Tramp həbs edildi - Təcili

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Azərbaycanın İrandakı konsulluğunun qarşısında təxribatın ŞOK DETALLARI... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqları” quraşdırılıb. Musavat.com aksiyanın təşkilatçılarına dair bir sıra məlumatlar əldə edib. Belə ki, konsulluğun qarşısında "Hüseyniyyun"un əskilərinin quraşdırılması prosesinə SEPAH-ın kəşfiyyat xidmətinin əmri ilə bilavasitə Bəxtiyar Bayramov rəhbərlik edib. Aksiyada terrorçu qruplaşmanın 6 nəfəri iştirak edib ki, onlar konsulluğun qarşısına İsmayıl və Nəbi adlı iki şəxsin avtomobillərində gəliblər. Bu "aksiya" İranın Kəşfiyyat və İnformasiya Nazirliyinin razılığı ilə keçirilib.

İrandan Azərbaycana qarşı növbəti təxribat - Polislər yenə göz yumdu

Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna qarşı təxribat törədilib.  Sozcu.az xəbər verir ki, Baş Konsulluğun binası qarşısına naməlum şəxslər tərəfindən "Hüseyniyyun" terror təşkilatının bayraqları qoyulub. Ərazidə xidmət aparan polis əməkdaşları təxribatın qarşısını almaq üçün müdaxilə etməyib. "Azad İran" teleqram kanalları bununla bağlı görüntülər paylaşıb. Qeyd edək ki, martın 31-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Azərbaycanın İsraildə səfirlik açmasına etirazlarını bildiriblər. Etirazçılar konsulluğun bağlanması tələbi ilə şüarlar səsləndirib, təxribatçı fikirlər irəli sürüblər.

Rusiyada naməlum PUA komissarlığa zərbə endirdi

Rusiyanın Bryansk vilayətində naməlum PUA hərbi komissarlığa zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz deyib. O bildirib ki, Sevsk rayonunda baş verən hadisə zamanı komissarlığın yerləşdiyi bina zərər görüb, xəsarət alan yoxdur.

Ukraynalılar Baxmut uğrunda inadla döyüşür - Kirbi

Rusiya təbliğatçılarının iddialarının əksinə olaraq, Ukrayna inadla Baxmut uğrunda mübarizə aparır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Baxmut ukraynalılar üçün böyük əhəmiyyət kəsb edir və buna hörmət edirik, anlayırıq. Ukrayna ordusunun Baxmutdan geri çəkilməsi belə, strateji baxımdan döyüşün dinamikasını dəyişməyəcək”, - deyə o bildirib.

Fazil Mustafaya hücum edən şəxs görün kim imiş - Yeni detal

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseyn Ramiz oğlu Hüseynovun qardaşı Həsən Ramiz oğlu Hüseynov da var. Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib). Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Salyanda yanğında iki azyaşlı qardaş xəsarət alıb, onlardan biri ölüb

Salyanda yanğın zamanı xəsarət alan iki qardaşdan biri ölüb. Hadisə ötən axşam saatlarında rayonun Həsənli kəndində qeydə alınıb. Kənd sakini İsmayılov Amilə məxsus fərdi yaşayış evi anidən alovlanıb. Bu barədə məlumat daxil olan kimi FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb. Yanğın zamanı 2018-ci il təvəllüdlü İsmayılov Nihad Amil oğlu ağır yanıq xəsarətləri ilə hadisə yerində ölüb. Qardaşı 2013-cü il təvəllüdlü İsmayılov İsmayıl Amil oğlu isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan İ. İsmayılov Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır./APA

Fazil Mustafaya qarşı cinayətlə bağlı 4 nəfər tutulub, Bakının bir neçə istiqamətində polis postları quraşdırılıb

"Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir". Sozcu.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Əlavə məlumat veriləcəkdir.

Fazil Mustafanı güllələyən şəxs saxlanıldı - Təcili

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az Operativ Media-ya istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.(axar) Globalinfo.az isə özəl mənbələrdən əldə etdiyi məlumatı paylaşıb. Bildirilib ki, millət vəkilinə sui-qəsdi həyata keçirən şəxs iki gün öncə saxlanılıb. Bunun ictimailəşməməsinin səbəbi sırf əməliyyat hərəkəti ilə bağlı olub. Məlumatda saxlanılanların bir neçə nəfər olduğu iddia edilir.

Zelenski anons etdi: Gələn həftə Ukraynanın qələbəsi...

Prezident Vladimir Zelenski Ukraynanın qələbəsi üçün gələn həftənin əhəmiyyətli olacağını qeyd edib. Sozcu.az xəbər verir ki, Ukrayna lideri vətəndaşlara bugünkü videomüraciətində artıq planlaşdırılan tədbirlərə hazırlıq getdiyini bildirib. "Növbəti həftə müdafiəmiz, qələbəyə doğru hərəkətimiz üçün xüsusilə əlamətdar olacaq. Biz artıq planlaşdırılan tədbirlərə və qərarlara hazırlaşırıq", - Zelenski vurğulayıb.

Rusiya hərbçiləri Donetsk istiqamətində bəzi mövqelərdən geri çəkiliblər

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayəti istiqamətində bəzi mövqelərdən geri çəkilməyə məcbur olublar. İndi ukraynalı müdafiəçilər orada müdafiə mövqeləri qururlar. Bunu Tavriç Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Aleksey Dmitraşkovski deyib. “Donetsk istiqamətində müdafiəçilərimizin yaxşı əlaqələndirilmiş və bacarıqlı hərəkətləri sayəsində düşmən bəzi mövqelərdən geri çəkildi, indi biz bu mövqeləri müdafiə əməliyyatları üçün təchiz edirik”, - o deyib. Dmitraşkovski qeyd edib ki, Rusiya ordusu şəxsi heyət və texnika baxımından xeyli itki verir. Eyni zamanda, kəşfiyyat məlumatlarına görə, Verxnetoretski ərazisində texnikanın cəmlənməsi müşahidə olunur. Beləliklə, yaxın gələcəkdə Rusiya ordusunun bu istiqamətdə daha güclü hərbi əməliyyatlara başlamağa cəhd edə biləcəyi ehtimalı var. Bundan əlavə, onun sözlərinə görə, “vaqner”çilərin Avdeyevka şəhərində görünməsi ilə bağlı məlumatlar ortaya çıxıb, lakin hələlik bunun təsdiqi yoxdur.

Ukrayna Melitopolu vurdu: yaralılar var

Ukrayna ordusu Melitopoldakı lokomotiv deposunu vurub. Zərbənin HİMARS reaktiv yaylım atəş sistemləri vasitəsilə endirildiyi bildirilib. Xeyli sayda yaralı var.