Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, iyulun 24-26-da bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala və Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sabah külək güclənəcək - SARI XƏBƏRDARLIQ

İyulun 24-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi qısa müddətə sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 24-26-da isə bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala, Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü - YENİLƏNDİ

Baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. TƏBİB-dən Sozcu.az -a bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb. 2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunarkən xəstəxanayaqədər ölüm qeydə alınıb. *** 15.56 Baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib: "Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb. 2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunub". *** 12:11 Yevlax şəhərində ümumi sahəsi 63 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Sozcu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leysan xarakterli yağış, şimşək- Hava proqnozu

Saat 11:00-a olan məlumata görə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 2 mm, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 mm-dək olub. Lerik, Şahdağ, Qrızda duman müşahidə olub. Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

İcra başçısı ilə bağlı qalmaqal: Şəhid anasının problemini...

Şəhid anası Nabat Rzayeva Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdan şikayətçidir. Şəhid anası Qaynarinfo-ya ünvanladığı müraciətdə yazır ki, Ağstafa rayonunun Eynallı kəndində yaşayan qızı Həmayə Mustafayevanın yaşadığı ev təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşüb. Nabat Rzayevanın sözlərinə görə, qızının Birinci Qarabağ savaşının veteranı olan həyat yoldaşı dünyasını dəyişib. Bu baxımdan, onun maddi vəziyyəti çətinləşib. “Qızımın maddi vəziyyəti çətinləşdiyindən yararsız hala düşmüş evini təmir etmək imkanı yoxdur. Digər tərəfdən, təbii fəlakət nəticəsində evləri zərər çəkmiş vətəndaşlara dövlət yardım edir. Biz digər bölgələrdə bunun şahidi olmuşuq. Mən də düşündüm ki, yardım üçün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova müraciət edim. Amma müraciətimə cavab gəldi ki, imkanımız yoxdur. Mən icra hakimiyyətindən qızıma dəbdəli imarət, villa tikməyi xahiş etmirəm axı. Bir evi sadəcə yaşamaq üçün normal hala gətirmək nə böyük işdir ki?”, – şəhid anası müraciətində yazıb. Şikayətçi hesab edir ki, Ağstafa Rayon İcra Hakimiyyəti sadəcə məsələyə biganə yanaşıb: “Düşünürəm ki, imkanın olmaması barədə deyilənlər sadəcə bəhanədir. Bir daha təkrar edirəm ki, mən yeni ev tikilməsini, qızıma villa verilməsini istəmirəm. Zədələnmiş evin təmirini istəyirəm ki, bu da o qədər böyük xərc aparmaz”. Nabat Rzayeva sonda qeyd edib ki, icra hakimiyyətinin məlum cavabından sonra yuxarı instansiyalara müraciət etməyi düşünür: “Mən şəhid anasıyam. Qızımın mərhum həyat yoldaşı isə Birinci Qarabağ savaşının iştirakçısı olub. Ümid edirəm ki, ölkə rəhbərliyi Ağstafanın icra başçısı Seymur Orucovdan fərqli olaraq müraciətimə biganə qalmaqacaq”. Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.

700 bal toplayan Şəbnəmin FOTOSU

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Sozcu.az-ın məlumatına görə, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb. Qeyd edək ki, o, ilk cəhddə 393.9 bal toplamışdı.

Yük avtomobili sürücülərinə bəd xəbər

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarının müəyyənləşdirilməsi məqsədilə bu parametrləri ölçən texniki vasitələrin ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması üçün işləri aparılır. Sozcu.az Oxu.az-a istinadın xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. O bildirib ki, bu sahədə mövcud qanunvericiliyə dəyişiklik edilərək normativ aktlar müasir dövrün tələblərinə uyğunlaşdırılıb: "Belə ki, qanunvericiliyə edilən dəyişikliklər inzibati xəta hadisəsi elektron tərəzilər, foto və ya videoqeydiyyatçı funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarını ehtiva edir. Tətbiq edilən yeniliklər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrin artırılmasını deyil, böyük vəsaitlər hesabına inşa edilən avtomobil yollarının qorunması ilə yanaşı, həmçinin vətəndaş-məmur münasibətləri zamanı mümkün sui-istifadə hallarının qarşısını almaq və bu münasibətləri elektron münasibətlərə çevirməkdir. Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad edilib. Hazırda ölkənin avtomobil yollarında 31 yerdə 51 ədəd elektron tərəzinin quraşdırılması nəzərdə tutulub".

