Ukrayna nə vaxt NATO üzvü olacaq? - Stoltenberqin cavabı

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya daxil olma vaxtını açıqlamaqdan imtina edib.

Sozcu.az xəbər verir ki, bu barədə ona PBS telekanalına müsahibəsində sual ünvanlanıb.

"Mən başa düşürəm ki, Zelenski NATO-ya daxil olmaq üçün dəqiq vaxt cədvəlində israr edir. Eyni zamanda, hesab edirəm ki, müharibənin ortasında olduğumuz zaman dəqiq tarixlər söyləmək mümkün deyil. Və hesab edirəm ki, bütün müttəfiqlər də bunda çox maraqlı olacaqlar. Aydındır ki, indi ən aktual vəzifə Ukraynanın suveren, müstəqil dövlət kimi qələbəsini təmin etməkdir. Suveren, müstəqil, demokratik Ukrayna NATO-ya üzv ola bilər”, - alyansın baş katibi bildirib.

Qeyd edək ki, Ukrayna lideri “The Wall Street Journal”a müsahibəsində belə bir sual verib: “Ukraynalıların həyatı nə qədərdir ki, müharibədən sonra, təhlükəsiz olduqdan sonra NATO-da olacaq?”.

Share on Facebook