İranda sərnişin avtobusu qəzaya uğradı: 10 ölü

İranın Loristan əyalətində sərnişin avtobusu qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə Loristanın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində azı 10 nəfər ölüb. Hadisə yerinə 4 xilasetmə qrupunun göndərildiyi vurğulanıb.

Türkyönlü qüvvələr bu əraziyə 25 min hərbçi yığdı: Hücum...

PKK/YPG terror təşkilatı həm mənəvi cəhətdən, həm də faktiki olaraq böhran içindədir. 25 min əsgərimiz işğal altında olan Tabqa - Rakka - Ayn İsa - Cerablus - Hafsa - Sirrin kimi ərazilərin sərhəd məntəqələrində yerləşdirilib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Azad Suriya Ordusunun (ASO) generalı Ziyad Hacı Ubeyd deyib. “Son 20 gün ərzidə 7-8 min terrorçu qaçıb. Əldə etdiyimiz məlumatlara görə, təkcə Rakkada PKK sıralarından qaçan 75 ərəb əsilli terrorçu dağ bölüyü tərəfindən məhv edilib”, - general bildirib.

Küləkli havayaa dair sarı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti dekabrın 21-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, Qobustan, Şabran, Xızı, Siyəzən, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Həyat yoldaşı Bəşər Əsəddən boşanmaq istəyir – KİV

Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin boşanmaq istədiyi iddia olunur. Sozcu.az xarici KİV-ə istinadla xəbər verir ki, o, artıq boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Əsma Əsəd, həmçinin Moskvanı tərk etmək üçün məhkəmədən xüsusi icazə istəyib. Qeyd olunur ki, o, proses başa çatdıqdan sonra İngiltərənin paytaxtı Londona köçməyi planlaşdırır. İddialara əsasən, Əsma Əsədin müraciəti ilə bağlı araşdırma aparıldığı üçün hələ yekun qərar verilməyib. 1975-ci ildə Londonda anadan olan Əsma Fəvvaz əl-Əsəd Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin həyat yoldaşıdır. Onların 3 övladı var. Əsma Əsəd əvvəllər investisiya bankçılığı sahəsində karyera qurub, lakin Hafiz Əsədin ölümündən sonra 2000-ci ilin dekabrında prezident Bəşər Əsədlə evlənərək Suriyaya köçüb və bankçılıq karyerasını yarımçıq qoyub. Əsma Əsədin Britaniya vətəndaşlığı da var.

“Avrasiya Hospital”ın lifti qırıldı - Xəsarət alan var

Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub. