Həmkarlar Birliyinin Ağsu rayon təşkilatı təsis olundu

Müstəqil Həmkarlar Birliyinin rəhbərliyi Ağsu rayon təşkilatın təsis iclasında iştrak edib. Toplantıda çıxış edən MHB sədri Fuad Əliyev və sədr müavini Xəzər Teyyublu  Müstəqil  Həmkarlar Birliyinin Nizamnaməsi və fəaliyyət istiqamətləri haqda məlumat veriblər. Toplantıda MHB sədri Fuad Əliyev Ağsu rayon təşkilatının üzvlərinə üzvlük vəsiqələri təqdim edib.

Milli Qəhrəman Şükür Həmidovun atası vəfat etdi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası vəfat edib. Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Nəriman Həmidov bu gün 91 yaşında dünyasını dəyişib. Qeyd edək ki, mərhumun yas mərasimi avqustun 15-də Sumqayıtda keçiriləcək.

Xaçmazda kütləvi dava: iki qardaş döyüldü

Xaçmaz rayonunda kütləvi dava olub, iki qardaş xəsarət alıb. Sozcu.az xəbər verir ki, rayon sakinləri, 1988-ci il təvəllüdlü Müzəffər Eyvaz oğlu Məhərrəmov və onun qardaşı, 1979-cu il təvəllüdlü Məlik Eyvaz oğlu Məhərrəmovun tanıdıqları şəxslərlə aralarında mübahisələri düşüb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Nəticədə Məhərrəmov qardaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.

“Ətin bahalaşmasında Kənd Təsərrüfatı Nazirliyi günahkardır” - Eyyub Hüseynov

Yaxın aylarda ölkədə ətin qiymətinin qalxması gözlənilir. Bəzi iqtisadçı ekspertlər bildirir ki, yanvara qədər ətin kiloqramı 20 manat olacaq. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ətin bahalaşacağı ilə bağlı deyilənlər həqiqətdir.  demokrat.az-a açıqlama verən ekspert deyib ki, hazırda kiçik quzu ətinin bir kiloqramının qiyməti 20 manatdır.  “Qiymətlər adətən bayram ərəfəsində qalxır. Ətin qiymətinin də qalxacağı gözlənilir. Bir sıra Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ətin qiyməti yuxarıdır”.  E.Hüseynov ətin qiymətindəki bahalaşmanın səbəblərinə də toxunub: “Maldarlıq zəifləyib. Əhali heyvan saxlamaqdan uzaqlaşır. İcra hakimiyyətləri otlaqları pambıq sahələrinə çevirib. Otlaq sahələri ayrı-ayrı böyük təsərrüfat sahiblərinin əlində cəmləşib. Onlar da asanlıqla kartel sövdələşmələrinə gəlir, qiymətləri diqtə edirlər”. Sədr bildirib ki, alverçilər satıcıların işini çətinləşdirir: “Heyvanlar bazara çıxarılan kimi alıcı və satıcıdan başqa üçüncü bir subyekt ortaya çıxır – alverçilər. Demək olar ki, bütün rayonlarda onların əlindən kəndli öz məhsulunu sata bilmir. Araya girən alverçilər qiymətlərin qalxmasına səbəb olur”. Əhalinin ətə tələbatının daim mövcud olduğunu qeyd edən ekspert məlumat verib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Azərbaycan çox ət yeyilən ölkələr arasında deyil:  “Buna baxmayaraq, ət və ət məhsulları rasionumuzun əsas hissəsini təşkil edir. Yüksək tələbat da qiymətlərin qalxmasına şərait yaradır. Payıza doğru gündəlik istifadə olunan ərzaq məhsulları azaldıqca, ətə tələbat artır.  Heyvandarlığı zəiflədən digər bir amil də yemin qiymətidir. Heyvan yemlərinin qiyməti qat-qat artıb. İki il öncə ilə müqayisədə iki dəfə artım var”. E.Hüseynov əlavə edib ki, bu işdə birbaşa Kənd Təsərrüfatı Nazirliyi günahkardır.  “Perudakı mütəxəssislərlə əlaqəm var. Onlar Azərbaycanda heyvandarlığın inkişafını daim izləyirlər. Aralarında vaxtilə burada ət biznesi ilə məşğul olan da var. Qeyd edirlər ki, hökumət qəbul etdiyi proqramlar üzrə hədəflərə çata bilmir.  Ölkədəki kiçik fermalar tələbatı ödəyə bilmir. Hətta təklif edirlər ki, Perudan buraya ət idxal etmək olar. Yəni uzaq ölkələrdən də Azərbaycanın kənd təsərrüfatı siyasətini izləyirlər, pis vəziyyətdə olduğu qənaətinə gəlirlər”. 

Bu məktəblərdə forma DƏYİŞMƏYƏCƏK

Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin şagirdləri yeni tədris ilində əvvəlki illərdə istifadə olunan məktəbli geyim formasından istifadə edə biləcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideyinləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması ilə təhsil ocaqlarına gedəcəkləridir: "Məlumat üçün bildirək ki, uzun illərdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər. Naxçıvan Muxtar Respublikası Təhsil, İqsadiyyat nazirlikləri və şəhər, rayon İcra Hakimiyyətləri ilə birgə keçirilən ənənəvi məktəbli yarmarkaları bu il də davam etdiriləcək. Yarmarkalarda digər məktəbli ləvazimatları ilə yanaşı, məktəbli formalarının satışı da həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumtəhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ölkənin ümumtəhsil məktəblərində 4 cür geyim formasından istifadə olunacaq. Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji şurasının qərarına uyğun olaraq valideyinlər övladları üçün ölkə üzrə istifadə olunan məktəbli geyimlərindən də ala bilərlər. Bu, məcburi deyil və valideyinlərin öz arzusu ilə ola bilər. Cari il üçün hər iki geyim formasından istifadəyə ümumtəhsil məktəblərində icazə veriləcək. 2024-2025-ci tədris ilindən isə ölkə üzrə tətbiq olunan geyim formalarından istifadə məcburi olacaq".

Bakıda evdən qızıl və pul oğurlandı

Bakıda evdən 8500 manat, 11000 dollar və 13000 manatlıq qızıl oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8500 manat, 11000 dollar pul və 13000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Əsir anası: “Soruşdum ki, oğul, nə yeyib-içirsən?”

“Oğlumun zəng edəcəyini gözləmirdim. Ümidim qırılmışdı, çarəsiz idim. Balamı sağ-salamat gördüm. Onun videozəng etdiyini görəndə sevincdən az qala ürəyim dayanmışdı”. Bunu Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib. “Telefon zənginə sevinsəm də, onun gəlişini gözləyirdim. Saniyələri iplə çəkdim. Artıq bədənim dərman və iynəni qəbul etmir. Ümidsiz qalmışdıq. Qırmzı Xaç Komitəsinə hər gün zəng edib, niyə oğlumdan xəbər olmadığını soruşurduq. Nəhayət, istəyimizi yerinə yetirdilər. Şükürlər olsun, oğlumu gördüm, səsini eşitdim. Aqşindən soruşdum ki, oğul, necəsən, nə edirsən, nə yeyib-içirsən? O da dedi: “Ana, narahat olma, yeməyimiz var, hər şey yaxşıdır, səbirli olun, gələcəyəm”. Oğlumun səsini eşidəndə kövrəlməmək mümkün deyil. Bacıları da, mən də Aqşinin yolunu gözləyirik”, - deyə əsir hərbçinin anası söyləyib. O, övladının tezliklə əsirlikdən azad olunması üçün gecə-gündüz dualar etdiyini deyib: “Nə qədər sevinsəm də, balamın gəlişini gözləyirəm. Təəssüflənirəm ki, artıq əsirlikdə olmaları beş aya keçir. Niyə və nə səbəbə? Çox narahatıq. Axı nə qədər gözləməliyik? Tezliklə balamı vətəndə görmək istəyirəm. Ümidimiz cənab Prezidentədir. Dözə bilmirik artıq. Bizə dəstək olub, kömək edən yoxdur. Dərman belə ala bilmirik”. Qeyd edək ki, ötən gün Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Qabil oğlu Bəbirov ailəsi ilə əlaqə saxlayıb. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.(modern.az)

Sabirabadda narkotikə görə 13 nəfər saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 13 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Pərvin Nağızadə tutulub. Onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Dindirilmə zamanı P.Nağızadə narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Azər Əsədov saxlanılıb. Polis əməkdaşı tərəfindən sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 320 kiloqramdan artıq olan 107 ədəd çətənə kolu, 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin, qeyd edilən dövr ərzində rayon ərazisində oğurluq faktları törədərək zərərçəkmişlərə maddi ziyan vuran 5 nəfər şəxs də müəyyən edilərək istintaqa təqdim olunub. Aşkarlanan bütün faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Bakıda şirkətin 525 min manatı mənimsənildi

Bakıda şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İnteqral” QSC-nin ümumilikdə 525 min manatını mənimsəyiblər. Bildirilib ki, həmin şəxslər şirkətdə müxtəlif vəzifələrdə çalışıblar. Daha sonra söz təqsirləndirilən şəxslərə verilib. O.Məmmədov, Z.Babayev, C.Cəbrayılov və M.Rəsulov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Yalnız F.Xəlilzadə özünü qismən təqsirli bilib. Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib.

Bakıda mənzildən 34 minlik qızıl-zinət əşyaları oğurlandı

Bakıda mənzildən 34 300 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail rayonu ərazisindəki mənzillərin birindən 34 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

İntihara cəhd edən həkim müdirindən yenidən şikayətçidir

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-laborantı Aynur Əsədlinin institutun kliniki-diaqnostika laboratoriyasının müdiri Nuriyyə Səlimova barəsindəki xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə çəkişməsi davam edir.  A.Əsədli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 8-nə təyin edilib. Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə A.Əsədli laboratoriya müdirinin Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, laboratoriya müdiri mətbuatda çıxış edərək onu dələduz adlandırıb. N.Səlimova isə ittihamları rədd edib. O, özü barəsində böhtan xarakterli məlumatların yayıldığını deyib. Məhkəmə Aynur Əsədlinin xüsusi ittiham qaydasındakı şikayətini təmin etməyib. Nuriyyə Səlimovaya Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə bəraət verilib. Xatırladaq ki, bir müddət əvvəl Aynur Əsədli işlədiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qayçı ilə özünə xəsarətlər yetirərək intihara cəhd etmişdi.

Yol kənarında xəsarət alan hamilə qadın öldü

Xəbər verdiyimiz kimi, Xətai rayonu Xudu Məmmədov küçəsində, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı yolun kənarında dayanmış Güllü Mehdiyeva aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib. Xatırladaq ki, həmin qadın 7 aylıq hamilə olub, hadisə nəticəsində o, övladını itirib sonra isə özü ölüb.