Maşınlarda qəzalara səbəb olan nasazlıqlar – Sürücülər DİQQƏT ETMƏLİDİR

Bir çox hallarda qəzalarında səbəb təkcə sürət həddi, yaxud digər qayda pozuntusu deyil, nəqliyyat vasitəsinin texniki nasazlığı da olur. Sürücünün maşına lazımi texniki qulluq göstərilməməsi və zaman keçdikcə ehtiyat hissələrinin sıradan çıxması yollarda ani qəzalara və ya yarı yolda qalma halı doğurur. Bu kimi hallarla qarşılaşmamaq üçün sürücü mütləq şəkildə maşının sazlığına və vaxtı-vaxtında yoxlanışına fikir verməlidir.

Yenisabah.az nəqliyyat vasitələrində qəzalara ən çox zəmin yaradan nasazlıqları və onların səbəblərini araşdırıb.

Dünya təcrübəsində avtoqəzaların başlıca səbəbi aşınmış ehtiyat hissələridir. Ən çox görülən aşınma zamanla dayaqlarda və amortizatorlarda olur. Bu, idarəetmə qabiliyyətinin və əyləc məsafəsinin artmasına gətirib çıxarır, sürüşmə ehtimalı kəskin şəkildə artır.

Digər tərəfdən, həddən artıq yük və ya zərbə ucbatından yaylar qırıla və ya əyilə bilər. Çəkinin qeyri-bərabər paylanması idarəetməyə təsir edir və aşma riskini artırır.

Tez-tez həddindən artıq yüklənmələr alətlərin zədələnməsini yaradır. Onlar deformasiyaya uğrayır, ya da qırılır, bu da təkərlərin düzülmə bucaqlarının pozulmasına səbəb olur və idarəetməni pozur.

Maşınlarda təkərlərin sazlığına, şinlərin aşınıb-aşınmamasına və ən asası atmosfer balansına xüsusi diqqət etmək lazımdır.

Nəzərə alaq ki, avtomobillərdə yer alan 4 təkər balanslı olaraq tarazlığı təmin edir və onlardan birinin sürüş zamanı sıradan çıxması faciəvi qəzalara səbəb ola bilər.

Share on Facebook