Demet Akalın Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıda konsert verəcək. Sozcu.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert iyulun 2-i Bakı Konqres Mərkəzində baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 20, maksimum isə 250 manatdır.

"Kızılcık şerbeti" üçün məhkəməyə müraciət etdilər

Xəbər verdiyimiz kimi, "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialı ilə bağlı yayımını əngəlləyən qərar qəbul edib. Qərara etiraz edən telekanal məhkəməyə müraciət edərək qərarın ləğvini istəyib. Qeyd edək ki, qurum serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə olunub. Qərara ekran işinin heyəti ilə yanaşı bir çox məşhur sima etiraz edib.(axşam.az)

Dəhşətli qəzada xəsarət alan Xalq artisti xəstəxanadan evə buraxıldı

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya aktrisanın sənət dostu Turan Uğur məlumat verib. Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur: “Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir”. Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

Rəşad Dağlının cinayət işi məhkəməyə göndərildi

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi məhkəməyə göndərilib. "Report"un əldə etdiyi məlumata görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Yaxın günlərdə cinayət işi icraata götürüləcək və məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq. Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Özcan Dənizə silahla hücum olundu

Məşhur müğənni Özcan Dəniz hücuma məruz qalıb. Müğənninin bağçasında lyuk açmaq istəyən ev sahibi məşhur müğənnidən avtomobilini bağçadan çıxarmasını istəyib. Özcan Dəniz avtomobilini çəkməyəcəyini deyincə ev sahibi müğənnini silahla hədələyib. Ev sahibinin “Sən ölməyə layiqsən, mən silahımı alacam, get silahını al” təhdidlərinə məruz qalan Dəniz və həyat yoldaşı hadisə ilə bağlı istintaqa cəlb olunublar. Özcan Dəniz və həyat yoldaşı hüquq-mühafizə orqanlarına məlumat verərək ev sahibi haqqında şikayət edib. Məşhur sənətçi açıqlamasında ölümlə təhdid edildiyini, ailəsinin və özünün təhlükəsiz olmadığını bildirib.//Azxeber.com

Şakira qayınanası ilə əlbəyaxa oldu

Məlum olub ki, Kolumbiyalı müğənni Şakira bir dəfə hətta Jerar Pikenin yeni sevgilisi ilə münasibətdə olarkən yaxalayıb. Bu, təkcə Pike ilə deyil, oğlunun xəyanətlərini gizlədən anası ilə də qalmaqala səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Sports.ru yazır. Bildirilir ki, qayınanası Şakira ilə mübahisə edib, sonra isə müğənni yaşlı qadını üzündən vurub. İfaçının Bernabeu ilə davası ilə bağlı yayılan məlumatlara nə müğənni, nə də onun keçmiş sevgilisi münasibət bildiriblər. Sosial şəbəkə istifadəçiləri, bu məlumatı aktiv şəkildə müzakirə edirlər: - “Yaxşı ana olmaq o deməkdir ki, siz uşaqlarınıza səhv bir şey etdikdə həqiqəti söyləməlisiniz.” - "Mən Şakiranı sevirəm, amma pərəstişkarları bunu anladılar." - "Səhv idi? Bəli, amma yaxşı ana idi, oğluna kömək etmək üçün hər şeyi edirdi". - "Vay... başqa qadınlara hörmət etməyəndə, sənin oğlunun da qadınlara hörmət etməməsi heyrətamizdir, elə deyilmi?"./Publika.az

Bu serial da bitir

"Star TV"də yayımlanan "Toprak ile Fidan" serialı üçün final qərarı alınıb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, gündəlik təqdim olunan ekran işi 100-cü bölümdə izləyicilərə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Hazal Adıyamanla Osman Aydın paylaşır.

Dilarə ilə mən qışqırırdıq, Oqtay isə... - Mehriban Zəki

Hər zaman hay-küylü, coşub-daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi... Sozcu.az xəbər verir ki, bunu xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında yazıb. “İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur, keçib gedəcək" deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi. Hər zaman hay-küylü, coşub-daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi... Bu, sadəcə, qəzavü-qədər idi. Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Dilarə də, inşallah, özünü toparlayar. O, çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizimçün”, - Mehriban Zəki qeyd edib. Xatırladaq ki, martin 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobili sürən O.Əliyev vəfat edib, xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı, əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Manafdan həbs edilən oğlu barədə yeni açıqlama

Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb. Sozcu.az xəbər verir ki, Manaf Ağayev Oxu.az-a açıqlamasında oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib. “Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir”, - Müğənni vurğulayıb. Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail Məhkəməsinin qərarı ilə 5 sutka həbs edilmişdi.

