Qusarda ana doğuşdan sonra öldü

Qusar rayonunda ana doğuşdan sonra ölüb. Sozcu.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb. Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər. Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur. Bu, onun ikinci hamiləliyi olub.

Bulvara giriş bağlandı: Bildirişlər göndərilir

Sosial şəbəkələrdə bu gündən etibarən bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Sozcu.az-ın Operativ Media-ya istinadən məlumatına görə, bu barədə ölkədə fəaliyyət göstərən bəzi skuter tətbiqləri vətəndaşlara bildiriş göndərib. Məlumata görə, Formula 1 yarışları başlamazdan bir neçə gün əvvəl bulvar ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu zaman isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən əhaliyə əvvəlcədən məlumat verilir. 

Son dəqiqə: Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü

Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb. O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir. Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. E.Tanrıverdiyev Goranboy rayon sakinidir. *** Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçilərin sayı beş nəfər imiş. Kəlbəcər rayonunun Vəng kəndində “Ural” markalı hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində Emin Tanrıverdiyevlə yanaşı, digər hərbi qulluqçular – 1987-ci il təvəllüdlü Emin Əhmədov, 1996-cı il təvəllüdlü Nicat Nuruyev, 1983-cü il təvəllüdlü Rabil İsmayılov və 1996-cı il təvəllüdlü Muşfiq Qarayev də müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Azərbaycan Ordusu ermənilərə atəş açıb? - Rəsmi açıqlama

Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin istiqamətdə atəş açılmayıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1258-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 057 140 hərbçi, 11 069 ədəd tank, 23 079 ədəd zirehli döyüş maşını, 31 053 ədəd artilleriya sistemi, 1 452 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 203 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 244 ədəd avtomobil texnikası, 49 451 ədəd PUA, 3 553 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 935 xüsusi avadanlıq itirib.

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Azərbaycanın hava məkanı nəzəri cəhətdən Ermənistandan gələn mülki təyyarələr üçün açıqdır, lakin onlar oradan uçmurlar. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin açıqlamasında bildirilib. “Azərbaycanın hava məkanı Ermənistanın mülki təyyarələri üçün açıqdır, lakin praktikada Ermənistanın aviasiya operatorları göstərilən ərazidən uçmurlar ki, bu da sonuncunun daxili qərarları ilə bağlıdır”, - deyə məlumatda qeyd edilib.

Böyük Britaniyada təyyarə reysləri dayandırıldı

Böyük Britaniyada hava nəqliyyatında ciddi texniki nasazlıq yaşanır. Sozcu.az xəbər verir ki, Londonun Hitrou, Qatvik və London Siti hava limanlarında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. Milli Hava Hərəkəti Xidməti (NATS) bildirib ki, təhlükəsizliyi təmin etmək məqsədilə Londonun hava nəzarət zonasında uçuşların sayı məhdudlaşdırılıb. Nasazlığın NATS-ın Svanvikdə yerləşən hava nəzarət mərkəzindəki texniki problemdən qaynaqlandığı qeyd olunub. Londonun Qatvik hava limanından verilən açıqlamada bildirilir ki, hazırda hava limanından heç bir təyyarə havaya qalxmır və problem aradan qaldırılanadək bütün uçuşlar dayandırılıb. Gələn reyslər isə davam edir. Sərnişinlərə öz hava yolları ilə əlaqə saxlayaraq reys statusunu yoxlamaları tövsiyə olunur. Oxşar vəziyyət Şotlandiyanın Edinburq hava limanında da müşahidə olunur. Burada da bütün uçuşlar dayandırılıb və əlavə məlumat üçün gözlənilir. Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı məlum deyil. NATS və hava limanları problemi aradan qaldırmaq üçün birgə çalışdıqlarını bildiriblər.

Azərbaycanda bir gündə ikinci zəlzələ oldu

10:09 Yerli vaxtla saat 5:46-da Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. *** Zaqatala-Qax sərhədində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 04:59-da 3.3 maqnitudalı və 17 km dərinlikdə qeydə alınıb.

Füzulidə açıq ərazi yanır - Helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

ABŞ-ın Şaraya inamı sarsılır? – Barakdan qeyri-adi paylaşım

Prezident Trampın sanksiyaları ləğv etmək qərarı Suriya xalqına illərin ağlasığmaz əzab və vəhşiliklərindən kənara çıxmaq şansı verən prinsipial addım idi. Beynəlxalq ictimaiyyət əsasən yeni yaranan Suriya hökumətinə dəstək verərək, onun ağrılı mirasdan ümidli gələcəyə keçməyə çalışmasını ehtiyatlı nikbinliklə izləyir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyədəki səfiri və Suriya məsələləri üzrə xüsusi nümayəndə Tom Barak X hesabında qeyd edib. “Bununla belə, bu kövrək ambisiya indi dərin sarsıntının kölgəsindədir, çünki yerdə döyüşən qrupların qəddar hərəkətləri hökumətin nüfuzunu sarsıdır və nizam-intizamı pozur. Bütün fraksiyalar dərhal silahlarını yerə qoymalı, hərbi əməliyyatları dayandırmalı və qəbilələrin intiqamını dayandırmalıdırlar. Suriya kritik bir nöqtədə dayanır - sülh və dialoq qalib gəlməlidir və indi qalib gəlir”, - paylaşımda bildirilib.

Moskvaya hücum: Rusiya paytaxtının hava limanları bağlandı

Rusiyada iyulun 19-20-də uçuşların məhdudlaşdırılması səbəbindən 134 təyyarə alternativ aerodromlara yönləndirilib. Sozcu.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb. Bildirilib ki, Şeremetyevoda 78, Vnukovoda 45, Domodedovoda 8, Jukovskidə 3 təyyarə alternativ limana göndərilib. Hazırda məhdudiyyət aradan qaldırılıb və aviaşirkətlər və hava limanları müntəzəm uçuş cədvəlinə qayıtmaq üçün gücləndirilmiş iş rejimində işləyirlər. Qeyd edək ki, Rusiya MN Moskva vilayətində bu gecə 19 PUA vurduğu haqda məlumat yayıb.

İrana casusluq edən İsrail əsgəri həbs edildi

İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet, polis və hərbi kəşfiyyatın birgə əməliyyatı nəticəsində İranın kəşfiyyat xidmətləri ilə əlaqədə şübhəli bilinən bir İsrail əsgəri saxlanılıb. Sozcu.az Əl Ərıbiyyə telekanalına istinadən xəbər verir ki, saxlanılan hərbçi pul qarşılığında İran tərəfinə dövlət təhlükəsizliyi ilə birbaşa əlaqəli olmayan məlumatlar ötürüb. Bu məlumatlara İsrail ərazisinə düşən raketlərin fotoşəkilləri və hərbi dinləmələrin videoyazıları da daxildir. İsrail rəsmiləri hadisəni ciddi casusluq faktı kimi qiymətləndirərək istintaqın davam etdiyini bildiriblər. Eyni gün ərzində daha bir casusluq hadisəsi qeydə alınıb. Negev bölgəsindən olan 33 yaşlı bir müəllimin də İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi və onların tapşırıqlarını yerinə yetirdiyi bildirilir.