompleksi üçün iki buraxılış qurğusu; - 30 mm AK-23 topu üçün iki qurğu; - 25 mm 2M-3M topu; - "Uraqan" reaktiv-bombaatan qurğusu; - "Jalo" 14, 5 mm MTPU pulemyotu; - 7 KMD-100 mina. Bəllidir ki, bu gəmi 1974-cü ilin dekabrında SSRİ-nin Qara dəniz Donanmasının bir hissəsi olub. O zaman "Navodçik" ("Topçu") adlanıb. Hərbçilər bir neçə dəfə gəminin adını dəyişib. O cümlədən 1982-ci ildən "Kurskiy komsomolets" adlanıb, Sovet İttifaqı dağılandan sonra isə əvvəlki adına dönüb. Lakin 1999-cu ildə sovet minaatan gəmisinə yeni "Kovrovets" adı düşünülüb. Rusiyalıların özləri "Kovrovets" gəmisini dəniz minaatan gəmiləri divizionu və Qırmızı Bayraqlı briqada gəmiləri arasında ən yaxşılarından biri adlandırıb. Xatırladaq ki, bu ilin aprel ayında Sevastopolun "Saxarnaya buxta"sında USQ "Kommuna" nadir gəmisini batırıb. Bu, Rusiya Hərbi-Dəniz Donanmasının Qara dəniz Donanmasının tərkibində sualtı qayıqların çoxdankı, bir növ yeganə xilasedici gəmisidir. 1915-ci ildə istismara verilib.
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb. Bunu ABŞ Senatındakı Demokratlar Partiyasının rəhbəri Çak Şumer deyib. O, ABŞ kəşfiyyatının qəzaya dair başqa dəlil tapmadığını deyib: "Dumanlı hava olub. Belə görünür ki, bu, bədbəxt hadisədir"./metbuat.az
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 36 milyon 698 503 min dollar dəyərində 16 min 739 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 567 min dollar və ya 46,4% , miqdar ifadəsilə 2 min 477 ton və ya 17,4% artıb. 1 kq ətin orta idxal qiyməti 2024-cü ilin dörd ayında 3,70 manata başa gəlib ki, bu da illik müqayisədə 0,73 manat (26%) bahalaşma deməkdir. Ötən ilin eyni dövründə ətin orta idxal qiyməti 2,97 manata başa gəlib. Bəs görəsən idxal prosesində özünü göstərən bahalaşma bazara təsir edəcəkmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bu tendensiya hər bir halda bazara da təsirsiz ötüşməyəcək: “Bahalaşma varsa, aydındır ki, bu öz növbəsində piştaxtalarda əksini tapır. Əlbəttə, istehlak artdıqca, nəzərə almaq lazımdır ki, təkcə qida məhsullarında deyil, digər satış məmulatlarında da bahalaşma nəzərə çarpır. Ümumən son 10 ildə BMT protokollarına da nəzər yetirsək, müxtəlif məhsullarda dinamik bahalaşma baş verir. Əlbəttə, bunun fonunda müddətli şəkildə müəyyən bahalaşma müşahidə ediləcək. Ət və ət məhsulları ilə bağlı bahalaşmanın səbəbləri arasında isə bu sahədə olan inhisarlaşmanın ciddi təsiri var”. Ekspert hazırki vəziyyətdə idxalın bazar üçün müsbət nüans olduğunu qeyd edib: “Nəzərə almaq lazımdır ki, ölkəyə ət idxalında da inhisarçılıq izləri müşahidə olunur. Belə olan təqdirdə şəffaf qiymət formalaşması mümkün olmur. Əgər idxalda hər hansı bir liberal yanaşma baş verərsə, onda biz bunun əksini, yəni ucuzlaşmanı da görə bilərik. Amma faktiki olaraq, vəziyyətə uyğun şəkildə bahalaşma ehtimalı daha çoxdur. Hazırki mərhələdə ölkəyə ət idxalı bazarda qiymət stabilliyinə, bolluğa səbəb olur. Çünki yerli istehsal tələbatı ödəmir. Belə olan halda indiki vəziyyətdə idxal müsbət rol oynayır”.
