Türkiyənin 3 əsgəri şəhid oldu

İraqın şimalında “Pəncə-Kilid” əməliyyat zonasında 3 türk əsgəri şəhid olub.

Sozcu.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, “Pəncə-Kilid” əməliyyatı zonasında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdikləri hücum nəticəsində piyada baş çavuş Necdet Çalış və piyada əsgər Emrah Gündüz şəhid olub, iki əsgər isə yaralanaraq dərhal xəstəxanaya çatdırılıb”.

Digər tərəfdən, nazirliyin məlumatına görə, 26 Noyabr 2023-cü il tarixində “Pəncə-Kilit” əməliyyatı zonasında terrorçuların hücumu nəticəsində yaralanan və xəstəxanaya yerləşdirilən əsgər Fevzi Kızıltaş müalicə olunduğu xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq şəhid olub.

Share on Facebook