Rayonlarda leysan yağıb - Faktiki hava

İyulun 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyulun 19-u saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, gündüz saatlarında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.  Bakıda və Abşeron yarımadasında da gündüz saatlarında qısamüddətli az yağış yağıb.  Düşən yağıntının miqdarı Şahdağda 16 mm, Qrızda 9 mm, Xınalıq, Qax, Zaqatalada 7 mm, Şəki, Balakən, Göygöl, İsmayıllı, Oğuz, Gəncə, Gədəbəy, Şəmkir, Ceyrançöl, Qəbələ, Altıağac, Xaçmaz, Quba, Qusar, Şabran, Xaltan, Bərdə, Mingəçevir, Göyçay, Sabirabad, Daşkəsən, Goranboyda 3 mm-dək olub.  İyulun 18-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.  Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub. 

Dənizdə boğulanların sayı artır: Çimərliklər bağlanır? - Mühüm açıqlama

“Azərbaycan Respublikasının hər bir vətəndaşı fərdi istirahət və idman məqsədilə çimərliklərdən istifadə etmək hüququna malikdir. Çimərliklərdən istifadə zamanı insanlar şəxsi təhlükəsizlik qaydalarına riayət etməli, çimərlikləri və onun sahələrini məişət və digər tullantılarla çirkləndirməməli, yanğın təhlükəsizlik qaydalarının tələblərinə əməl etməlidirlər. Çimərliklərdən istifadə zamanı qadağan olunmuş davranış və hərəkətlər barədə insanlar məlumatlı olmalıdırlar”.  Bu sözləri Yenisabah.az-a təhlükəsizlik eksperti Orxan Musayev deyib. Ekspert deyir ki, çimərliklərdə boğulma halları tez-tez baş verir. Müsahibimiz bu cür vəziyyətlərdə insanların hansı təlimatları yerinə yetirməli olduğu barədə məlumat verib:  “Belə ki, çimmək üçün ayrılmamış yerlərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, su axınlarında sahildən 20 metrdən artıq məsafədən uzaqlaşmaq, müxtəlif növ gəmi, qayıq və texniki qurğulara üzüb yanaşmaq və ya toxunmaq, texniki qurğuların, xəbərdarlıq nişanlarının üstünə dırmaşmaq və oradan suya atlanmaq, körpü, qayıq, bərə və digər texniki qurğular vasitəsilə suya tullanmaq, çimərliyə spirtli içkilər gətirmək, sərxoş halda çimərlik ərazisində gəzmək və çimərlikdən istifadə etmək, suda kobud hərəkətlərə və qarşı tərəfdə olan insanlarla zarafatlar yol vermək, sahil hissəsini və suyun dibini müxtəlif cisimlərlə çirkləndirmək və zədələmək, çimmə zonasında balıq və digər bioresursları ovlamaq kimi hərəkətlər və davranışlar çimərlikdən istifadə zamanı qadağan olunmuş hərəkətlər sırasına daxil edilmişdir. Çimərliklərdən istifadə zamanı xüsusilə də, uşaqlar valideyn nəzarəti altında çimərlik ərazisində istirahət etməli və suya daxil olmalıdırlar. Uşaqları və azyaşlıları valideyn nəzarətindən kənar saxlamaq qadağandır. Çimərliklərdən istifadə zamanı mütləq fikir verilməlidir ki, xilasedicilərin mövcud olduğu vaxt aralığında çimərliklərdən istifadə olunsun. Çünki xilasedicilərin çimərliklərdə olmadığı vaxtlar əsasəndə, axşam saatlarında çimərliklərdən istifadə etmək həyat üçün təhlükəlidir. Bir daha insanlarımızı  təhlükəsizlik qaydalarına riayət etməyə və qaydaların tələblərinə əməl etməyə dəvət edirik”.  Ekspert çimərliklərdə baş verən boğulma hallarının böyük əksəriyyəti çimmək üçün nəzərdə tutulmamış və qadağan olunan yerlərdə baş verdiyini bildirib: “Bəzən lövhələrin və xəbərdarlıqların qeyd olunmasına baxmayaraq hələ də, çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə insanlar tərəfindən suda çimmə halları, yəni çimərlik kimi istifadə halları qeydə alınır. Qeyd edim ki, bu cür qeyri-çimərliklərdə boğulma halları baş verərsə orada xilasetmə xidməti daimi olaraq olmadığından insanların həyatı təhlükə altında olur. Yəni insanların vaxtlı-vaxtında xilas edilməsi mümkün olmur. Ona görə də çimərliklərdən istifadə edərkən mütləq xilasedicilərin mövcud olduğu çimərliklərdə və xilasedicilərin orada mövcud olduğu vaxt aralığında çimərliklərdən istifadə olunmalıdır. Belə ki, səhər 9-dan axşam saat 8-ə qədər çimmək üçün nəzərdə tutulmuş çimərliklərdə daimi olaraq Fövqaladə Hallar Nazirliyi əməkdaşları tərəfindən xüsusi xilasedicilər təşkil olunur. Bu xilasedicilər tərəfindən çimmə sərhədinə yaxınlaşan və yaxud keçən şəxslərə dərhal xəbərdarlıqlar edilir. Hər hansı bir boğulma halının baş verdiyi an müdaxilə olunur və insanların həyatının xilas edilməsi istiqamətində işlər aparılır. Çimmək üçün nəzərdə tutulmayan çimərliklərdə isə nəzarət olmadığından hər hansı bir fövqaladə hal baş verərsə müdaxilə etmək dərhal mümkün olmur. Xüsusən də çimərliklərdən kənar su kanallarında, su hövzələrində boğulma hallarının çoxalmasının şahidi oluruq. Bu qeyri-çimərliklərdən istifadə edən şəxslərin də azyaşlıların, məktəblilərin olmasını görürük. Bununla bağlı maarifləndirici təbliğat işlərinin daha geniş aparılmasına ehtiyac var. Bundan əlavə olaraq valideynlərin bu barədə xüsusi məsuliyyəti ondan ibarətdir ki, övladlarına xüsusi olaraq yay mövsümündə çimərliklərlə bağlı məlumat verməlidirlər”.

