Yaralı hərbçimiz şəhid oldu

Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçumuz Qasımov Cahan Xəqani oğlu şəhid olub. “Qafqazinfo”nun məlumatına görə, Xocavənd rayonu istiqamətində yaralanan hərbçimiz bir neçə gün idi hospitalda müalicə olunurdu. Həkimlərin bütün səylərinə baxmayaraq hərbi qulluqçumuz bu gün şəhid olub. Şəhid Qasımov İsmayıllı rayonunun Qalınçaq kənd sakinidir. Kənd icra nümayəndəliyindən saytımıza bildirilib ki, Cahan Qasımov bu gün dəfn ediləcək. Allah rəhmət eləsin!

Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib

Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib. MHB Kürdəmir RT sədri İlham Alişov iclası açıq elan edərək Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Daha sonra İlham Alişov birliyinin ümumi fəaliyyətindən və MHB rəhbərliyi ilə keçirilən görüşdən toplantı iştrakçılarını məlumatlandırdı. Toplantı iştrakçıları bir neçə məsələni, o cümlədən, görüləcək işlərdən, rayonda mövcud olan sosial problemləri və qarşıda duran vəzifələri müzakirə etdilər. İclasa MHB sədr müavini Xəzər Teyyublu onlayn qatılaraq toplantı iştrakçılarına üğurlar arzuluyaraq gələcək işlərlə bağlı tapşırıqlar verib. Daha sonra təşkilat məsələlərinə baxılıb. MHB Kürdəmir RT sədri İlham Alişov yeni qəbul edilmiş üzv Tərgül Əliyevaya üzvlük vəsiqəsini təqdim edib.

Hərbçilərimiz Xocavəndin mərkəzində - Video

Azərbaycan hərbçilərinin Xocavənd rayonunun mərkəzində olduğunu təsdiqləyən videogörüntülər yayılıb. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda erməni sakinlərin Xocavənd şəhərini tamamilə boşaltdığı görünür.

SON DƏQİQƏ! Azərbaycan polisi Xankəndiyə daxil oldu

Azərbaycan polisi Xankəndiyə daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə görüntülər Qarabağən erməni sakinləri tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılıb.

