Türkiyə ordusu İraqda PKK-nın "rəhbər şəxs"ini məhv edib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının “rəhbər şəxsi” məhv edilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, “Batman Serzan Mava” kod adlı Ferit Yüksel zərərsizləşdirilib.

Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Türkiyə ordusu 65 terrorçunu məhv edib - Yerlikaya

Türkiyə ordusu iyun ayında 65 terrorçu məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb. “Keçən ay 43-ü böyük və orta olmaqla, terror təşkilatına qarşı ümumilikdə 13 min 138 əməliyyat keçirilib. Bu əməliyyatlarda 418 nəfər saxlanılıb, 112 nəfər həbs edilib”, - nazir qeyd edib.

Numan Kurtulmuş: “İsveçin NATO üzvlüyü həyata keçirilməsi mümkün olmayan arzudur”

"İsveçin NATO üzvlüyü Ankaranın tələblərini yerinə yetirmək istəməyən Stokholmun reallaşması mümkün olmayan arzusudur". Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Milliyet” qəzetinə müsahibəsində bildirib. O, Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli sazişin mövcud olduğunu xatırladıb. "Onlar təxribatçı əməllərlə məşğul olacaqlar və sonra da NATO-ya üzv olmaq üçün razılıq verməyimizi istəyəcəklər? Üzr istəyirəm, Türkiyə öz sözünə cavabdeh ölkədir. Biz istəyirik ki, opponentlərimiz də öz sözlərinin üstündə dursunlar. Öhdəliklərini yerinə yetirməyən İsveç üçün NATO-ya üzvlüyü gözləmək - sadəcə həyata keçirilməsi mümkün olmayan arzudur", - deyə spiker bildirib. N.Kurtulmuş İsveçdə Quranın yandırılmasını da sərt tənqid edib. Onun sözlərinə görə, məhkəmənin faşist və islamofob nümayişçilərə dəstək verməsi şübhəsiz ki, zərərlidir: "Bunlar qəbuledilməzdir. Ağızlarını açanda Avropanın yüksək dəyərlərindən, müxtəlif mədəni dəyərlərin birgə mövcudluğundan bəhs edirlər. Onlar bir tərəfdən demokratiyadan, digər tərəfdən inanclara hörmətdən danışırlar. Amma təxribatçı, anti-İslam və anti-insan hərəkətlərə heç cür halda haqq qazandırıla bilməz. Onu qanadlarının altına alıb müdafiəyə qalxırlar. Bunu anlamaq mümkün deyil. Bunlar bəzi dairələrin İslam dünyasına qarşı qərəzli düşmənçiliyini qızışdırmaq üçün atılan addımlardır”.

Türkiyədə iki avtobus qəzası: 5 ölü, 56 yaralı

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu aşıb. Sozcu.az xəbər verir ki, hadisə nəticəsində 35 nəfər yaralanıb. Qəza yerinə polis, xilasedici və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb. Ölkədə daha bir ağır yol qəzası İzmir şəhərində qeydə alınıb. Minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Məlumata görə, yaralılardan 5-nin durumu ağırdır.

Türkiyə MN: "Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik"

"Azərbaycan türkü qardaşlarımzın hüzur və təhlükəsizliyi üçün fədakarlıqla xidmət edən Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik". Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında yazıb. Türkiyə Müdafiə Nazirliyi 26 iyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib: "Azərbaycan Silahlı Qüvvələrinin 105-ci ili mübarək olsun".

Adanada ZƏLZƏLƏ

Türkiyənin Adana vilayətində yenidən zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Saimbeyli rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

MİT məşhur terrorçunu məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı qırmızı kateqoriya ilə İnterpol tərəfindən də axtarışa verilən PKK/KCK terror təşkilatının “icraedici şurası”nın üzvü Əsəd Faraşin kod adlı Əbdürrəhman Çadırcını Suriyanın Qamışlı bölgəsində məhv edib. Sozcu.az xəbər verir ki, bununla bağlı ölkə mətbuatı məlumat yayıb. Terrorçunun əsasən Avropadakı fəaliyyətləri koordinasiya etdiyi bildirilir.

Hakan Fidandan Krım və Ukrayna açıqlaması

Türkiyə tatar türklərinin qədim vətəni Krım da daxil olmaqla, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etmək əzmindədir. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Türkiyə Ukraynanın yenidən qurulmasında aparıcı rol oynayan ölkələrdən biridir. Müharibə başlayandan bəri Ukraynadakı türk podratçılar ümumi dəyəri 3,2 milyard dollar olan 50 layihədə iştirak ediblər”, - o bildirib.

Türkiyədə yük maşını ilə avtobus toqquşub, ölənlər və yaralananlar var

Türkiyədə yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, hadisə Dənizli-Afyonkarahisar avtomobil yolunda baş verib. Qəza nəticəsində yük maşınının sürücüsü və sərnişini həyatını itirib.

Türkiyədə ağır yol qəzası: ölü və yaralılar var

Türkiyədə Mersin vilayətinin Tarsus rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Qəza nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb. Xəsarət alan TIR sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksün rayonunda 4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilməyib.