Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir

Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir. 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra - 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir. Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur. Yeri gəlmişkən qeyd edək ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olunub. 1876-cı ilədək ölkə mütləq monarxiya, 1876-1878-ci illər və 1908-1918-ci illərdə isə konstitusiyalı monarxiya üsulu ilə idarə edilib. Həmin illərdə ölkə parlament üsul-idarəsi sisteminə keçmişdi. Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğradıldıqdan sonra ərazisi işğala məruz qaldı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub. 1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul-idarəsinə keçib. Ölkənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır. Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətdə özünü göstərir.

İstanbulda partlayış: yaralılar var

Türkiyədə İstanbul şəhərinin Bağçılar rayonunda 3 mərtəbəli binanın zirzəmisində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, partlayışdan sonra yanğın baş verib. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Türkiyə kəşfiyyatı PKK-nın "rəhbər şəxsi"ni məhv edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk əyalətində daha bir əməliyyat keçirib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində “Rozerin Şemzinan” kod adlı Sariye Atilla məhv edilib. Onun PKK terror təşkilatının “rəhbər şəxs”lərindən biri olduğu, Hakurk əyalətindən məsul olduğu bildirilir.

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Dağıntı və tələfat barədə məlumat verilməyib. *** Türkiyənin Van vilayətində 4 bal gücündə zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 12,82 kilometr dərinliyində meydana gəlib. Qeyd edək ki, bu gecə İzmirin Buca rayonunda 3,9 bal gücündə zəlzələnin baş verməsi barədə məlumat yayılmışdı.

Türkiyədən xəbərdarlıq: Böyük müharibə...

Qəzza zolağında mövcud böhran həll olunmazsa, regionda daha böyük müharibəyə səbəb ola bilər. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-ə müsahibəsində deyib. "Bizim qarşımızda iki seçim var: Ya böhran həll olunacaq və uzunmüddətli sülhə gətirib çıxaracaq, ya da bizi dəhşətli alternativ gözləyir - regionda uzun və genişmiqyaslı müharibə və qeyri-sabitlik", - deyə H.Fidan bildirib.

Türkiyədə üçgünlük matəm elan olunub

Qəzzadakı xəstəxanaya hücumla əlaqədar Türkiyədə üçgünlük matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb. Sabah bir çox yerlərdə bayraqlar yarıya qədər endiriləcək. Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. Hadisədə HƏMAS və İsrail bir-birilərini ittiham edirlər. Mənbə: habertürk

Akşənərdən Qarabağla bağlı şok xəbərdarlıq

Bu günə qədər Qarabağ təkcə Azərbaycan deyil, böyük bir coğrafiyada hər bir türkün davası olmuşdur. Sozcu.az xəbər verir ki, bu sözləri türkiyənin İYİ Partiyasının başqanı Maral Akşənər qrup toplantısındakı çıxışında deyib. “Nə mutlu bizə ki, biz bu davanın sona çatdığını görə bildik. Şübhəsiz ki, Qarabağ bizim üçün bir həsrət, türklüyün qovşağı, hüquq və azadlıq mübarizəsinin adıdır. Eyni zamanda, Qarabağ bizim üçün, bölgəmizdə sülh və əmin-amanlığı təmin etmək üçün mədəniyyət və ticarət körpüsüdür ki, onu tez bir zamanda sabitləşdirmək lazımdır. Təxminən 30 il əvvəl Azərbaycan ərazisinin 20 faizini təşkil edən Qarabağ işğal edilmiş, 1 milyondan çox bacı-qardaşımız öz yurd-yuvasından köç etmək məcburiyyətində qalmışdı. Heç vaxt unutmuram, Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə onları “Didərgin” adlandırırdı. Yəni öz yerindən, yurdundan köçə məcbur olan qardaşlarımız. Vahabzadə onların çəkdiyi əziyyəti şeirində belə təsvir etmişdi: “Başına haranın külünü töksün, Sinəsi əzabdan dağ-dağ didərgin. Təzə vətənində qərib, çəkingən, Köhnə vətənindən qaçaq didərgin”. İllərlə davam edən bu böyük mübarizə, bu böyük iztirab İkinci Qarabağ müharibəsində Can Azərbaycanımızın qələbəsi ilə başa çatdı. 10 noyabr 2020-ci ildə atəşkəs anlaşması ilə bərabər, Qarabağ yenidən azadlığına qovuşdu. Ancaq buna baxmayaraq, geridə qalan 2 illik dönəmdə anlaşmanın heç bir maddəsinə əməl olunmadı. Azərbaycanın ərazi bütövlüyünə məhəl qoyulmamağa çalışıldı. Bu səbəbdən 19 sentyabrda Azərbaycan Ordusu Xankəndi və ətrafına yönəlik bir antiterror əməliyyatı gerçəkləşdirərək, konstitusional haqlarını təmin etdi. Beləcə artıq “Dağlıq Qarabağ” anlayışı tarixə qarışmış oldu. Dəyərli millət vəkilləri, indi bizim regionun sülhü və sabitliyi üçün çox mühüm imkanımız var. Bu fürsət yaxşı qiymətləndirilərsə, Azərbaycan ilə Türkiyə arasında birbaşa və fasiləsiz nəqliyyat təmin ediləcək və beləliklə, türk dünyasının inteqrasiyası üçün tarixi bir addım atılacaq. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və onun Orta Dəhlizə qoşulması; O, bütün region ölkələrinin, o cümlədən Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək. Xaoş və münaqişə əvəzinə bölgədə sülh və sabitlik hakim olacaq. Buna nail olmaq mümkün olsa, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin də sağlam nəticəyə çatacağını rahatlıqla deyə bilərik. Lakin unutmaq olmaz ki, bu imkanlar həm də təhlükələr gətirir. Biz imkan verə bilmərik ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və regionda yaranan bu potensial qarşısında yeni terror ocağı meydana çıxsın. Çünki son zamanlarda kiçik yaşlı uşaqlara silah təlimi verərək, terroru təşviq etməklə Qarabağda daimi sabitliyin qarşısını almaq üçün terror təşkilatının əsaslarının qoyulduğunu görə bilərik. Qarabağda Azərbaycana qarşı varlığını göstərə bilməyən Ermənistan ASALA-ya əsaslanan VOMA adlı təşkilatla asimmetrik müharibəyə hazırlaşır. Mərdcə döyüşdən qaçanlar öldürmək üçün xain yollar axtarırlar. Ermənistan hökumətlərinin uzun illərdir PKK-ya maddi-texniki və insan resursları dəstəyi verdiyini zatən bilirik. Türk və Türkiyə düşmənçiliyi əsasında başlayan bu birliyin VOMA-PKK ortaqlığı ilə davam etməsi də təbii ki, mümkündür. Buna görə də sərhədlərimizdəki boşluqları dərhal aradan qaldırmalı, sərhədlərimizi terrorçuların keçidinə qarşı daha möhkəm qorumalıyıq. Bu terror quruluşunu diplomatik yollarla aradan qaldırmaq üçün biz bütün məlumat və sənədləri beynəlxalq ictimaiyyətə çatdırmalı, Ermənistana terrora sərmayə qoymağın qaçılmaz nəticələrini izah etməli və bununla da onun növbəti tarixi səhvə yol verməsinin qarşısını almalıyıq. Başda Ermənistan hökuməti olmaqla hər kəs bir həqiqəti çox yaxşı bilməlidir: Qarabağ türkdür! Qarabağ türklərindir! Qarabağ Azərbaycanındır! Heç bir terror növü bu həqiqəti dəyişdirə bilməyəcək! Buna görə də bölgədə bir an öncə barış və sabitliyin bərqərar olmasını arzulayır, can azərbaycanlı qardaşlarımıza sevgi və məhəbbətimizi çatdırıram. Əziz dava arxadaşlarım, təəssüf ki, coğrafiyamızda yaranmış və yaradılmış terror təşkilatlarının ortaq nöqtəsi türk düçməni olmalarıdır. Bu gün bizim üçün PKK, YPG, İŞİD nədirsə, Qarabağı hədəf alacaq yeni bir terror təşkilatı da onların qanlı əksi olacaqdır. Ancaq hər kəs bilməlidir ki Azərbaycana yönəlik bu və buna bənzər gedişlər qarşısında türk milləti tək yumruq olacaq və polad yumruğunu terrorun təpəsinə endirəcəkdir. ASALA ilə yoxladılar, başarmadılar, PKK/YPG ilə yoxladılar, başarmadılar. Hizbullah ilə yoxladılar, başarmadılar. İŞİD ilə yoxladılar, başarmadılar. FETÖ ilə yoxladılar, başarmadılar. Nə hikmətdirsə, bütün terror təşkilatlarının hədəfində türk milləti var. Bəziləri ulu dinimizi alət edib millət anlayışına qarşı müharibə elan edirlər. Bəzi insanlar etnik mənsubiyyətdən istifadə edərək millət anlayışına müharibə elan edirlər. Amma onların hamısının ortaq cəhəti türk millətinə, türk dövlətinə və Atatürkə qarşı allergiyalarıdır…” – Aşkənər bildirib.

Türkiyə ordusu şəhid verdi

Türkiyə Ordusunun hərbçisi İraqın şimalında terrorçulara qarşı həyata keçirilən “Pəncə-Kilid” əməliyyatında şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçuların yerləşdirdiyi partlayıcının işə düşməsi nəticəsində çavuş Mustafa Çakmak həyatını itirib.

Türkiyədən hava əməliyyatı: 6 hədəf məhv edildi

Türkiyə ordusu Suriyanın şimalında terror təşkilatına aid hədəflərə qarşı hava əməliyyatları keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, həyata keçirilən hava əməliyyatı ilə terror təşkilatının istifadə etdiyi neft obyektləri, bunkerlər və sığınacaqlar da daxil olmaqla, 6 hədəf məhv edilib.

Türkiyə ordusundan UĞURLU ƏMƏLİYYAT

Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilən PKK terrorçularının sayı 58-ə çatıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir. Nazirlik “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları bölgələrində PKK-nın daha 14 terrorçusunun məhv edildiyini bildirib. (Report)

Fələstin xalqının yanındayıq - Kılıçdaroğlu

Fələstin uzun müddətdir haqq-ədalət axtarışında olan bir ölkədir. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İsraildə baş verən gərginliklə bağlı danışarkən deyib. “Biz hər zaman Fələstin xalqının yanındayıq. Ümumiyyətlə, heç vaxt müharibə olmasını istəmirik. Demokratik standartlar çərçivəsində beynəlxalq təşkilatlar səylə göstərərək həm sülhü təmin etməlidir, həm də Fələstin xalqının hüquqlarını qorumalıdır”, - partiya sədri bildirib.

Türkiyə Ordusu terrorçuların 15 obyektini vurub

Türkiyə Ordusu Suriyanın şimalında yerli vaxtla saat 22:00-da hava əməliyyatları həyata keçirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirib. Qeyd olunub ki, terrorçulara məxsus qərargah, sığınacaq və anbarlar da daxil olmaqla 15 hədəf məhv edilib.