Təbrizdə SEPAH qərargahı vuruldu: ölənlər var

09:51 İranın Təbriz şəhərində iki partlayış hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Nour Nyus” məlumat yayıb. *** Bu gün İsrailin Hərbi Hava Qüvvələrinin Təbrizdə vurduğu iki hədəfdən biri SEPAH-ın qərargahıdır. Çox sayda hərbçinin öldüyü bildirilir.

Qəbələdə kişi həmkəndlisini dəhrə ilə öldürdü

Qəbələdə qətl hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə dünən 19.00 radələrində Solquca kəndi ərazisində baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib. Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, hadisə söyüş üstündə baş verib.

İran və İsrail arasında tezliklə sülh olacaq - Tramp

Əminəm ki, İran və İsrail arasında tezliklə sülh bərqərar olacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb. O bildirib ki, bununla bağlı hazırda görüşlər keçirilir və telefon danışıqları aparılır: “Tezliklə İran və İsrail arasında sülh olacaq”.

İran MAQATE ilə məlumat mübadiləsini dayandırdı

İran MAQATE ilə bütün məlumat mübadiləsini dayandırır. Sozcu.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran geri çəkilir: Saziş bağlamağa hazırıq... - Təcili

İran nüvə silahına sahib olmayacağını təmin edən bir razılaşma imzalamağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.

ABŞ-da siyasi xadimlər güllələndi, Tramp işə qarışdı

ABŞ-ın Minnesota ştatında Nümayəndələr Palatasının keçmiş spikeri Melissa Hortman və həyat yoldaşı güllələnərək öldürülüb. Sozcu.az xəbər verir ki, ştat qubernatoru Tim Valts hadisənin siyasi motivli olduğunu bildirib. Eyni gün senator Con Hoffman və həyat yoldaşı da silahlı hücum nəticəsində yaralanıb. Qubernator bu hücumları qanunvericilərə qarşı zorakılıq kimi dəyərləndirib. ABŞ Prezidenti Donald Tramp atışmanı “qanunvericilərə qarşı məqsədli hücum” adlandırıb və FTB-nin araşdırmaya başladığını açıqlayıb.

İranın Baş Qərargah rəisinin iki müavini öldürüldü

İsrailin endirdiyi zərbələr nəticəsində İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə və İnformasiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani, İran Baş Qərargahının kəşfiyyat rəhbəri general Qulam Rza Mehrabi İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb. Qeyd edək ki, Baş Qərargah rəisi və SEPAH komandanı ötən gün öldürülmüşdü.

Bu ölkədən İsrailə raket atıldı

Yəmən ərazisindən İsrailə raket atılıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Qeyd olunub ki, hazırda raketin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri işləyir.

Hersoq və Netanyahunun təyyarəsi Yunanıstana aparıldı

İsrail hökumətinə məxsus göyərtəsində yüksək vəzifəli məmurların olduğu təyyarə Afinaya eniş edib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu arədə Yunanıstanın "newsbreak.gr" xəbər portalı məlumat yayıb. Portalın məlumatına görə, bu addım İranın mümkün qisas hücumundan qorunmaq məqsədilə atılıb. Bildirilir ki, İsrail Prezidenti İshaq Hersoqla Baş nazir Benyamin Netanyahunun rəsmi səfərlərdə istifadə etdiyi hökumət təyyarəsi müvəqqəti olaraq Yunanıstana köçürülüb. Qeyd olunur ki, bu təyyarə İsrailin ən mühüm strateji aktivlərindən biri hesab olunur. Daha əvvəl təyyarənin Kiprə uçduğu bildirilmişdi, lakin Kipr rəsmiləri bu məlumatı təkzib ediblər. Portal hesab edir ki, təyyarənin Afinaya göndərilməsi Yaxın Şərqdə artan gərginlik fonunda Yunanıstanın dolayısı ilə prosesə cəlb olunması kimi qiymətləndirilə bilər. Xatırladaq ki, Təl-Əvivdəki Ben Qurion hava limanı hazırda bağlanıb və İsrailin hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

İsrail Fordo nüvə obyektinə zərbələr endirir - Təcili

İsrail Hərbi Hava Qüvvələri hazırda Fordodakı yeraltı nüvə obyektini onlarla bunker bombası ilə bombalayır. Sozcu.az xəbər verir ki. bu barədə İsrail Teleqram kanalları məlumat yayıb. Qeyd edək ki, bu, İranın flaqman nüvə obyektidir.

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

İran hökumətinin nümayəndələri Tehranın nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyi ilə zəng edirlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” kanalının efirində bildirib. “İran saziş bağlamaq şansını qaçırdı. İndi, ola bilsin, onların başqa fürsəti ola bilər. Baxacağıq”, - o deyib. İranın niyə indi, İsrailin hücumlarından sonra saziş bağlamaq istəməsi ilə bağlı sualın cavabında o vurğulayıb ki, İran hökumət nümayəndələri artıq ona bu cür təkliflərlə müraciət edirlər. “Onlar mənə zəng edirlər, saziş haqqında danışmağa çağırırlar”, - Tramp söyləyib.

Tehran və Qumda yeni partlayışlar oldu

İranın paytaxtı Tehranda və Qum şəhərində yeni partlayışlar baş verib. Sozcu.az xəbər verirk ki, bu barədə İran KİV-i məlumat yayıb. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirir.