Tıxaclardan yeganə ÇIXIŞ YOLU - Ən əlverişli variant

Paytaxtdaxili və şəhərə giriş-çıxış yollarında müşahidə olunan tıxaclar ildən-ilə daha da intensivləşir. Artıq bir neçə həftədir müşahidə olunan dəhşətli nəqliyyat sıxlığı son illərin pik nöqtəsi hesab edilir. Ekspertlərin fikrincə, Bakının tıxac dərdi hələ uzun illər davam edəcək.  Bəs görəsən, yollardakı nəqliyyat sıxlığından çıxış yolu nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, tıxacların qarşısını alacaq ən optimal variant insanların şəxsi avtomobil əvəzinə ictimai nəqliyyatdan istifadə etməsidir:  vakansiyalar “Biz həmin ərazilərə baxsaq, görərik ki, Bakı-Sumqayıt şosesi, Lökbatan dairəsi, Binəqədi və aeroport yollarının ortaq cəhəti şəhərə giriş-çıxışları təmin edən nəqliyyat qovşaqları olmalarıdır. Bu ərazilərin üzərində əhalinin sıx olduğu yaşayış məntəqələri yerləşir və nəqliyyat tıxacları da məhz ən çox bu yollarda yaşanır. Bunun qarşısını almaq üçün müəyyən spesifik addımlar atıla bilər. Əsas mahiyyət ondan ibarətdir ki, nəqliyyat vasitələri idarə olunan zaman hər bir şəxs mütləq şəkildə ictimai nəqliyyata üstünlük versin. Yaxud bir neçə şəxs sadəcə 1 nəfərin avtomobilində lazımi ünvana çatsın”.  Ekspertin fikrincə, dünyanın bir çox ölkələrində bu ənənəyə çoxdan keçilib: “Yəni artıq ümumi nəqliyyat vasitələrinə keçidin zamanıdır. Dünyanın bir çox ölkələrində insanlar əksər hallarda ictimai nəqliyyatdan istifadə edir. Amma nə qədər ki, şəxsi maşınlardan istifadə gündən-günə artır, tıxacların və nəqliyyatdakı sıxlığın qarşısını almaq çox çətin olacaq. Ona görə də, vətəndaşların ictimai nəqliyyatdan istifadəyə təşviq etmək və paralel olaraq marşurt sistemini yaxşılaşdırmaq mütləqdir”. 

Veteran pulu 2 dəfə artırılsın: Böyük məbləğ deyil ki... - Deputat

Cəmiyyətdə daha çox gündəmə gətirilən məsələ veteranlara verilən 80 manatlıq müavinətin artırılması məsələsidir. Dövlət Statistika Komitəsindən rəsmi məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin sayı 2023-cü il oktyabrın 1-nə 179 840 nəfər təşkil edib, yəni 180 min nəfərə yaxındır. Bəzən bundan bir qədər artıq rəqəmlər də işlədilir. Sozcu.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib. O bildirib ki, veteran pulunun 2 dəfə artırılaraq 80 manatdan 160 manata qaldırılması, ayda veteranlara 14,4 ilyon manat əlavə vəsait ayrılması deməkdir: "Onun da illik ümumi məbləği 173 milyon manat edir. Bu, o qədər də böyük məbləğ deyil ki, sözügedən məsələnin həlli ildən ilə keçirilsin. Bu məsələyə münasibətdə cəmiyyətdəki ab-havadan çıxış etməklə demək olar ki, müharibə veteranlarına verilən veteran pulu adlandırılan 80 manatlıq müavinətin də azı 2 dəfə artırılmasını istiqamətdə real addımlar atılmasını vacib hesab edirik".

Şəhid xanımından deputatlara irad: "Qəhrəmanlarımızı unudan bizdən deyil"

Sentyabrın 1-i növbədənkənar parlament seçkiləri başa çatıb. Buna qədərki təbliğat-təşviqat dönəmində demək olar ki, deputatların hamısı şəhid ailələrini, qəbirlərini ziyarət etdilər, status paylaşırdılar. Ancaq seçki başa çatdı və sanki, şəhidlər, şəhid ailələri unudulub. Məsələn, sentyabrın 24-də Fəxri Xiyabanda 1 il əvvəl xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən şəhidimiz Əkrəm Şadmanovun xatirəsi anılıb. Həmin gün orada çox sayda insan toplaşmış, şəhidinə etiram göstərmişdi. Lakin burada deputatlar, xüsusilə də şəhidin doğulduğu ərazini təmsil edən deputat gözə çarpmayıb. Maraqlıdır, belə çıxır ki, bəzi deputatlar seçkiqabağı şəhid ailələrini ziyarət edir, onlarla fotoşəkil çəkdirirlər, amma seçkidən sonra həmin insanları unudurlar? Modern.az sözügedən məsələ ilə bağlı şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ilə həmsöhbət olub. O bildirib ki, şəhidlər müstəqil, suveren Azərbaycan bəxş ediblər: "Azərbaycanın suverenliyinin bərpa olunmasından 1 il keçir. Bu döyüşlərdə şəhid olan qəhərmanlarımızın ildönümüdür. Allah hər bir şəhidimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bizə müstəqil, suveren Azərbaycanı bəxş etdilər. Bu döyüşlərdə antiterror əməliyyatları zamanı Azərbaycanın suverenliyi uğrunda şəhid polkovnik Əkrəm Şadmanov da şəhadət zirvəsinə ucaldı. Ayın 24-də onun anım tədbiri idi. Çox təəssüf edirəm ki, Hadrut qəsəbəsində şəhid övladları üçün düşərgə təşkil etdiyimizə görə anım tədbirində iştirak edə bilmədik. Buna baxmayaraq, hər zaman məzarını ziyarət edirik". Sevinc Orucova vurğulayıb ki, deputatlar şəhidlərin anım tədbirlərində iştirakı özlərinə borc və vəzifə bilməlidir: "Şəhid anım tədbirlərinin millət vəkillərinin ziyarəti məsələsinə gəldikdə, hərənin bir baxış bucağı var. Mən elə bir şey gözləmirəm, sonra ümidlərim puç olar. Mən düşünürəm ki, xalq o şəhidləri yaşadır, sevir. Qəhrəmana dəyər verən hər kəs özünə bir borc və vəzifə bilir ki, onların anım mərasimində iştirak etsinlər. Millət vəkilləri də bu millətin içərisindən çıxdığına, onun üzvü, özü də seçilmiş üzvü olaraq daha çox həssaslıq göstərməlidirlər. Ən çox da şəhidin doğulub, böyüdüyü bölgəni təmsil edən millət vəkilləri həmin gün anım tədbirində iştirak etməyi özlərinə borc bilməliydilər. Ayın 23-də ilk iclaslarını da keçiriblər. Ertəsi gün qəhrəman şəhidimizin başında olmağı borc bilməliydilər. Bunu kimsə anlayıb, dərk etmirsə, elə düşünürəm ki, nəsə demək mümkün deyil. Mən heç nə deyə bilmirəm. Qəhrəmanlarımızı unudan, onların xatirəsinə sayğı duymayan bizlərdən deyil. Mən onları azərbaycanlı saymıram".

İki şəhidimiz dəfn ediləcək - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Dəfn olunacaq şəhidlərdən biri hərbçi Alıyev Vaqif Sərdar oğlu, digəri isə mülki şəxs Quliyev Mirzəli Müslət oğludur. Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər Xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

Sabah yağış yağacaq

Sabah, sentyabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Sentyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.

Azərbaycanda bu qış sərt keçəcək? - RƏSMİ AÇIQLAMA

"Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir". Sozcu.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. O bildirib ki, uzunmüddətli hava məlumatları vermək fərziyə xarakterlidir və qışın necə keçməsi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının Regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən hazırlanır: vakansiyalar "Amma qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, daha uzun dövrü əhatə edən fəsillik hava proqnozunun dəqiqliyi nisbətən az olur. Biz öz tərəfimizdən payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr ayı üçün ictimaiyyətə rəsmi proqnoz təqdim edəcəyik".

Bu rayonlara yağış yağdı

Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi - Foto

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabında paylaşım edilib. "Bu gün Danusia və mən hava limanında dördayaqlı qəhrəmanlardan ibarət VIP nümayəndə heyətini qarşılamaq şərəfinə nail olduq. Berta və Dum adlı itlər ANAMA-nın minalar və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. Bu cəsur Marşall itləri və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitdə yaşayışı təmin etməkdə mühüm rol oynayırlar.” - səfir Mark Libbi qeyd edib.