Bu ilin may ayında ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ötən illərin may ayı ilə müqayisədə daha çox müşahidə olunub, ildırım-dolu prosesinin miqyası və intensivliyi artıb. Sozcu.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O bildirib ki, 2022-ci ilin may ayında 17, ötən ilin may ayında 39 dolu hadisəsi müşahidə olunduğu halda, bu ilin may ayının bugününədək 54 dolu hadisəsi qeydə alınıb: "Bunun əsas səbəbi ölkəmizə soyuq hava kütlələrinin daxil olması və mürəkkəb sinoptik şəraitlə əlaqədar formalaşan kütlədaxili prosseslərdir”. O qeyd edib ki, bu ilin 1-20 may tarixlərində ölkənin əksər bölgələrində hava 18 gün yağıntılı olub: "Düşən yağıntının miqdarı Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində, eləcə də Bakıda və Abşeron yarımadasında aylıq normadan çox olub. Leysan xarakterli intensiv yağışlar nəticəsində çaylarda sululuq kəskin artıb, 8 sel hadisəsi qeydə alınıb. Küləkli günlərin sayı 13 olub. Havanın temperaturu ötən illərlə müqayisədə daha aşağı qeydə alınıb”.
16:54 Prezident İlham Əliyev “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin: “1-1. Normativ hüquqi akt layihələrinin razılaşdırılması və vizalanması ilə bağlı kargüzarlığın aparılması, o cümlədən sənədlərin rəsmiləşdirilməsi, protokolların hazırlanması və tərtib edilməsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla həyata keçirilir.”. 2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli 17 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 2.1. 8.4-cü bənddən “, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır” sözləri çıxarılsın; 2.2. aşağıdakı məzmunda 8.4-1-ci və 9.5-1-ci bəndlər əlavə edilsin: “8.4-1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrini aparır, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirir;”; “9.5-1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirmək;”; 2.3. 9.3-cü, 9.5-ci və 9.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin: “9.3. yeni normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə təkliflər hazırlamaq;”; “9.5. Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinin aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin etmək;”; “9.7. ictimaiyyət üçün açıq olan Hüquqi aktların vahid elektron bazasını aparmaq;”; 2.4. 9.4-cü bənddə “normativ hüquqi aktların və normativ xarakterli aktların” sözləri “qanun layihələrinin, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının” sözləri ilə əvəz edilsin; 2.5. 9.6-cı bənddən “, ədliyyə orqanları və məhkəmələrin normativ hüquqi aktlarla təchiz olunmasını həyata keçirmək, onlara normativ hüquqi aktların nəzarət vəziyyətində saxlanılması üçün kömək göstərmək” sözləri çıxarılsın; 2.6. 10.2-ci bənddə “zərurət olarsa, öz qərarlarını müvafiq icra hakimiyyəti orqanları” sözləri “öz qərarlarını aidiyyəti üzrə dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin; 2.7. 10.4-cü bəndə “aktlar” sözündən sonra “(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla)” sözləri, “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə olunsun və həmin bənddə “qüvvədən düşməsi, yaxud onlara əlavə və” sözləri “ləğv edilməsi və ya onlarda” sözləri ilə əvəz edilsin. 3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 626 (Cild I) ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 3.1. 3.11-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra yeddi iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin aktlar Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra bir iş günü ərzində Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə hüquqi aktı qəbul etmiş orqana (quruma) əsaslandırılmış məlumat verilməmiş olsun.”; 3.2. 4.1.3-cü yarımbənddən “(vizalanması)” sözü çıxarılsın. 4. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1794 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 4.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” üzrə: 4.1.1. 5.3-cü bənddə “Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidenti aktlarının layihələrinə və digər sənədlərə” sözləri “sənədlərə (bu Qaydanın 5.3-1-ci bəndi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin; 4.1.2. aşağıdakı məzmunda 5.3-1-ci, 5.3-2-ci, 5.14-cü və 5.15-ci bəndlər əlavə edilsin: “5.3-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi ilə bağlı göndərilən təklifə, həmçinin baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihəsinə ən geci 3 (üç) ay müddətində, əlavə araşdırma tələb olunduqda isə 6 (altı) aydan gec olmayaraq baxılmalıdır (münasibət bildirilməlidir). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubunda normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi, habelə normativ hüquqi akt layihəsinə baxılması (münasibət bildirilməsi) üçün daha qısa müddət müəyyən edilə bilər. 5.3-2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə icra hakimiyyəti orqanlarının təsdiq edilmiş (qüvvəyə minmiş) normativ hüquqi aktlarının təkmilləşdirilməsi, aşkar edilmiş boşluqların, ziddiyyətlərin və digər nöqsanların aradan qaldırılması ilə bağlı göndərilən təkliflər nəzərə alınmalı və ən geci 1 (bir) ay müddətində müvafiq normativ hüquqi aktlarda dəyişiklik edilməsi və ya onların ləğv edilməsi ilə bağlı tədbirlər görülməli, nəticəsinə dair məlumat, təkliflərin nəzərə alınması mümkün olmadıqda isə bu barədə əsaslandırılmış cavab məktubu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.”; “5.14. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın icra müddətinin ilk üçdə bir hissəsi ərzində (bu Qaydanın 5.15-ci bəndi nəzərə alınmaqla) əsas icraçı tərəfindən müvafiq normativ hüquqi akt layihəsi hazırlanmalı və razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərilməlidir. Tapşırığın icra müddətinin qalan hissəsində normativ hüquqi akt layihəsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla razılaşdırılmalı və Nazirlər Kabinetinə təqdim olunmalıdır. 5.15. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən bunun səbəbləri və tapşırığın icra tarixini göstərməklə, yuxarı dövlət orqanına tapşırığın icrasının başaçatma tarixindən azı 7 (yeddi) iş günü əvvəl məlumat verməlidir.”; 4.1.3. 5.9-cu bəndin ikinci cümləsində “Təcili” sözü “Normativ hüquqi aktların layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, “təcili” sözləri ilə əvəz edilsin; 4.1.4. 5.10-cu bənd üzrə: 4.1.4.1. birinci cümlədə “Tapşırığın” sözü “Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırığın” sözləri ilə əvəz edilsin; 4.1.4.2. ikinci cümləyə “tarixindən” sözündən sonra “azı” sözü əlavə edilsin; 4.1.5. 5.11-ci bənd üzrə: 4.1.5.1. birinci cümlədə “Tapşırıq” sözü “Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırıq” sözləri ilə əvəz edilsin; 4.1.5.2. üçüncü cümlə çıxarılsın; 4.1.6. 5.13-cü bənddə “Tapşırıq” sözü “Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırıq” sözləri ilə əvəz edilsin; 4.1.7. 6.3-cü bənddə “2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına əlavə – “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin” sözləri “2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin” sözləri ilə əvəz edilsin və həmin bənddən “Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsinə,” sözləri çıxarılsın; 4.1.8. 6.4-cü bənddə “layihə irad və təkliflərlə birlikdə” sözləri “digər dövlət orqanları (qurumları) tərəfindən vizalanmış layihə, ona razılıq verməyən icraçıların rəylərini əks etdirən iclas protokolu və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.2-ci maddəsində göstərilənlər əlavə olunmaqla” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu qaydaya əməl edilmədən təqdim olunan sənədlər əsas icraçıya geri qaytarılır.”; 4.1.9. 6.5-ci bənddə “layihəni hazırlayan əməkdaşının (əməkdaşlarının), habelə irad və təklifləri olan mərkəzi icra hakimiyyəti orqanının (orqanlarının), yerli icra hakimiyyəti orqanının (orqanlarının), dövlətin hüquqi şəxsinin (şəxslərinin) və digər aidiyyəti qurumların rəhbərlərinin (müavinlərinin) və ya nümayəndələrinin” sözləri “layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin)” sözləri ilə əvəz olunsun və həmin bəndə “müzakirə aparılır” sözlərindən sonra “və nəticələr protokollaşdırılır” sözləri əlavə edilsin; 4.1.10. 6.7-ci bənd aşağıdakı redaksiyada verilsin: “6.7. Müzakirə nəticəsində qarşılıqlı həlli tapılmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair Baş nazir aşağıdakı tədbirlərdən birini görür: 6.7.1. razılığın əldə edilməməsi normativ hüquqi akt layihəsinin və ya onun ayrıca struktur elementinin qəbul edilməsinin məqsədəuyğunluğu ilə bağlıdırsa, layihəyə və ya onun ayrıca struktur elementinə dair öz qərarını həyata keçirir; 6.7.2. razılığın əldə edilməməsi qüvvədə olan normativ hüquqi aktların tələbləri ilə əlaqədardırsa, həmin tələblərə əsaslanaraq qərar qəbul edir.”; 4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” üzrə: 4.2.1. 3.0.22-ci yarımbəndə “Baş nazirin” sözlərindən əvvəl “bu Əsasnamənin 3.0.22-1-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda” sözləri əlavə edilsin; 4.2.2. aşağıdakı məzmunda 3.0.22-1-ci və 5.9.15-1-ci yarımbəndlər əlavə edilsin: “3.0.22-1. razılıq əldə edilməsi mümkün olmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə onun müavini və ya Nazirlər Kabineti Aparatının rəhbərinin yanında Aparatın müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparmaq və nəticələrini protokollaşdırmaq;”; “5.9.15-1. razılıq əldə edilməsi mümkün olmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparır;”; 4.2.3. 3.0.24-cü yarımbəndə “idarələrarası” sözündən əvvəl “Normativ hüquqi aktlar” informasiya sisteminin və” sözləri əlavə edilsin; 4.2.4. 5.9.5-ci yarımbənddə “rəy və təkliflər verilməsi, həmçinin razılaşdırılması” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihələrini baxılması (münasibət bildirilməsi)” sözləri ilə əvəz edilsin; 4.2.5. 5.9.15-ci yarımbəndə “Baş nazirin” sözlərindən əvvəl “bu Əsasnamənin 5.9.15-1-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda” sözləri əlavə edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 218 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 aprel tarixli 38 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın 2.14-cü bəndində “2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.12-ci” sözləri “2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 4.4-cü” sözləri ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 582 (Cild I) 1-ci hissəsinin 2-ci və 5-ci bəndləri ləğv edilsin. 2. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 391 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.3-cü bənd ləğv edilsin; 2.2. 2-ci hissədən “Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin səkkizinci hissəsinin ikinci cümləsində və” sözləri çıxarılsın. 3. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858 (Cild I) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 5.21.4-cü yarımbənddə “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən” sözləri “su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan” sözləri ilə əvəz edilsin; 3.2. 5.21.5-ci yarımbənddə “nəqlinə” sözü “ötürülməsinə” sözü ilə əvəz edilsin. 4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318 (Cild I) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.4-cü yarımbəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 14 mart tarixli 22 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 7-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununda aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən” sözləri “su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan” sözləri ilə əvəz edilsin; 5.2. 3-cü bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 6.1. 1.3.1-ci yarımbəndə “nəql edənləri” sözlərindən sonra “(istilik enerjisinə münasibətdə)” sözləri, “paylayıcıları” sözündən sonra “, təchizatçıları” sözü əlavə edilsin; 6.2. 2-ci hissə üzrə: 6.2.1. 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərdə “elektrik və” sözləri “ötürücü və paylayıcı sistem operatorlarının, habelə” sözləri ilə əvəz edilsin; 6.2.2. 2.1.5-ci yarımbənddə, 2.1-1-ci və 2.3-cü bəndlərdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin; 6.2.3. 2.2.2-ci (birinci halda) və 2.2.3-cü yarımbəndlərdə “elektrik və” sözləri “ötürücü və paylayıcı sistem operatorlarında, habelə” sözləri ilə əvəz edilsin; 6.2.4. 2.3.1-ci yarımbənddə “enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin” sözləri “ötürücü və ya paylayıcı sistem operatorunun” sözləri ilə əvəz edilsin; 6.2.5. 2.3.2-ci yarımbənddə “enerji təchizatı müəssisəsi” sözləri “ötürücü və paylayıcı sistem operatorları” sözləri ilə əvəz edilsin; 6.2.6. 2.6.2-ci yarımbənddə “dövlət elektroenergetika və enerji təchizatı müəssisələri” sözləri “ötürücü və paylayıcı sistem operatorları, eləcə də istilik təchizatı müəssisələri” sözləri ilə əvəz edilsin; 6.2.7. 2.6.3-cü yarımbənddə “elektrik və istilik enerjisi istehsalı və təchizatı müəssisələrində elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, nəqli və paylanması proseslərinin idarə edilməsi, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin” sözləri “ötürücü və paylayıcı sistem operatorları tərəfindən mərkəzi operativ-dispetçer idarəetməsinin” sözləri ilə əvəz edilsin; 6.2.8. 