İranda son bir ayda azı 160 məhbus edam olunub.
"Azad İran" "Telegram" kanalı bu barədə İran İnsan Haqları Müdafiəçiləri Qrupunun (HRANA) aylıq hesabatına istinadla xəbər verib.
Bildirilib ki, edam olunanlardan üçünün hökmü ictimaiyyətin gözü qarşısında icra olunub.
Hesabatda bildirilib ki, bu müddətdə daha 16 nəfər ölümə məhkum edilib, İran Ali Məhkəməsi isə dörd məhbusun hökmünü qüvvədə saxlayıb.
Qeyd olunub ki, ilin əvvəlindən bu günə qədər edam edilənlərin kimliyi bəlli olanların sayı 818 nəfərə çatıb, onlardan 21-i qadındır.