Bakıda gənc oğlan yoxa çıxıb: Əslən Kəlbəcərlidir

Bakı şəhər sakini (Əslən Kəlbəcər rayonundan olan) İlkin Abbasov yoxa çıxıb. Valideynlərinin Gununsesi.info-ya verdiyi xəbərə görə, 03 Yanvar 1998-ci il təvəllüdlü İlkin Abbasov bu ayın 14-də evdən çıxaraq, bir daha geri dönməyib. Sonuncu dəfə o,  Masazır ətrafında kameralarda  görüntülənib. Onu görənlərdən xahiş olunur ki, 0503166571, 0503703232 nömrəsi ilə əlaqə saxlasın. Mükafat veriləcək!

Şəmkir sakini ölkə rəhbərliyindən kömək istəyir

Şəmkir rayon Çinarlı qəsəbə sakini Asif Nəbiyevə məxsus ev dağılma təhlükəsi ilə üz-üzədir. Qəsəbə ərazisindən keçən su kanalının daşması, yağış sularının ev və həyətə dolması nəticəsində həyətin böyük bir hissəsində torpaq axıntısı yaranıb. Şəmkir Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının fəaliyyəti nəticəsində evin üst tərəfindən yerləşən su kanalında bərkidilmə işləri həyata keçirilib. Evdə və həyətdə axıntı nəticəsində yaranmış çatlar təhlükənin hələdə mövcud olduğu göstərir. Ailə 6 nəfərdən ibarətdir. Ata və iki övladı əqli qüsurludur. Ailə yaranmış təhlükəli durum ilə bağlı ölkə rəhbərliyindən kömək istəyir. Ailənin sosial vəziyyətidə çox acınacaqlı durumdadır. Sözcü.az

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Elnur Cəfərovun atası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin atası Cəmiyyət Cəfərov ötən gün dünyasını dəyişib. O, Füzuli rayonunda dəfn edilib. Qeyd edək ki,1998-ci il təvəllüdlü Elnur Cəfərov müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib və 2020-ci ilin 3 oktyabrında Füzuli uğurnda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycanlı zabit İsraildə həlak oldu

İsrailin Beeri şəhəri uğrunda döyüşlərdə ordunun 36 yaşlı azərbaycanlı zabiti Emin Axundov həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Həmyerlimiz şəhərin hərbi məzarlığında dəfn edilib. Məlumata görə, E.Axundovun 2 azyaşlı övladı var.

Qarabağ müharibəsi veteranının müraciəti - VİDEO

Ömrünün 4 ilini Qarabağ uğrunda müharibəyə sərf etmiş Şəmkir rayon Talış kənd sakini, müharibə veteranı Cavadov Yalçın Əziz oğlunun evindən ürək dağlayan görüntülər.  Xocavənd-Fizuli uğrunda döyüşlərdə iştirak etmiş Yalçın Cavadov böyrəklərindən xəstədir. Böyrəklərində ağrıların artması ilə bağlı iş qabiliyyətini itirmək üzrədir. Dövlətdən 80 manat veteran pulu aldığını və müxtəlif yerlərdə gündəlik işlərdən əldə etdiyi gəlir ilə yaşayışlarını ancaq təmin etdiklərini bildirir. Maddi durumları ağır olduğundan çox acınacaqlı durumda olan evi restavrasiya etmək gücündə deyillər. Bu səbəbdən kömək üçün ləyaqətli, vicdanlı Azərbaycan övladlarına müraciət etməyi tək çıxış yolu bilir: Sözcü.az 

Hərbçimiz Füzulidə həlak oldu - FOTO

Azərbaycan Ordusunun hərbçisi Ziya Baba oğlu Babayev avtomobil qəzasında həlak olub. Sozcu.az xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb. Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.

Bakıda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanıldı

Bakının Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat yayıb. O bildirib ki, Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb. Onun üzərindən külli miqdarda - 102 qram narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qarabağda yaşayan erməni fermerlər vergilərdən azad olunacaq

Qarabağda yaşayan erməni sakinlərin yaşadıqları ərazilərdə fermerlərə subsidiyalar veriləcək. Bu, Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarında əks olunub. Onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediləcəklər.

Qarabağ erməniləri daxili işlər orqanlarına işə CƏLB OLUNA BİLƏR

Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər. Savash.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.

Şəhid anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Niftalı Mehdilinin anası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin anası Şirmayə Mehdiyeva yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib. Qeyd edək ki, 1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılıb. Ona Suqovuşan qəsəbəsinin azad edilməsində göstərdiyi şücaətə görə gizir rütbəsi verilib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanda sement BAHALAŞDI - VİDEO

Sementin qiyməti yüksəlib. Xezerxeber.az-ın məlumatına görə, iki həftə bundan əvvəllə müqayisədə qiymətlərdə artım müşahidə edilir. Sahibkarların sözlərinə görə, sementin bahalaşması bir neçə gün ərzində digər mallara da təsir göstərəcək. Onlar bildirir ki, əvvəllər sementin 1 kisəsi 7 manata satılırdısa, indi artıq 7.40 manata təklif edilməkdədir. Bu tendensiyanın hələ nə qədər davam edəcəyi bilinmir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Şəhidin nişanlısından ürəkdağlayan sözlər: “Kim bizi görürdü...” - Video

"Bir arzusu var idi, deyirdi bu döyüşlərdən qayıdandan sonra əllərini açıb məni gözləyərsən. Məni elə bil heç qucaqlamamış kimi qucaqlayarsan”. Bunu şəhid Ramazan Nurməhəmmədovun nişanlısı Laiyat Ayıbova deyib. O bildirib: "Kim görürdü, deyirdi bu nə gözəl cütlükdür, bu nə gözəl sevgidir belə. Oktyabrın yeddisi toyumuz olmalıydı. Sentyabrın 20-i şəhid xəbərini eşitdim. Bütün arzularımız yarımçıq qaldı”. Daha ətraflı Baku TV-nin süjetində: