Əməkdar artist Rəşad İlyasov gündəmdə olmaq üçün səhv addım atmağın lazım olduğunu bildirib.
Sozcu.az Olay-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Səhərin səsi” proqramında qonaq olarkən deyib.
Müğənni deyib ki, yaradıcılıqla diqqət çəkmək mümkün deyil:
“Mətbuat yazmaq üçün səhv addım atılmalıdı. Ağzımdan səhv söz çıxanda isə mənə deyirlər ki, Azərbaycan musiqisi üçün nə etmisən? Mətbuat katibinin lazım olduğunu deyirlər. Amma bu dəbdən düşüb. İndi "Instagram" var. Hər şeyi oradan paylaşıram. 85 min izləyicim var. “Mavi tik” üçün əvvəl düşünmürdüm, amma müraciət etmişəm. 2 həftə əvvəl göndərmişəm”.
R. İlyasov şou-biznesdə problem yaşadığı şəxslərdən də danışıb:
“Mənimlə kimin problemi ola bilər?! Kaş yaradıcılıq mövzusunda problemimiz olardı. Bir qız var, hər şeyi edir, sonra deyir ki, mənim kimləsə nə işim var?!”