Nadirin səhifəsi oğurlandı

Müğənni Nadir Qafarzadənin instaqram sosial şəbəkəsindəki hesabı bloklanıb.

Sozcu.az Olay-a istinadla xəbər verir ki, sənətçinin rəsmi səhifəsi ələ keçirilib.

Qafarzadə IT mütəxxəsislərinə müraciət edərək profilini geri qaytarıb.

İnstaqramda açıqlama yayan ifaçı hər şeyin qaydasında olduğunu vurğulayıb.

Qeyd edək ki, Nadirin sözügedən platformada 721 min abunəçisi var.

Share on Facebook