HƏMAS Fələstin tərəfdarı olanları da öldürdü

İsrailə hücum zamanı HƏMAS yaraqlıları Fələstinin hüquqları uğrunda mübarizə aparan bir çox fəalı, eləcə də Fələstinə rəğbət bəsləyənləri də öldürüblər. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. “Qəzza sərhədinin İsrail tərəfində sülh təşəbbüslərini və Fələstin hüquqlarını dəstəkləyən bir neçə kibbutzim sakini yaşayır. Bu sakinlərin çoxu şənbə günü HƏMAS hücumundan sonra itkin düşənlər və ya öldürülənlər arasında yer alıb. Yaraqlıların hücumundan sonra 74 yaşlı Vivian Silver itkin hesab edilir və çox güman ki, girov götürülüb. Kanadada anadan olan Silver 2014-cü ildə Qəzza müharibəsindən sonra İsrail-Fələstin münaqişəsinin siyasi həllini təşviq etmək üçün yaradılan kütləvi hərəkat-“Women Wage Peace”in liderlərindən biri idi. Fələstin tərəfdarı olan başqa bir sülh fəalı Kaim Katsmanın əvvəlcə girov götürüldüyü güman edilirdi, lakin sonra o, evində öldürülmüş vəziyyətdə tapılıb. O, bu yaxınlarda Sietldəki Vaşinqton Universitetində fəlsəfə doktoru dərəcəsini bitirmişdi. Şənbə günü hücumda daha iki sülh fəalı - Bilgə və Ceykob İnon da öldürülüblər”, - məlumatda deyilir.

Yaxın Şərqə qoşun göndərməyə hazırıq - Bayden

ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. O bildirib ki, ABŞ bununla digərlərini gərginlikdən istifadə etməkdən çəkindirmək niyyətindədir.

ABŞ-dan İrana şok: Əgər bu işdə əlin varsa...

İranın Fələstin-İsrail münaqişəsində əli olduğu məlum olarsa, ABŞ Qətər bankında saxladığı İranın 6 milyard dollarını istənilən vaxt yenidən dondura bilər. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi bildirib. "Mən burada heç bir siyasi qərar elan etmək üçün deyiləm, lakin bu pul dondurula bilər", - Kirbi deyib. Kirbinin sözlərinə görə, sözügedən məbləğin transferi istənilən vaxt dayandırıla bilər. Eyni zamanda o, bu vəsaitin indiyədək bir dinarının belə xərclənmədiyini vurğulayıb.

İsraildə kiçik icmada 100 meyit tapıldı

İsrailin könüllü xilasetmə fəaliyyəti ilə məşğul olan ZAKA ictimai təşkilatının üzvləri ölkənin cənubunda yerləşən Beeri kibbutzda (kollektiv icma – red.) ən azı 100 cəsəd aşkar ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Bildirilib ki, HƏMAS radikallarının hücumu nəticəsində kibbutz tamamilə dağıldığı üçün qurbanların sayı daha da arta bilər. İcmada minə yaxın insan yaşayırdı. Qeyd edək ki, HƏMAS-ın İsrailə gözlənilməz hücumu nəticəsində ölənlərin sayı 800, yaralıların sayı isə 2616 nəfərə yüksəlib.

SON DƏQİQƏ! Münaqişə alovlanır: Bu ölkə HƏR AN hədəfə alına bilər

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) USS Gerald R. Ford təyyarədaşıyan gəmisi də daxil olmaqla donanmanın İsrail ordusuna dəstək vermək üçün Şərqi Aralıq dənizinə yola düşdüyünü açıqlayıb. Sozcu.az xəbər verir ki, CENTCOM-un komandiri general Maykl Kurilla Birləşmiş Ştatların bu mövqeyi daha da gücləndirmək üçün qlobal miqyasda hazır qüvvələr saxladığını bəyan edib və CENTCOM-un İsrailin yanında olduğunu bildirib. ABŞ-ın İsrailə göndərdiyi yardım “güc nümayişi” kimi şərh edilib. "Aljazeera"nın təhlildə ABŞ-ın 38-ci prezidentinin adını daşıyan Gerald Ford təyyarə gəmisinin rəhbərlik etdiyi donanmanın Amerikanın hərbi gücünü nümayiş etdirdiyi və İsrailə açıq dəstək vermək üçün qəsdən göndərildiyi iddia edilib. ABŞ-ın bəyanatından sonra İraqdakı Şiə Koordinasiya Çərçivəsi direktoru və İran tərəfdarı Bədr Təşkilatının rəhbəri Hadi əl-Amiri ABŞ-ı hədələyib. O, Fələstin xalqının yanında olduqlarını ifadə edib: “ABŞ Fələstinə müdaxilə edərsə, ABŞ-ı hədəf almaqdan çəkinməyəcəyik”.

