“Keçid məntəqəsi olmamalıdır, vəssalam”.
Sozcu.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.
O, Azərbaycan keçid məntəqəsi ətrafında aparılan müzakirələrin ermənilərin maraqlarını əks etdirmədiyini bildirib.
“Məsələ aydındır, yoxlama məntəqəsi olmamalıdır, vəssalam. Bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli sənəddə də yazılıb.
Keçid məntəqəsində rusların və azərbaycanlıların funksiyalarının necə bölüşdürülməsi, kimin hansı halda hərəkətə keçməsi ilə bağlı müzakirələr Ermənistan tərəfi üçün pisdir. Bu hissədə danışılacaq heç nə yoxdur.
Ola bilsin ki, başqa mövzularda güzəştə getmək ehtimalı var, amma konkret keçid məntəqəsi məsələsində güzəştə getmək olmaz. Çünki bu işləsə, onda hər şey çox tez bitəcək”, – deyə Abramyan çərənləyib.