Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok

Rusiya Baxmutun işğalı uğrunda döyüşlərdə 60 mindən çox hərbçi itirib. Sozcu.az xəbər verir ki, bu barədə Qərbdən olan adı açıqlanmayan yüksək çinli məmur “Skay Nyus”a açıqlamasında deyib. “Biz hesab edirik ki, Baxmutun tutulması Rusiyaya ən azı 60 min itkiyə başa gəlib”, - deyə o bildirib. Vurğulanıb ki, sözügedən rəqəmə həm yaralılar, həm də ölənlər daxildir.

NATO Baş katibi Türkiyəyə gəlir

İsveçin NATO-ya üzvlüyünü müzakirə etmək üçün yaxın günlərdə Türkiyəyə səfər edəcəm. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Stoltenberq səfərin dəqiq tarixi ilə bağlı məlumat verməyib.

Ermənistanda yüksək vəzifəli məmurların həbsi gözlənilir

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir sıra yüksək vəzifəli məmurların həbsi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. İddiaya görə, bu barədə Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan parlamentdə büdcənin icrası ilə bağlı qapalı müzakirələr zamanı deyib. “Abazyanın iştirakı ilə keçirilən görüşdə əsas müzakirə mövzularından biri narkotik mövzusu olub. O, parlamentarilərlə söhbətində etiraf edib ki, ölkədə narkotik alveri çoxalıb və daha çox gənclər narkotikdən istifadə edir. Abazyan bildirib ki, yaxın vaxtlarda hansısa formada bu bizneslə məşğul olan bir sıra məmurların həbsi gözlənilir”, - xəbərdə qeyd edilib.

ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden

ABŞ Ukraynaya ATACMS uzaqmənzilli raketləri ötürmək məsələsini hələ də nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. Bayden Rusiyanın Kiyevə hava hücumlarının artmasını şərh edərkən bunların sürpriz olmadığını bildirib: “Buna görə də biz Ukraynanı ehtiyacı olan hər şeylə təmin etməyə davam etməliyik”.

Rusiyanın itkiləri 207 MİNİ keçdi

Ukrayna müharibənin 460-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 207 030 hərbçi, 3801 ədəd tank, 7467 ədəd zirehli döyüş maşını, 3435 ədəd artilleriya sistemi, 575 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 331 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6207 ədəd avtomobil texnikası, 3054 ədəd PUA, 1056 qanadlı raket, 18 gəmi/qayıq, 453 xüsusi avadanlıq itirib.

Alen Simonyan Londona gedir

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Londona səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. İşgüzar xarakter daşıyacaq səfər iyunun 6-dan 9-dək davam edəcək.

Britaniya vətəndaşlarını İrana səyahətdən çəkindirdi

Britaniya hökuməti öz vətəndaşlarından İrana səfər etməkdən çəkinməyi xahiş edib.  Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.  Britaniya vətəndaşlarının və İranla ikili vətəndaşlığı olanların İranda əsassız həbs olunma riski ilə üzləşdiyi bildirilir.  “Britaniya pasportunun olması İran hakimiyyətinin sizi hədəfə alması üçün kifayət qədər səbəb ola bilər. Əgər İranda həbs olunsanız, sizi bir neçə ay və ya bir neçə il həbs gözləyir. Konsulluq yardımı göstərmək imkanlarımız son dərəcə məhduddur”. 

Rusların Baxmutdakı itkiləri şok effekti yaratdı...

Rus qoşunlarının Baxmutdakı itkiləri ilə bağlı məlumatlar Rusiya informasiya məkanında şok effekti yaratdı. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Baxmutda rus qoşunlarının itkiləri ilə bağlı xəbərlər ətrafında müzakirələr hərbiyönlü informasiya məkanını doldurub: “Bu xəbərlər şəhərin ələ keçirilməsi ilə bağlı istənilən müsbət xəbəri kölgədə qoyub. Priqojin rusiyalı siyasi strateq Konstantin Dolqova müsahibəsində bildirib ki, “Vaqner” Baxmut uğrunda döyüşlərdə 10 min döyüşə cəlb edilmiş məhkumu və 10 min personalını itirib. O, xüsusilə qeyd edib ki, “Vaqner” 50 min məhkumu döyüşə cəlb edib, onlardan 20 faizi (10 min) Baxmut uğrunda döyüşlərdə həlak olub. Onun Baxmutdakı itkilərlə bağlı açıqlamaları informasiya məkanında xüsusi bir gərginlik nöqtəsi olub və Baxmut ətrafındakı hadisələrdə ən çox müzakirə mövzusuna çevrilib. Söhbəti “Vaqner”in itkilərinə yönəltməklə Priqojin Rusiya Müdafiə Nazirliyini Baxmutda informasiya zəfəri imkanından məhrum etdi. O, çox güman ki, Baxmutun tutulmasından sonra artan populyarlığından Rusiya hərbi strukturuna və elitasına hücumları gücləndirmək üçün istifadə edir”.

Artıq müharibənin dönüş nöqtəsidir - Podolyak

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq həlledici məqama çatıb. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Bütün əraziləri azad etməyə hazırlaşan Ukrayna Silahlı Qüvvələri imkanlarını artırıb. İşğalçıların strateji məqsədləri heç olmasa bir yaşayış məntəqəsi ələ keçirməkdir”, - Podolyak bildirib.

Rusiyaya hücum: Ukrayna nə etmək istəyir? - Gertlinq

Rusiyanın Belqorod vilayətində baş verən hadisələr Ukraynanın əks-hücumdan əvvəl formalaşdırılan əməliyyatlarının davamı ola bilər. Yaxın gələcəkdə bir sıra aldadıcı manevrlər müşahidə olunacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Mark Gertlink deyib. “Reydlər düşmənin planlarını pozan və çaşqınlıq yaradan qəfil hücumlardır. Bütün bunlar əsas hücumun harada olacağı ilə bağlı düşməni çaşdırmaq üçün adətən iri hücum əməliyyatlarından əvvəl həyata keçirilən hərbi plan və hərəkətlərdir”, - Gertlinq bildirib. Qeyd edək ki, ötən gün Rusiya Könüllülər Korpusunun döyüşçüləri və zirehli texnikası Azad Rusiya Legionu ilə birlikdə Belqoroda daxil olub. Nəticədə diversantlar Qrayvoron şəhərini ələ keçiriblər.

Moskvada hərbi komissarlıq yanır

Moskvada hərbi komissarlığın yerləşdiyi binada yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, yanğın 6 mərtəbəli binanı əhatə edib. Orada Moskvanın Preobrajenski rayonunun hərbi komissarlığı yerləşir. Hadisə yerinə 15 yanğınsöndürən briqadası göndərilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etdi

ABŞ Ukraynaya 375 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Yeni yardım paketinə HİMARS-lar üçün əlavə sursatlar, 105 və 155 mm-lik artilleriya sursatları, TOW raketləri, “Javelin” və AT-4 tank əleyhinə komplekslər, lazerlə idarə olunan raket sistemləri üçün sursatlar, zirehli körpü sistemləri, zirehli sanitar maşınları və digər texnikalar daxildir.