Nadir Qafarzadə yeni avtomobil aldı

Müğənni Nadir Qafarzadə yeni avtomobil alıb. Sozcu.az xəbər verir ki, bu barədə o, “Şou xəbər”ə müsahibəsində deyib. İfaçı yeni maşınını veriliş üçün hazırlanan süjetdə nümayiş etdirib: “Özümə hədiyyə etmişəm. Kim mənə hədiyyə etsin? Dünən yuduzdurmuşdum. Saxladım məhlədə. Evdən çıxanda gördüm ki, çirklənib”.

Rəqqasə Fatimənin köməkçisini maşın vurdu

Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadəni yolu keçərkən avtomobil vurub. Sozcu.az xəbər verir ki, rəqqasə Baku.vs-ə açıqlamasında hazırda Musa Nağıyev adına xəstəxanada müalicə alan Aytacın səhhətinin yaxşı olmadığını bildirib. “Köməkçimin vəziyyəti yaxşı deyil. Onu tezliklə 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) göndərəcəyik. Avtomobil vurduqdan dərhal sonra onu bura gətiriblər. Bir az burada qalmalıdır. Onu tərpətmək olmaz. Çünki kəllə-beyin travması alıb. İndi ümidimiz həkimlərin rəyinədir. İnşallah ki, ödəm olmaz. Gözləyirik ki, nəticələri yaxşı çıxsın. Hazırda hissiyyatı var, özündədir, amma danışmır. Yaxşı ki, qan daxildə qalmayıb. Daxildə qalsa idi, daha da pis ola bilərdi”. Məlumat üçün bildirək ki, bədbəxt hadisə Bakının Binəqədi rayonunda baş verib. Belə ki, Aytac "Kratos" restoranından çıxaraq əks tərəfə keçmək istəyəndə onu minik avtomobili vurub. Gənc xanım subaydır.

Azər: “Mən bu işi 5 manata görürəm“

“Telekanal rəhbəri var idi, seiral çəkirdi. 10 ilin söhbətidir. Gözəl aktrisamız var idi, indi də sağdır. Onların adlarını çəkmirəm. Bir məkan yaratmışdıq, serialı çəkirdik. O vaxt qonorarlar çox az idi. İçi mən qarışıq bütün heyətə günə 50 manat qonorar verirdilər”. Sozcu.az Olay-a istinadla xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində aktyor-aparıcı Azər Aydəmir deyib. Onun sözlərinə görə, adını çəkmək istəmədiyi aktrisa kanal rəhbərinə qonorara görə etiraz edib: “Həmin aktrisa kanal rəhbərinə dedi ki, bizi adam yerinə qoymursuz, 50 manata seriala çəkilərlər? Heç olmasa qonorarı artırın, yaxşı iş görək. Bu kanal rəhbəri utanmadan-qızarmadan hər kəsin içində aktrisaya dedi ki, mən sizə 500 manat da versəm, belə oynayacaqsız, 50 manat da. Qonorarla yaradıcılığın heç bir əlaqəsi yoxdur. Qonorar texniki hissəyə aiddir. Mən bədii təxəyyülümü ortaya qoymuşam, rejissor da həmçinin. Mənə operator lazımdır. Məsələn, Əhməd 3 min istəyir, Məmməd 500.  Burada pul lazımdır ki, o filmi Əhməd çəksin, çünki Hollivud görüntüsü yarada bilər. Məmməd isə maksimum Türkiyə görüntüsü verəcək. Yaradıcılıq, içdən gələn işlərdə qonorar vacib deyil. Əlbəttə insanın beyin məhsuluna pul vermək lazımdır. Bu da imic məsələsidir, mən bu işi 5 manata görürəm, ya 105 manata. Əgər özünü 105 manata sata bilmirsənsə, bu, sənin problemindir”.