"Azərsu" qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edib?

“Azərsu” ASC tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur. Sozcu.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.

Rusiyanın Ukraynadakı son itkiləri AÇIQLANDI

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 159800 (+710) nəfər canlı qüvvəsi, 3474 (+8) tank, 6774 (+5) ədəd zirehli döyüş maşını, 2503 (+16) ədəd artileriya sistemi, 493 (+0) reaktiv yaylım atəşi sistemi, 259 (+0) hava hücumundan müdafiə sistemi, 304 (+0) təyyarə, 289 (+0) helikopter, 2109 (+1) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5354 (+6) avtomobil texnikası və avtosistern, 251 (+9) xüsusi texnikası məhv edilib.

Bu ölkədə Rusiya agent şəbəkəsi ifşa edildi

Qərbyönlü Moldova hakimiyyətini zəiflətməyə çalışan Rusiya agentura şəbəkəsi ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə polis rəisi Viorel Çernautyanu “Şpigel”ə danışıb. O bildirib ki, ötən gün 25 şübhəli dindirilib və onlardan 7-si saxlanılıb: “İfşa edilən qrup Rusiyadan konkret tapşırıqla gəlmiş şəxslərdən ibarətdir”.

Vəziyyət ağırdır, Ukrayna əlavə qüvvələr gətirir - Priqojin

Baxmut vilayətində vəziyyət çox ağırdır, Ukrayna Silahlı Qüvvələri ora ehtiyat qüvvələri toplayır. Sozcu.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

İranın casus şəbəkəsinə qarşı əməliyyat...

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir. Sozcu.az-ın Trend-ə istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində daha bir şəbəkə ifşa olunub, saxlanılanlar var. Hazırda əməliyyat davam edir.

Rusiyanın dərinliklərinə zərbələr endirməliyik - General

Yalnız Rusiya ərazisinə müntəzəm zərbələr endirilməsi işğalçıları döyüşməkdən çəkindirəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin generalı Sergey Krivonos deyib. "Bizim üçün düşməni dayandırmaq vəzifəsi Rusiyanı ən azı 500-800 km dərinlikdə bombalamağa başlamaq üçün öz resurslarımızla güclü partlayıcı yüklü çoxlu sayda pilotsuz uçuş aparatlarının istehsalını sürətləndirməkdir. Biz öz imkanlarımızla Rusiya ərazisində sistemli sınaqlara başladığımız zaman bu, rusların müharibəni bitirmək istəyini kifayət qədər sürətləndirəcək", - general qeyd edib.

İran yük maşınlarımıza qadağa qoydu – İddia

İranın sərhəddən yük avtomobillərimizin keçidinə icazə vermədiyi haqda iddia yayılıb. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddiada mənbə göstərilməyib.(axar.az)

İran qırıcısı sərhədimizdə - Təcili

11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq. Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

Rus ordusu bu istiqamətlərdə uğursuzluğa düçar oldu

Rusiya ordusu ötən gün Baxmuta hücum etmək üçün çoxsaylı uğursuz cəhdlər ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, ruslar əsas səylərini beş istiqamətə yönəldiblər. Əsas səylər Liman, Baxmut, Avdeyevski, Maryinski və Miners istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəlib.

Bakıda atəş açanlar ölkədən qaçarkən yaxalandılar

Səməd Vurğun küçəsində, Bakı Dövlət Sirki yaxınlığında bu gün baş verən atışmada iştirak etməkdə şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanları tərəfindən Heydər Əliyev hava limanında ölkəni tərk etmək istəyərkən saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə AZfront-a hüquq-mühafizə orqanlarındakı yüksək vəzifəli mənbə məlumat verib.(axar.az)

Bakıda insanları güllələyən şəxs kimdir? - Şok

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində yaralananların təsadüfən oradan keçdiyi deyilir. Sozcu.az xəbər verir ki, bu barədə Globalinfo.az-a məlumat daxil olub. İddia edilib ki, hadisədə yaralananlardan biri kuryerdir, digər ikisi isə o ərazidə təsadüfən olublar. “Cinayəti törədən kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsdir”, – bildirilib. Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar. Hələ ki, hadisəni törədən şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur.

TƏBİB-dən Bakıdakı atışma ilə bağlı - Açıqlama

15:05 Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib. Bu barədə Sozcu.az-a TƏBİB-dən bildirilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək. *** Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir. 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir. Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.