Britaniya hökuməti öz vətəndaşlarından İrana səfər etməkdən çəkinməyi xahiş edib.
Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Britaniya vətəndaşlarının və İranla ikili vətəndaşlığı olanların İranda əsassız həbs olunma riski ilə üzləşdiyi bildirilir.
“Britaniya pasportunun olması İran hakimiyyətinin sizi hədəfə alması üçün kifayət qədər səbəb ola bilər. Əgər İranda həbs olunsanız, sizi bir neçə ay və ya bir neçə il həbs gözləyir. Konsulluq yardımı göstərmək imkanlarımız son dərəcə məhduddur”.