2.6.4-cü yarımbənddə “enerji istehsalı və təchizatı müəssisələrinin” sözləri “enerjisinin istehsalçısının, habelə ötürücü və paylayıcı sistem operatorlarının” sözləri ilə əvəz edilsin; 6.2.9. 2.6.6-cı yarımbənddə “təchizatı müəssisələri” sözləri “istilik enerjisinin təchizatı müəssisələri, habelə elektrik enerjisinin ötürücü və paylayıcı sistem operatorları” sözləri ilə əvəz edilsin. 7. “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 730 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1022 (Cild I) 3.7-ci və 3.8-ci bəndləri ləğv edilsin. 8. “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1582-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 733 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1025 (Cild I) 3.5-ci və 3.6-cı bəndləri ləğv edilsin. 9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 iyul tarixli 1761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 750 (Cild I) 1-ci hissəsi ləğv edilsin. 10. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 242 (Cild I) 1-ci hissəsi ləğv edilsin. 11. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1152 (Cild I) ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 11.1. 1.2.1-ci yarımbənddə “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən” sözləri “150 kVt-dan” sözləri ilə əvəz edilsin; 11.2. 3.1.3-cü yarımbənddə və 9.6-cı bənddə “dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi” sözləri “ötürücü və ya paylayıcı sistem operatoru” sözləri ilə əvəz edilsin; 11.3. 6.4.6-cı yarımbənddə “dövlət elektroenergetika müəssisəsinin və ya enerji təchizatı müəssisəsinin” sözləri “ötürücü və ya paylayıcı sistem operatorunun” sözləri ilə əvəz edilsin. 12. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 384 (Cild I) ləğv edilsin. 13. “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 995-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 mart tarixli 1861 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 411) ləğv edilsin. 14. Bu Fərmanın 6.1-ci bəndi (elektrik enerjisinin təchizatçısına münasibətdə), 6.2-ci (6.2.2-ci yarımbənd istisna olmaqla), 11.2-ci və 11.3-cü bəndləri (paylayıcı sistem operatoruna münasibətdə) 2025-ci il iyulun 1-dən qüvvəyə minir. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 17-ci maddəsinin birinci və ikinci cümlələrində, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci və 78-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Əsasnamənin 54-2-ci maddəsində, 54-5-ci maddəsinin ikinci cümləsində, 54-6-cı və 73-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.3. həmin Əsasnamənin 11-2-ci və 45-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; 1.4. həmin Əsasnamənin 78-3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; 1.5. həmin Əsasnamənin 54-7-ci maddəsinin birinci cümləsində və 54-8-ci maddəsində “vəzifəli şəxs” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. üç ay müddətində: 2.1.1. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 54-5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.1.2. həmin Əsasnamənin 54-6-cı maddəsinə uyğun olaraq, yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi qaydasını və məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. həmin Əsasnamənin 73-1-ci maddəsinə uyğun olaraq, vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması qaydasını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində: 3.1. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 11-2-ci maddəsinə uyğun olaraq, vergi orqanlarında staj və sınaq keçmə qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.2. həmin Əsasnamənin 45-2-ci maddəsinə uyğun olaraq, vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 89 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 4.1. ikinci abzas 2.1-ci bənd hesab edilsin və həmin bənddən “, 12-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində, ikinci hissəsinin 2-ci bəndində və üçüncü hissəsində” sözləri çıxarılsın; 4.2. üçüncü abzas 2.3-cü bənd hesab olunsun və aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin: “2.2. həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində, ikinci hissəsinin 2-ci bəndində və üçüncü hissəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə münasibətdə) nəzərdə tutulur;”. 5. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci hissə ləğv edilsin; 5.2. 3-cü hissə üzrə: 5.2.1. 