"Uşaq sahibi olmaq istəyirəm, baxaq görək necə olacaq"

Bir müddət öncə vəfat edən məşhur amerikalı ifaçı Tina Törnerin gəlini müğənninin mərhum oğlundan uşaq dünyaya gətirmək niyyətindədir. Sozcu.az oxu.az-a istinadən bildirir ki, o, bu niyyəti barədə "People" jurnalına müsahibəsində açıqlama verib. Afida Törner etiraf edib ki, hələ sağlığında əri və Tina Törnerin oğlu Ronni Törner öz spermasını dondurmağa nail olub. Afidanın sözlərinə görə, bu, 2022-ci ilin dekabrında bağırsaq xərçəngindən vəfat etmədən öncə 62 yaşlı Ronninin onun üçün ayrılıq hədiyyəsi olub. Afida bildirib ki, həkimlərin köməyi ilə hamilə qalmağa çalışacaq və uşağı təkbaşına dünyaya gətirəcək. "Mən Ronnidən uşaq sahibi olmaq istəyirəm. Təbii ki, əgər məndə bu alınsa. İndi 46 yaşım var, amma hələ şans var. Baxaq görək necə olacaq", - deyə o qeyd edib. "Ronninin yanımda olmaması mənə hələ də pis təsir edir. Ancaq nə edə bilərəm... Belə isə heç olmasa, ondan bir uşağım olar", - deyə Afida vurğulayıb.

Manaf onları təhqir etməsi ilə bağlı iddiaya cavab verdi

"Bunun açıqlamasını vermişəm. Kişi yaxın dostları haqda danışmaz. Zamiq Hüseynov mənim qohumum, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə yaxın dostumdur. Bu, səs yazısı və ya yazışma varsa qoyulsun ortaya. Onunla bağlı da tədbir görüləcək". Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Həmin Zaur" verilişində deyib. Sənətçi həmkarları Zamiq Hüseynov, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə haqda qeyri-etik ifadələr işlətməsi iddiasına cavab verib. O bildirib ki, adıçəkilən müğənnilər dostudur, heç vaxt onlar haqqında mənfi danışmayıb:  "Başqa heç nə yoxdur, sadəcə əsəb korlanır. Məni hamı tanıyır. Bilirlər ki, mərdimazar adam deyiləm. Mənim haqqımda deyilənlər şükürlüdür, başqaları haqda nələr deyilir. Səbrim tükənib, əvvəl özüm dava istəyirdim. İndi yaş, müəyyən xəstəlik imkan vermir". 

İnstaqramda paylaşım üçün milyonlar alırlar - Siyahı

Türkiyəli aktrisaların sosial media paylaşımlarına görə aldıqları məbləğlər ortaya çıxıb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, ən çox ödənişi aktrisa Hande Erçəl alır. Belə ki, instaqramda 30 milyondan çox izləyicisi olan aktrisaya paylaşıma görə 350 min lirə (22 min 071 manat) ödəmək lazımdır. Sosial media hesablarında ən çox ödəniş alan 10 türk aktrisanın sıralaması belədir: 2. Beren Saat (5 milyondan çox izləyici) 300 min lirə (18 min 920 manat) 3. Serenay Sarıkaya (10 milyondan çox izləyici) 275 min lirə (17 min 343 manat) 4. Afra Saraçoğlu (8 milyondan çox izləyici) 250 min lirə (15 min 767 manat) 5. Fahriyə Evcən (13 milyondan çox izləyici) 250 min lirə (15 min 767 manat) 6. Eda Ece (7 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 7. Demet Özdemir (16 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 8. Neslihan Atagül (14 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 9. Hazar Ergüçlü (3 milyondan çox izləyici) 150 min lirə (9 min 460 manat) 10. Pınar Deniz (2 milyondan çox izləyici) 150 min lirə (9 min 460 manat)

Cavanşir Məmmədovun qızına qarşı dələduzluq edən Türkiyə vətəndaşı məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Kemal Mustafa İblinin işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kemal Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Xatırladaq ki, prokuror onun 8 il azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Əmrah oğlunun toyuna getmədi

Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğan evlənib. Sozcu.az axşam.az-a istinadən bildirir ki, ifaçının oğlu nişanlısı, jurnalist Əda İrapla nikah masasına əyləşib. Əmrah küsülü olduğu oğlunun toyuna qatılmayıb. Mərasimdə Tayfunun nikah şahidi "Yeşilçam"ın ulduzu Nuri Alço olub. Qeyd edək ki, Tayfun Əmrahın Ebru Çolakdan olan oğludur və onlar uzun müddətdir görüşmürlər.