Türkiyə İsrail savaşına müdaxiləyə hazırlaşır - Təcili

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail gərginliyinin həllinə müdaxilə etmək niyyətindədir, Ankara vasitəçilik mövqeyini itirmək istəmir. Sozcu.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Məlumata görə, Türkiyə müharibənin dərinləşməməsi və yayılmasının qarşısını almaq məqsədilə səy göstərməyə çalşır: “Ankara region ölkələrinin köməyi ilə atəşkəsə nail olmaq məqsədilə tərəflər üçün məqbul model üzərində işləyir”. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın İsrailə hücumu ilə İsrail-Fələstin müharibəsi başlayıb.

İsrail HƏMAS-ın 500-dən çox hədəfini vurdu

İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub. Sozcu.az xəbər verir ki, məlumatı İsrailin hərbi mənbələri yayıb. Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub. Həmçinin, HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib. Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək. Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb. İsrail ordusu cavab tədbirləri görür.

BMT TŞ-ın Qəzza ilə bağlı iclası bəyanat qəbul edilmədən başa çatıb

BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul etməyib. Sozcu.az xəbər verir ki, bu barədə iclasın iştirakçıları iclas başa çatdıqdan sonra məlumat veriblər. "Biz ümumi bəyanatı müzakirə etmədik, çünki heç kim hər hansı mətn təklifini irəli sürmədi", - Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frezyer jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub. ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, “Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər”. "Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Gərginliyin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", - Vud əlavə edib.

ABŞ İsraili qorumaq üçün donanma göndərdi

Aralıq dənizinin şərqinə gedən “Ford” aviadaşıyıcısının zərbə qrupuna HƏMAS qruplaşmasının hücumundan sonra İsrailə kömək etməyə hazır olmaq əmri verib. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. Qeyd edilib ki, “USS Gerald Ford” və onun təxminən 5 min dənizçisi və daşıdığı döyüş təyyarələrini kreyserlər və esmineslər müşayiət edəcək. Onların hədəfi HƏMAS-a silahın çatmasının qarşısını almaqdan və müşahidə aparmaqdan ibarətdir. “Ford”la yanaşı, ABŞ “USS Normandy” kreyserini, “USS Thomas Hudner”, “USS Ramage”, “USS Carney” və “USS Ruzvelt” esmineslərini, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A eskadrilyalarını göndərir. “Bundan əlavə, Bayden Administrasiyası dərhal İsrail ordusunu əlavə avadanlıq və resurs, o cümlədən döyüş sursatları ilə təmin edəcək. İlk hərbi yardım bu gün hərəkətə başlayacaq və yaxın günlərdə çatdırılacaq”, - Ostin bildirib. Qeyd edək ki, daşıyıcı qrup onsuz da Aralıq dənizində idi. Keçən həftə İon dənizində İtaliya ilə dəniz təlimlər keçirib.

İsrail ordusu ABŞ ordusu ilə birgə... - Təcili

İsrail ordusu öz hərəkətlərini tam şəkildə ABŞ Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirir. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

İsraildən SON DƏQİQƏ açıqlaması - 2150-dən çox...

Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində yaralanan israillilərin sayı 2156 nəfərə çatıb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 338 nəfər ağır, daha 421 nəfər isə orta dərəcəli xəsarət alıb.

Rusiyanın itkiləri 282 mini ötdü

Ukrayna müharibənin 592-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 282 280 hərbçi, 4821 ədəd tank, 9123 ədəd zirehli döyüş maşını, 6705 ədəd artilleriya sistemi, 808 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 542 hava hücumundan müdafiə sistemi, 316 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 9111 ədəd avtomobil texnikası, 5190 ədəd PUA, 1530 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 959 xüsusi avadanlıq itirib.