3.1-ci bənddə “17-ci maddəsində” sözləri “17-ci maddəsinin birinci və ikinci cümlələrində” sözləri ilə, “axırıncı abzasında, 74-cü maddəsinin birinci cümləsində və 78-ci” sözləri “on birinci abzasında, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci maddəsində, 78-ci maddəsinin birinci cümləsində və 78-2-ci” sözləri ilə əvəz edilsin; 5.2.2. 3.2-ci bənddə “6-cı” sözü “6-cı maddəsinin birinci cümləsində” sözləri ilə, “və 55-ci maddəsinin birinci hissəsində (birinci halda)” sözləri “, 54-2-ci maddəsində, 54-5-ci maddəsinin ikinci cümləsində, 54-6-cı maddəsində, 55-ci maddəsinin birinci hissəsində (birinci halda) və 73-1-ci maddəsində” sözləri ilə əvəz edilsin; 5.2.3. 3.3-cü bəndə “76-cı maddəsində” sözlərindən sonra “, 78-3-cü maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin, həmin bənddə “38-ci maddəsində” sözləri “38-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz olunsun və həmin bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın; 5.2.4. aşağıdakı məzmunda 3.3-1-ci və 3.5-ci bəndlər əlavə edilsin: “3.3-1. həmin Əsasnamənin 11-2-ci və 45-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”; “3.5. həmin Əsasnamənin 16-cı maddəsinin ikinci hissəsində, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci maddəsində və 78-ci maddəsinin birinci cümləsində “vəzifəli şəxs” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur.”; 5.2.5. 3.4-cü bənd ləğv edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 aprel tarixli 31 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7.3-cü yarımbəndində “xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən” sözləri “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-ci bəndi ilə” sözləri ilə əvəz edilsin. 7. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 17-ci maddəsinə münasibətdə bu Fərmanın 1.1-ci bəndi, 5.2.1-ci və 5.2.5-ci yarımbəndləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydası ilə eyni gündə qüvvəyə minir. *** Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 114-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 2. Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq, “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürülsün. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. normativ hüquqi aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununa və bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqlarının Məhkəmə-Hüquq Şurasına ötürülməsi tam başa çatanadək həmin informasiya sisteminin sahibi və operatoru funksiyalarının icrasından irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirsin. 5. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin: 5.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanunu və bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, Məhkəmə-Hüquq Şurası Aparatının strukturunun təkmilləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin; 5.2. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görsün. 6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744 (Cild I) 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 6.1. 7.1-ci və 7.9-cu bəndlərdə “hissəsində” sözü “hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin; 6.2. 7.5-ci bənddən “ikinci hissəsinin ikinci cümləsində (yalnız birinci instansiya məhkəmələrində həmin maddədə qeyd edilən sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılması üzrə),” və “, 97-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) və ikinci hissəsində, 107-ci maddəsinin ikinci hissəsində” sözləri çıxarılsın; 6.3. 7.6-cı bənd aşağıdakı redaksiyada verilsin: “7.6. həmin Qanunun 64-cü maddəsinin ikinci hissəsində, 80-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 86-cı maddəsinin birinci hissəsində və 88-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;”. 7. Bu Fərmanın 1-ci və 6-cı hissələri 2024-cü il iyunun 1-dən qüvvəyə minir.
Bu gün, Mayın 20-də Müsavat Partiyası Divanının yeni tərkibdə ilk iclası keçirilib.İclasda Qarabağ qazisi, ictimai fəal Ayaz Qasımov partiya sıralarına qəbul olunub. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə təşkilati məsələyə baxılıb. Qarabağ qazisi, ictimai fəal Ayaz Qasımov partiya sıralarına qəbul olunub.
Fransa Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün fransız silahlarından istifadəsinə qoyulan qadağanı ləğv etməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Fransa parlamentinin Xarici əlaqələr komitəsinin sədri Jan Lui Burlanj deyib. Fransalı deputat Paris hökumətini gözləmə vəziyyətindən çıxmağa və ingilis, eləcə də amerikalıların qərarı ilə müqayisə oluna bilən qərar qəbul etməyə çağırıb.