Ermənilərin Xankəndidəki evləri satmaq hüququ yoxdur - Açıqlama

"Qarabağ ərazisində yaşayan ermənilərin faktiki olaraq daşınmaz əmlak satmaq hüququ yoxdur. Artıq Azərbaycan ordusu ərazi bütövlüyünü bərpa edib və həmin ərazilər Azərbaycan torpağı olduğuna görə orada bütün rəsmi sənədləşmə işlərinin hamısı Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. İlk növbədə, mülkiyyət hüquqlarının tanınması prosesi olmalıdır". Bu sözləri Yenisabah.az-a tanınmış əmlak eksperti Elnur Fərzəliyev deyib. Qarabağdakı ermənilərin mülklərini satacağı barədə yayılan fikirlərə münasibət bildirən ekspert bunun uzun proses olduğunu bildirib: "90-cı illərin əvvəllərində məcburi köçkünlərimiz Qarabağdan Bakıya gəldilər, müxtəlif ərazilərdə yaşadılar, həmçinin onlar boş evlərə girdilər, hansının ki, sahibləri var idi. Həmin evlərin sahiblərinin böyük əksəriyyəti mənzillərini görmədən dünyasını dəyişdi, 30 ildən artıq müddət keçib.   Həmin evlərdə məcburi köçkünlər torpaqlar azad edilənə qədər yaşaya bilərdilər, amma həmin əmlaklar heç bir halda onların adına rəsmiləşmir, çünki onların sahibləri var və evləri satmaq hüquqları yoxdur. Bu gün də məcburi köçkünlər üçün tikilən evlərdə yaşayanlara çıxarış verilməyib, onlar müqavilə əsasında həmin evlərdə yaşayırlar. Nəzərdə tutulub ki, nə vaxtsa torpaqlar alınanda orada evlər tikiləcək və verilən evlər məcburi köçkünlərdən alınacaq və hər hansı sosial layihələr üçün istifadə ediləcək. Həmçinin ermənilər də Qarabağ ərazisinə digər yerlərdən, başqa ölkələrdən gəliblər. Say çoxaltmaq üçün zamanında Qarabağa erməni yığıblar. Xankəndindən çıxıb Laçın buraxılış məntəqəsindən keçən ermənilərin çoxu Rusiya vətəndaşıdır, sadəcə say şişirtmək məqsədilə həmin ərazilərə aidiyyəti olmayan insanları gətirib ora yığıblar. Bu gün də Azərbaycan ərazisində əmlakı olan bir erməninin əmlakını sata bilməsi üçün mütləq çıxarışı olmalıdır. Artıq istər Ermənistanın, istərsə qondarma rejimin oradakı ermənilərə verdiyi bütün rəsmi sənədlər öz hökmünü itirib. Söhbət Azərbaycan ərazisindən gedirsə, burada baş verən bütün alqı-satqı prosedurları mülki hüquqla tənzimlənməlidir". E. Fərzəliyevin sözlərinə görə, ermənilərin evlərini kiməsə sata bilməsi müşkül məsələdir: "Bu gün həmin ərazini erməni kimə sata bilər? Hansısa xarici gəlib oradan ev almaz. Həmin ermənilər Azərbaycan Respublikasına müraciət edib xahiş etməlidir ki, bizim mülkiyyət hüququmuzu tanıyın. Mən düşünürəm ki, hansı əmlaklarda Birinci Qarabağ Müharibəsindən əvvəl ermənilər yaşayıbsa, orada qalmağa davam etmək istəyirsə, dövlətimiz humanistlik göstərib onların mülkiyyət hüququnu təsdiqləyər. Digər sonradan gələnlərsə necə ki, torpaqlarımızı işğal etmişdilər, o cür də əmlaklarımızı işğal edib, orada yaşayıblar. Hələ ki, bu proseslər üçün vaxt var. Hazırda həmin ərazilərdə müəyyən işlər gedir, bu işlər bitdikdən sonra yəqin ki, dövlət mülkiyyət hüququ ilə bağlı proseslərə start verəcək. Bundan əlavə, həmin əmlakları baha qiymətə kiməsə satmaları çox çətindir. Dünya təcrübəsində də belə bir qanun var, hansı ərazilərdə münaqişə varsa, orada sülhməramlı varsa, həmin zonadakı əmlakların qiyməti normal dövrdən ən azı 2-3 dəfə aşağı olur. Yəni Xankəndində bir evin qiyməti 2020-ci ilə qədər 40 min manat idisə, bu gün həmin əmlakın satış qiyməti maksimum 10-15 min manat olacaq. Çünki heç kəs risk edib o pulu verib həmin ərazidən ev almaz. Alan da azərbaycanlılar olacaq. Amma hansı evlər ki, əvvəllər azərbaycanlıların olub onlar birmənalı şəkildə vətəndaşlarımızın  özünə qaytarılacaq".

Daha bir kənd Ordumuzun nəzarətinə keçdi - Video

Azərbaycan Ordusu Kəlbəcər rayonunun Narınclar kəndi (keçmiş Ağdərə rayonu) üzərində nəzarəti bərpa edib. Sozcu.az xəbər verir ki, bunula bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntüləri təqdim edirik:

“Qənirə Paşayevanın yaşaması möcüzədir” - Rəşad Mahmudov

Məlum olduğu kimi, millət vəkili Qənirə Paşayeva ağır vəziyyətdə Mərkəzi Klinikaya yerləşdirilib. Hazırda reanimasiyada süni nəfəs aparatına bağlı şəkildə həyat mücadiləsi verir. Sozcu.az xəbər verir ki, bununla bağlı Musavat.com-un qeyd olunan xəstəxanada olan müxbiri millət vəkili, tanınmış həkim Rəşad Mahmudovdan açıqlama alıb. Həmin açıqlamanı oxucularımızın diqqətinə təqdim edirik.