Conni Depp narkotikdən komaya düşdü

Macarıstana konsert vermək üçün gedən dünya şöhrətli aktyor və müğənni Conni Depp otel otağında huşsuz vəziyyətdə tapılıb. Sozcu.az APA-ya istinadən bildirir ki, məşhur aktyorun yüksək dozada narkotik istifadə etdiyi üçün komaya düşdüyü iddia edilib. "Karib dənizinin quldurları" filmində Cek Sərçə obrazı ilə yadda qalan dünya şöhrətli aktyor və müğənni Conni Deppin intihara cəhd etməsi də iddialar arasındadır. Məşhur aktyorun Macarıstanda keçiriləcək konserti ləğv edilsə də, hələlik mövzu ilə bağlı açıqlama verilməyib.

Elza 18+ şeirdən danışdı: “Qoy həmin adam gəlib...”

Ötən gün sosial şəbəkələrdə vulqar ifadələrlə zəngin olan şeir paylaşılıb. Paylaşım edənlər şeirin müəllifi kimi bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olan bəstəkar-müğənni Elza Seyidcahanı təqdim edib. Sozcu.az xəbər verir ki, müğənni Qaynarinfo-ya açıqlamasında bu iddianı təkzib edib. "Elza heç bir vaxt belə şeir yaza bilməz. Onu yazanı məhkəməyə verəcəm. Qoy həmin adam gəlib məhkəmədə, qanun qarşısında cavab versin. Bütün jurnalistlərə səslənirəm, adımdan bu şeiri yazan adamın tapılmasına yardımçı olun", deyə Elza Seyidcahan bildirib. Qeyd edək ki, Elza Seyidcahanın adıçəkilən şeiri Dövlət Gömrük Komitəsinə həsr etdiyi iddia olunub.

Aysun biznesinə aid avadanlıqları satışa çıxardı: 150 manat...

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova bir müddət əvvəl qurduğu biznes məkanlarındakı bütün əşyaları satışa çıxarıb. Yenisabah.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat verib. Aysun həm gözəllik salonuna, həm də geyim dükanına aid olan əşyaları satışa çıxarıb. Aysun biznesinin iflasa uğradığını deyənlərə də cavab verib. İfaçı daha geniş obyekt açacağı üçün bütün əşyaları satdığını bildirib: "Biz salonu bağlamırıq, sadəcə məkan olaraq buranı bağlayıb daha böyük yerə keçirik. Ona görə buradakı hər şeyi satırıq. Çünki yeni salonda hər şeyi yeniləyəcəyik. Əgər yeni salon açırsınızsa, bizim salonda olan bütün avadanlıqları əldə edə bilərsiniz, çünki aldığımız qiymətdən iki dəfə ucuz qiymətə satırıq. Bizdə olan mebellər heç bir salonda yoxdur, hamısı öz dizaynımla, mənə özəl hazırlanıb. Qiymətlərimiz də çox münasibdir. Məsələn, tibbi-kosmetoloji çarpayı dəstlərimiz 350, kreslolarımız 150, divan dəstimiz 1000 manatdır. Hamısı da heç istifadə olunmamış kimidir, təptəzədirlər. Hazır biznes kimi də buranı satırıq". Qeyd edək ki, A.İsmayılova "Aysun_İsmayilova_Beauty Center" gözəllik salonunun və "By Aysun İsmayılova" adlı geyim mağazasının sahibidir.

3-cü villasını bu ölkədən aldı

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni ev alıb. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onun əmlakı Yunanıstanın paytaxtı Afinada yerləşir. Aktyorun 4 otaqlı yeni villasına bir milyon avro ödədiyi bildirilir. Qeyd edək ki, bu, Kıvançın üçüncü villasıdır. Aktyor daha əvvəl Bodrum və Marmarisdan ev alıb.

Röya gecə yağışlı havada hovuza girdi

Xalq artisti Röya Ayxan hovuzdan videosunu yayımlayıb.  Müğənni gecə saatlarında yağışlı havada paltarla hovuza girib.  O, videoya "Səssizlik, qaranlıq və depressiya..." qısa şərhini yazıb. 

Röya: “Oğluma söz vermişəm ki, ikinci dəfə...”