2020-ci ilin parlament seçkilərində bir dəstə adam Müsavat Partiyasının hakimiyyətlə anlaşdığını deyib şər-böhtan kampaniyası aparırdı. Hətta parlamentdə Müsavata deputat sayı da müəyyənləşdirmişdilər. Seçki bitdi, tirajladıqları yalanların şər-böhtandan başqa bir şey olmadığı məlum oldu. Ancaq utanmadılar. Çünki vicdansız adamlarda utanma hissi olmur. Eyni abırsızlıqları 2015, 2018 və sonuncu növbədənkənar prezident seçkilərində də etmişdilər. Birinin çıxıb Müsavatdan, Müsavat rəhbərliyindən üzr istədiyini görmüsünüz? Hər Qurultayda “Müsavat bitdi”, “Müsavat dağıldı”, “Müsavat satıldı” deyib üfunət iyi verirlər. Nə olur bəs? Bir partiya, təşkilat dağılırsa, bu, bir dəfə olur da. Yox, əgər sizlər bu kampaniyanı hər seçkidə, hər Qurultayda aparırsınızsa, demək Müsavat dağılmayıb, satılmayıb, sadəcə siz şər-böhtan kampaniyası aparmaqla məşğulsunuz. Təəssüf ki, çox az sayda adam da bu axına düşüb, o böhtanlara qoşulur, alət olur. Müsavata qarşı kin qusanların bu qədər irəli getməsinin günahkarları içərisində bəlkə də biz müsavatçılar da varıq. Çünki uzun illərdir bu adamlara baş qoşmuruq, üzvlərimizə heç kimi təhqir etməməyi, ağayana davranmağı, belə adamları boş verməyi tapşırmışıq. Ancaq görünən odur ki, bu adamlara öz dillərində də cavab vermək lazımdır. Yəqin ki, bundan sonra da elə olacaq. Həm də çox ağır formada! Ədalət Vəliyev ilk dəfə siyasi partiyalarla görüş keçirəndə Müsavat Partiyası belə görüşdə iştirak etməyib. 2020-ci ildə Vətən Müharibəsi başlayarkən yenidən Müsavat Partiyasına görüş təklif olunub, hansı məsələ müzakirə olunacaq sualı verilib, ümummilli məsələ olduğu, Qarabağ məsələsi olduğu bildirilib. Bu görüş baş tutub. Müsavat Partiyasının Vətən Müharibəsində dəstəyi bildirilib və partiya tərəfindən müəyyən işlər də görülüb. O vaxt da Müsavat Partiyasına “satılıb” damğası vurmaq istədilər. Elə bildilər 5-10 günlük hərbi əməliyyatlar olub dayanacaq. Gördükdə ki, bu artıq müharibədir, ordumuz irəliləyir, əleyhlərinə işləyəcəklərini görüb kampaniyanı dayandırdılar… Hakimiyyət tərəfindən ikinci görüş təklifi mən, Fərəc Kərimli 44 günlük müharibədən döndükdən bir neçə gün sonra Müsavata təklif olunub. Müzakirə olunacaq məsələ də müharidən sonra görüləcək işlər, Müsavat Partiyasının verə biləcəyi təkliflər olub. Müsavatdan Başqan Arif Hacılı və mən iştirak etmişik, prezident aparatından da iki rəsmi şəxs. Görüş Müsavat Partiyasının qərargahında keçirilib. Bildirilib ki, verdiyiniz təkliflər şəxsən ölkə başçısına məruzə olunacaq. Siyasi məsələlər, beynəlxalq siyasətlə bağlı təkliflər Başqan tərəfindən səsləndirilib, orduyla bağlı partiyanın təklifləri mənim tərəfimdən. Professional orduya keçiddən tutmuş, zabit-gizirin, MAXE-nin “belinə” vurulan xarab olmuş maşınlar, orduda ruh düşkünlüyü yaradan başqa məsələlərin həllinə qədər təkliflərimizi səsləndirmişik. İndi hakimiyyət nə dərəcədə əməl edib, ciddi yanaşıb-yanaşmayıb bu onların öz işidir… Siz heç görmüsünüz yuxarıda qeyd etdiyim məsələ ilə bağlı Müsavata hücum olsun? Eşitməmisiniz. Bilirsiniz niyə? Çünki müharibə yeni bitmişdi, o zaman bu məsələyə görə Müsavata hücum etmək cəmiyyətdə yaxşı qarşılanmazdı, hətta partiyanın xeyrinə işləyərdi. Vicdanı, ləyaqəti olan, özünə hörmət edən adamlar əmin olsun ki, Müsavat Partiyasına qarşı son günlər aparılan kampaniya da növbəti böhtan kampaniyasıdır. Bir müddət sonra özünüz də buna şahid olacaqsınız. Odur ki, belə böhtançılara alət olmayın. Fərəc Kərimli, Müsavat başqanının müavini
Şirvanda azyaşlı qızdırmadan ölüb. Sozcu.az-ın məlumatına görə, şəhərin M.Rəsulzadə küçəsi 7 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlu Şirvan Şəhər Xəstəxanasında qızdırmadan ölüb. İlkin məlumata görə, evdə müalicə olunan Ə.Vəliyevin bir həftəyə yaxın hərarəti aşağı düşməyib. Son anda xəstəxanaya gətirilərkən artıq gec olub. Faktla bağlı araşdırma aparılır.report
İbrahim Rəisinin ölüm xəbərindən sonra onu müvəqqəti olaraq İranın birinci vitse-prezidenti, 70 yaşlı Məhəmməd Moxber əvəz edəcək. Sozcu.az xəbər verir ki, o, yaxın iki ay ərzində İranın prezidenti olacaq. İran Konstitusiyasına əsasən, rəhbərin razılığı ilə birinci vitse-prezident prezidentin və parlamentin sədrindən ibarət şuranın yerini alır, məhkəmə hakimiyyətinin rəhbərləri və vitse-prezident isə 50 gün ərzində yeni seçkilər keçirməlidir.