İlk qar bu tarixdə yağacaq - Sinoptiklərdən xəbərdarlıq

Müasir meteorologiyada qabaqcıl texnologiyalar sayəsində sinoptiklər cari ildə ilk qarın nə vaxt yağacağını müəyyənləşdirə bilirlər. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, bu il ilk qar gözlənildiyindən tez yağa bilər. Proqnozlara görə, qış daha erkən başlayacaq və ilk qar artıq oktyabrın sonunda yağmağa başlayacaq. Bu proqnozu əldə etmək üçün mütəxəssislər meteostansiyaların məlumatlarını, peyk müşahidələrini, yerüstü postlardan alınan məlumatları, mürəkkəb alqoritmlər və modelləri əhatə edən kompleks yanaşmadan istifadə ediblər. İlk qarın yaxınlaşması ilə əlaqədar mütəxəssislər qış mövsümünə əvvəlcədən hazırlaşmağı məsləhət görürlər. Əsas tədbirlər arasında qış paltarlarının və aksessuarlarının hazırlanması, avtomobilin vəziyyətinin yoxlanılması, antifrizin dəyişdirilməsi, qış təkərlərinin quraşdırılması, bağ bitkilərinin qorunması və həyətyanı sahənin qış şərtlərinə hazırlanmasıdır. Müasir proqnozların yüksək dəqiqliyinə baxmayaraq, sinoptiklər hava şəraitinin gözlənilməz dəyişikliklərə meylli olduğunu vurğulayırlar. Azərbaycanda ilk qar regionlarda kənd təsərrüfatı ilə məşğul olanlar üçün ciddi əhəmiyyət daşıyır. Fermerlər və bağ sahibləri məhsulları qorumaq üçün öncədən tədbirlər görməlidir. Eyni zamanda, şəhər əhalisi də avtomobillərini və evlərini qışa hazır vəziyyətə gətirməli, şaxta və buzlanma riskinə qarşı tədbirlər almalıdırlar.

Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir

Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son illərdə abort edənlərin sayı 2 dəfədən çox artıb. Belə ki, 2010-cu ildə qeydə alınan abortların sayı 26801 olub. Yəni son 13 ildə abort edənlərin sayı 2.7 dəfə artıb. azal vakansiya Abort edənlərin çoxu gəncdir. 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır.  Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2528 qadın abort etdirib. 

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub. Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub. vakansiyalar Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

Gələn il üçün BƏDBİN PROQNOZ - Bu məhsulların qiyməti artacaq

Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır. Bu barədə Maliyyə Nazirliyinə istinadən bildirilib.  Məlumata görə, bu proqnozu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı rəyini, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirlərini əsas götürərək hazırlayıb. Statistikaya görə, bu il Azərbaycanda orta illik infiliyasiya göstəricisi isə 1.3 faiz olub. Bəs görəsən, proqnozlaşdırılan yüksək devalivasiya faizi bahalaşmaya səbəb olacaqmı?  vakansiya 2023 Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, qiymət artımı infliyasiya faizlərindən asılı olmayaraq müntəzəm davam edir və edəcək:  “Əvvəla onu deyim ki, bahalaşma hər zaman var. Bahalaşma müasir iqtisadi model üçün adi bir haldır. Sadəcə, onun faizindən söhbət gedir. Bu ilin infliyasiyası 3 faizdən çoxdur. Yəni bəli, bu ilə nisbətən, növbəti ilin infliyasiyası 1 faiz daha çox olacaq. Gələn il infliyasiyanın daha yüksək olacağı onsuz da gözlənilirdi. Hamı bilməlidir ki, qiymətlər daim artır və belə də davam edəcək. Ərzaq və bir çox idxal məhsullarında qiymət artımı gözləniləndir”.  Ekspertin əvvəlki illərdə daha yüksək infliyasiyaların olduğunu xatırladıb:  “Müasir iqtisadi modeldə kreditlə, yəni faizlə işlər görülür. Əgər pul faizlə dövr edirsə, təbii olaraq infliyasiya da qəbul olunandır. Amma bütövlükdə götürsək, Azərbaycan üçün 3-4 faizlik infliyasiya elə də böyük deyil. Çünki xatırlayırsınızsa, əvvəllər bundan da çox idi”.