"Deyirlər ki, Hüseyn təkdir. Nə vaxtsa ikinci dəfə ailə qurmaq, uşaq dünyaya gətirmək istəyərsən? Deyirəm ki, yox". Sozcu.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib.  İkinci dəfə hamilə qaldığını yuxusunda görən sənətçi qorxudan ayılaraq ağladığını bildirib: "O qədər beynimə salıb "yox" demişəm ki, bir dəfə yuxuda da ikicanlı və yekə qarnımın olduğunu gördüm. Yuxuda ağlayıb deyirdim ki, mən oğluma söz vermişəm, hamilə ola bilmərəm. Axı necə oldu ki, ərə getdim? Yuxudan ayılıb ağladım. Həyatımda da başa düşürəm ki, oğlum Hüseyn mənim üçün təkdir. Qızımın olmasını heç istəmərəm. Lazım deyil".

Cavanşir Məmmədov onu məhkəməyə verən tamaşaçıdan üzr istədi

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov "Təsir dairəsi" verilişində studiyada əyləşənlərə onun tərəfini tutmaları üçün 100 manat təklif edib. O, bunu etiraf edən qadının ünvanına təhqir edib. İfaçı qadına qarğış edərək, daha sonra onun göz makiyajını ələ salıb və "Gözün gömgöydür, utan gözünün qarasından" sözlərini söyləyib. Bundan sonra sözügedən tamaşaçı ifaçını məhkəməyə verəcəyini bildirib.  Sozcu.az xəbər verir ki, Cavanşir bu gün efirdə həmin tamaşaçıdan üzr istəyib.  "Fatimə xanım sizdən üzr istəyirəm. Özünüz qoyun mənim yerimə. Pul dərdi qalıb bir tərəfdə, ailəmə şər atmaq istəyir. Ailəmə görə hər zaman özümü qurban verməyə hazıram. Namus-qeyrət üstündə ailəmi də məhv etməyə hazıram. Bizim qanunumuz belədir. Belə böyümüşəm, belə də öləcəyəm. Ancaq nahaq yerə ailəmə şər atan adamı bağışlamayacağam. O pulu alsam, gəlib burada şirinlik paylayacağam.  Heç kimə də 100 manat verməmişəm. Heç cibimdə də yoxdur, indi də, o gün də. Söhbət oldu, keçdi. Bu nə sualdır ki, nəvən bu pulu haradan alıb. Mənim kürəkənim, qudam rəhmətə gedib, mən və həyat yoldaşım sağdır. İki nəvəm var. Onlara nə çatacaqsa, sağlığımda bölmüşəm. Oğluma da, qızıma da. Verilişlərdə görürük nəyin üstündə necə qırğınlar gedir. Adam sağlığında hər şeyi yerbəyer etməlidir ki, o dünyaya rahat köçsün. Hətta bizim evdə iki arakəsmə var. Birdən yola getməyəndə düyməni basırsan ki, arakəsmə düşsün aşağı. Niyə yalan deməliyəm. Pul vermişəm, gəl qoy ortaya. Onlar məndən icazə almamış evdən çıxmırlar. Pulu qoyuram evə, həyat yoldaşım soruşur ki, mağazaya 15 manat vermək lazımdır, olar götürüm. Qayda-qanun belədir. Hələ indiyə qədər nə oğlum, nə qızım, nə də nəvələrim mənə "sən" deməyib. "Siz" deyə müraciət edirlər. Həyat yoldaşım tərbiyə edib. Səhər çıxıb axşam gəlirəm.  Sizi bu neçə gündə narahat etdiyimə görə bağışlayın, üzrlü hesab edin. Veriliş belədir. Bir gün belə olur, o biri gün elə. Mənə bəlkə 10 minə yaxın zəng gəlir. Telefon dayanmır, hamısına da cavab verirəm. Verilişə gəlməsəydim, sözlərim ürəyimdə qalıb ölərdim.  Hirsli olumuşam demişəm, sən də mənim həyat yoldaşıma dedin. Eybi yox, bu məsələni bağladıq. Demişəm demişəm də, əsəbləşib dedim. Qurtardıq bunu. Hər şey qurtardı getdi".  Müğənni daha sonra həmin tamaşaçı ilə əllə görüşüb. O, xanımı yanağından öpmək istəsə də iştirakçı buna razı olmayıb.  Qeyd edək ki, özünü Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi kimi təqdim edən Türkiyə vətəndaşı Kemal Mustafa proqrama gələrək yardım istəyib. O, ifaçının və ailəsinin ona şər atdığını deyib./Axşam.az