Yaxın Şərq münaqişəsinin yeganə həlli İsrail və Fələstinin birgəyaşayışına əsaslanan nizamlanmadır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib. "Hazırda Qəzzada atəşkəs razılaşması üzərində işləyirəm, oranın yenidən qurulmasına əlavə yardım göstərmək üçün gecə-gündüz beynəlxalq səylərə rəhbərlik edirəm. Mən təkcə atəşkəs üçün deyil, həm də regionun birliyi üçün gecə-gündüz çalışıram. Davamlı sülhə nail olmaq niyyətindəyik. Sonra nə olacaq? Qəzzada nə olacaq? Fələstin xalqının hansı hüquqları var? Çalışıram ki, hər iki dövlətin mövcud olacağı, iki xalqa sülh və firavanlıq içində yaşamağa imkan verən yeganə həll yoluna nail olaq", - o bildirib.
Xəbər verdiyimiz kimi, İran KİV İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin helikopter qəzasında həyatını itirdiyini açıqlayıb. Sozcu.az həlak olan İran rəsmilərinin fotosu təqdim edir:
İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib. Sozcu.az-ın məlumatına görə, bu barədə İranın Mehr Agentliyi xəbər verib. Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib. Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib. Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib. Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb. Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar.
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti sədri PirHüseyn Kulivənd məlumat yayıb. "Qəzaya uğrayan helikopterin yeri aşkar ediləndən sonra sərnişinlərin sağ qalmasına dair heç bir əlamət aşkar edilməyib", - deyə o bildirib. Qeyd edək ki, daha əvvəl Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında helikopterin qalıqlarının tapıldığını bildirib.
İsrail İran prezidenti İbrahim Rəisinin helikopter insidenti ilə əlaqəsini təkzib edib. Bu barədə Oxu24.com İsrail televiziyasının 13-cü kanalına istinadən xəbər verir. Jurnalistlər qeyd edirlər ki, İsraildən insidentlə bağlı heç bir rəsmi şərh yoxdur, lakin eyni zamanda, rəhbərlik dünya ölkələrinə onun bu hadisə ilə heç bir əlaqəsi olmadığını açıqlayır. Mayın 19-da İran prezidentini daşıyan helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra digər İran rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb. Hazırda İranın bütün təhlükəsizlik qüvvələri prezidentin axtarışı ilə məşğuldur.
İbrahim Rəisinin ölüm xəbəri təsdiqlənərsə, onun yerinə kimin keçəcəyi məlum olub. Bu halda İranın birinci vitse-prezidenti, 70 yaşlı Məhəmməd Moxber yaxın iki ay ərzində İranın prezidenti olacaq. İran Konstitusiyasına əsasən, rəhbərin razılığı ilə birinci vitse-prezident prezidentin və parlamentin sədrindən ibarət şuranın yerini alır, məhkəmə hakimiyyətinin rəhbərləri və vitse-prezident isə 50 gün ərzində yeni seçkilər keçirməlidir.(oxu.az) Mənbə: İran KIV
Türkiyə Superliqasının XXXVII turun görüşləri çərçivəsində “Qalatasaray” “Fənərbağça” ilə üz-üzə gəlib. Sozcu.az xəbər verir ki, turun bağlanış matçı "Rams Qlobal Stadionu"nda baş tutub. Qarşılaşmada qonaqlar qələbə (1:0) qazanıb. Görüşdə yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü meydan sahiblərinin qapısından keçirib. Qeyd edək ki, bu nəticənin ardından “Fənərbağça” xallarının sayını 96-ya çatdıraraq turnir cədvəlində ikinci sırada qalıb. Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" isə 99 xalla liderdir. Çempion komandanın adına sonuncu turda aydınlıq gələcək.
İran Prezidenti İbrahim Rəisinin qəzaya düşdüyü helikopter tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahı xilasedicilərin Raisinin helikopterini tapması ilə bağlı məlumatı təsdiqləməyib. İranın energetika naziri bildirib ki, xilasetmə işləri davam edir və onlar fövqəladə hadisə yerinə 2 km məsafəyə qədər yaxınlaşıblar.
Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan bildirilib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Araşdırma aparılır.
İranın “Mehr” agentliyi daha əvvəl Prezident İbrahim Rəisinin xəsarət almaması və avtomobillə Təbrizə getdiyi barədə məlumatı silib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.