Bilirlər ki, o evlər onların deyil, yiyəsi bir gün gələcək, ona görə də yandırırlar

MN video yayıb. Ağdərədən çıxan ermənilər evlərini yandırırlar.  Bunlar hansı ağılla, hansı təfəkkürlə edirlər bunu? Belə nifrət olar? Belə vandallıq olar? Amma bəlkə də, altşüur öz sözünü deyir. Bilirlər ki, o evlər onların deyil, yiyəsi bir gün gələcək, ona görə də yandırırlar.  92-93də azərbaycanlılar çıxdıqları evlərinin bir çöpünə də zərər vurmadı. Əksəriyyətimizin anaları bugünədək saxlayır evlərin açarlarını... İlkin Rüstəmzadə, ictimai fəal

Bir gündə 8 dərs: Uşaqların belini kim qırır?

Bir neçə gündür yeni tədris ilinə start verilib. Dərs ilinin elə ilk günündən problemlər başlayıb. Belə problemlərdən biri də 5 günlük tədris sistemində dərs saatlarının çox olmasıdır. İbtidai təhsili başan vuran məktəbli həftənin əna zı 3 günü 8 saat sinifdə oturmalı olur. Üstəlik, elə məktəblər var ki, təhsil sahəsinə yenilik gətirib. Nəzərə alsaq ki, birinci sinfə gedən uşaqların məktəb mühitinə alışması, dərs yükünü daşıması bir qədər vaxt aparacaq, o zaman dərs saatlarının çox olması da çətinliklər yaradır.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan sabiq deputat, professor Şahlar Əsgərov bildirib ki, Avropada çox uzun illər öncə 5 günlük tədris sisteminə keçilib və bu problemsiz şəkildə tətbiq olunub: "Dərslərin 5 günlük rejimə keçməsi təbii ki, maraqlı məsələdir, bu həmçinin hər bir millətin yaşam tərzi ilə bağlıdır. 5 günlük dərs praktikası Avropada yaranıb. Çünki Avropa maddi nemətlər bolluğu yaradandan sonra avropalılar başa düşüb ki, 6 gün deyil, 5 gün işləsələr daha yaxşıdır. Çünki 5 gün yaratdıqları maddi nemətlər bolluğu onlara 1 həftə bəs edir və beləcə 5 günlük iş həftəsinə keçiblər. 5 günlük iş həftəsinə keçəndə məktəblər bu həyat tərzini reallaşdırmağa maneə törətdi, bu zaman avropalılar məktəbləri də 5 günə endirdi. Bunu ona görə etdilər ki, uşaqlar ailəsi ilə birlikdə olsunlar, həftəsonu 2 gün valideynləri ilə başqa şəhərə gedə bilsinlər, dincəlsinlər. Beləliklə, onlarda 5 günlük iş və dərs həftəsi yaradıldı.  Bu məsələ bizdə də müzakirəyə çıxarıldı. O zamanlar mən parlamentdə idim, 2002-2003-cü illərdə bu məsələ Prezident Aparatında da müzakirə olundu. Həmin vaxt dərslərin 15 sentyabrda  başlanması və 5 günlük tədris həftəsinə keçilməsi müzakirəyə çıxarıldı".  Ş.Əsgərov bildirib ki, təhsil prosesində lazımsız informasiyalara daha çox yer verildiyindən uşaqların özlərinə ayırmağa zamanları olmur: "Biz məktəbi ailənin həyatına uyğunlaşdırmalıyıq. Birinci növbədə ailənin yaşamı, ikinci yerdə isə uşaqların təhsili dayanır. Elm və Təhsil Nazirliyi elə sistem qurmalıdır ki, tədrisin yaşam tərzinə təsiri olmasın. Yəni 5 günlük tədris müddətində lazım olan biliklər şagirdlərə verilsin. 5 günlük dərs sisteminə keçsək də, hazırda fənnlər, saatlar çoxdur. Bu zaman tədris edilən fənnləri sıraya düzmək, lazım olan ən vacib bilikləri seçmək lazımdır. Onların 80%-i qalmalı, digər 20%-i isə çıxarılmalıdır. Beləliklə, dərs saatları azalacaq. Bunun fəlsəfəsi budur. Tədris olunan fənnləri əhəmiyyətinə görə sıraya düzmək lazımdır, elə fənnlər var ki, onu 30 yaşında da öyrənmək olar, bunu orta məktəbdə niyə verək? Bu, çox asan məsələdir, sadəcə bir az baş işlətmək lazımdır". 

Xəzər Teyyublu: Evsiz qalan, hüquqları pozulan, mülkiyyəti zəbt edilənlər bizə üz tutur

Xətai rayonunun Neapol dairəsi yaxınlığında, Telnov küçəsində yerləşən yeni tikilinin 14 sakini aldıqları mənzillərə köçə bilmir. İllərdir məhkəmələrə ayaq döyən, süründürməçiliklə haqqını ala bilməyən sakinlər bu dəfə Müstəqil Həmkarlar Birliyinə (MHB) müraciət edərək, hüquqlarının qorunmasını xahiş ediblər. Şikayətçilər ya aldıqları mənzilləri, ya da pullarının onlara verilməsini istəyirlər. Onlar sözügedən ərazidə yerləşən binanın bütün sakinlərinin aldadıldığını deyiblər. Binanın sakinləri Telnov küçəsindəki sözügedən binadan hələ 2014-cü ildə mənzil alıb. Amma sən demə həmin mənzillər başqasına da satılıbmış. Zərərçəkmişlər məsələ ilə bağlı məhkəməyə müraciət ediblər. Vətəndaşların şirkətə ödədiyi pullarının qaytarılması ilə bağlı məhkəmə qərarı olsa da, şirkət tərəfindən icra edilmir. Evsiz qalan “bina sakinləri” illərdir nə pullarını ala bilir, nə də evlərini… MHB-nin sədr müavini Xəzər Teyyublu Versus.az-a bildirib ki, tikinti şirkətləri tərəfindən sakinlərin bu cür aldadılması az qala adi hal alıb. Onun sözlərinə görə, problem ondan başlayır ki, bir buna bir neçə podratçı şirkətlər tərəfindən tikilir və hər şirkət də öz istədiyi kimi mənziləri satır. Beləliklə də bir mənzil bir neçə dəfə satılır və mənzilə sahib olmaq istəyən vətəndaşların pulları alınır, özləri isə çöldə qalırlar. Zərərçəkənlər məhkəmələrə üz tutur, məhkəmə dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar verir, yenə də podratçı şirkətlərin “ötür-ötür oyunu”, icraasız qalan məhkəmə prosesləri ilə ortada qalırlar. X.Teyyublu qeyd edib ki, Xətai rayonunun Neapol dairəsi yaxınlığında, Telnov küçəsində yerləşən yeni tikilinin 14 sakini Şərur İnşaat MTK-nın nəzdində formalaşan AzərTikinti İnşaat şırkətinin oyunlarına gəlib: “Məhkəmə qapılarına ayaq döyməkdən yorulan, bir az da yaşlanan bu “evsiz sakinlər” illərdir özünə, övladına  aldığı mənzilə köçmək arzusunu gerçəkləşdirə bilmir, haqlarını ala bilmədikləri üçün dövlətdən narazı qalırlar. Çünki vətəndaş həm pulunu itirir, həm aldadılır, bundan qazanan isə dələduz iş adamları olur”. X.Teyyublu bildirib ki, MHB-nə daxil olan şikayətlər, qarşılaşdığımız faktlar cəmiyyətdə həllini gözləyən həddən artıq sosial, hüquqi problemlərin olduğunu göstərir. Onun sözlərinə görə, Müstəqil Həmkarlar Birliyinə hər gün belə 10-larla şikayətlər daxil olur: “İnsanlar hüquqlarını, haqlarını qoruyan, onları doğru ünvana yönəldən, sözlərinin aidiyyatı orqanlara çatdırılacağına əmin olduqları, etibar etdikləri bir təşkilata – Mütəqil Həmkarlar Biriyinə müraciət edirlər. MHB bütün şikayətləri təhlil edir, araşdırır və məsələni birbaşa aid olduğu dövlət idarəsi qarşısında qaldırır, həllinə çalışır”. X.Teyyublu MHB-nə daxil olan müraciətlər içərisində özləri ayrı-ayrı ölkə vətəndaşları olub, övladlarına vətəndaşlıq ala bilməyən insanların da çoxluq təşkil etdiyini qeyd edib. Bildirib ki, artıq valideynlərdən biri Rusiya, digəri Azərbaycan vətəndaşlığı olan şəxslərin uşaqlarının vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya xidməti ilə işlər aparırlar. X.Teyyublu eləcə də, mülkiyyət məsələləri, sosial hüquqların bərpası ilə bağlı MHB-ə edilən müraciətlərlə bağlı işlərin üzərində çalışdıqlarını deyib. O, bildirib ki, mülkiyyət hüququ ilə bağlı bələdiyyələrdə qanun pozuntuları həddən artıqdır: “Müstəqil Həmkarlar Birliyinə daxil olan şikayət dovluğunda Binəqədi Bələdiyyəsinin mülkiyyətçinin torpağını zəbt edib başqasına satması ilə bağı müraciət var. Biz bu məsələlərlə bağlı Ədliyyə Nazirliyində Bələdiyyələrlə iş üzrə şöbənin rəhbəri Emin Həsənovla görüşüb müzakirələr aparmışıq. Başqa bir şikayət ərizəsində 80 yaşı qadının mənzilində ailə üzvü olmayan bir şəxsin qeydiyyata alınması və həmin şəxsi qeydiyyatdan çıxara bilməməsi göstərilib. Məsələ ilə bağlı polisə, Daxili İşlər Nazirliyinə müraciət edilib. Polis qadını evinə gətirib yerləşdirir, polis gedən kimi qeydiyyatda olan şəxs yaşlı qadına fiziki, maddi-mənəvi güc tətbiq edərək, incidir. MHB-i olaraq bu problemin həllinə yönəlik işlər aparırıq”. X.Teyyublu MHB-nə müraciət olunan qeyd edilən problemlərin illərlə üst-stə yığılıb qalmış məsələlər olduğunu deyib: “Müstəqil Həmkarlar Birliyi bir qeyri hökumət təşkilatı olaraq çalışır ki, şikayətçiləri dinləyib real vəziyyətə uyğun olaraq onlara düzgün yol göstərsin. Bir çox məsələlərlə bağlı Azərbaycan qanunları çərçivəsində aidiyyatı strukturlara müraciət ünvanlayıb, yaxud birbaşa rəhbərliklə görüşərək həllinə nail ola bilirik”.

Mülki ermənilər bu kəndlərimizi tərk etdi

Xocalının Pirlər, Xanabad, Əsgəranın Ağbulaq, Naxçıvanlı, Xocavəndin Cütcü və Ağdərənin Canyataq kəndlərindən mülki erməni əhalisi təxliyə edilib. Sozcu.az xəbər verir ki, bu barədə qondarma rejimin “Ombudsmanı” məlumat yayıb. Qeyd edək ki, Canyataq kəndi 1992-ci ilə qədər Ağdərəyə aid olub. Həmin ilin oktyabrın 13-dən isə Tərtər rayonunun inzibati tərkibinə daxil edilib. Xatırladaq ki, Azərbaycan tərəfindən əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Əməliyyat şəraiti tam nəzarətdədir - DSX

Hazırda dövlət sərhədində bütün istiqamətlər üzrə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir. Sozcu.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov brifinqdə deyib. "Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə tərəfimizdən zəruri tədbirlər görülür. Baş verə biləcək təxribat əməlləri ilə əlaqədər DSX tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək", - o vurğulayıb.