Moskvada hərbi komissarlıq yanır

Moskvada hərbi komissarlığın yerləşdiyi binada yanğın baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğın 6 mərtəbəli binanı əhatə edib. Orada Moskvanın Preobrajenski rayonunun hərbi komissarlığı yerləşir.

Hadisə yerinə 15 yanğınsöndürən briqadası göndərilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Share on Facebook