Dünyaca məşhur müğənnilər Selena Qomez və Teylor Svift gəlirləri Qəzzaya göndərilmək üçün təşkil olunan komediya şousunu izləməyə qatılıblar.
Sozcu.az xəbər verir ki, humanitar yardım üçün toplanacaq pullar üçün keçirilən şou Bruklində baş tutub.
Qomez və Sviftlə yanaşı Kara Delevin, Anna Taylor Coy və Zoe Kravits də izləyicilər arasında olub.
Qeyd edək ki, Qəzzada 7 oktyabrdan baş verən hücumlardan bu yana ölənlərin sayı 18 min 205 nəfərə çatıb. Yaralananların sayı isə 49 min 645-ə yüksəlib.