Həyət evi almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər 100 mindən başlayır

Evlərin qiymətində artım müşahidə olunur. Sozcu.az bildirir ki, əmlakçı Vüqar İsmayılovun Baku Tv-yə açıqlmasına görə, mənzil bazarında durğunluq olsa da qiymətlərin enməsi gözlənilmir: "Hazırda sənədli həyət evlərinin qiyməti 100 min manat təşkil edir. Belə davam edərsə, qiymətlərin daha da artması gözlənilir". Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzillərin qiymətində qalxma olsa da bu, əvvəlki illərlə müqayisədə xeyli azdır: "Qiymət artımı daha çox yeni tikili binalardadır. Köhnə binalardakı mənzillərin qiymətinin artması sünidir. Alıcı qıtlığı bir müddət də davam edərsə, qiymətlər enəcək".

DİQQƏT! Dəhşətli istilər gəlir - Rəsmi XƏBƏRDARLIQ

Yay fəslinin qarşıdan gələn günlərində əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.  Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yay fəslində həm Abşeron yarımadasında, həm də bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı, ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi ehtimal olunur. Xidmət rəisi qeyd edib ki, yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır: "Ümumilikdə iyul-avqust ayları Azərbaycanın yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur. Qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur". 

Tələbə faciəvi şəkildə vəfat etdi

Azərbaycanda III kurs tələbəsi vəfat edib. Sozcu.az-ın məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Cəbrayılov İmran Əli oğlun faciəvi şəkildə dünyasını dəyişib. O, Universitetin “Maliyyə və mühasibat” fakültəsinin "Maliyyə" ixtisasında təhsil alırdı. Allah rəhmət eləsin! modern)