Rusların Baxmutda irəliləməsi dayandı

Ruslar Baxmut və onun ətrafına hücumlarını davam etdirsələr də, son iki gün ərzində heç bir irəliləyiş əldə etməyiblər.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ukrayna ordusu Baxmutun şimal-qərbində rusların hücumlarını dəf edib. Onlar Xromovo-Çasov Yar yolundan vaqnerçiləri geri oturtmaq üçün mübarizəni davam etdirir. Rusiya nizami qoşunları isə Baxmutdan şimal-qərbdə Ukrayna Silahlı Qüvvələri ilə mövqe döyüşlərində iştirak edir. “Vaqner” şirkətinin rəhbəri Priqojin bildirir ki, onun muzdlularının vəzifəsi Ukrayna qüvvələrini mümkün əks-hücumdan əvvəl darmadağın etməkdir”, - məlumatda deyilib.

Share on Facebook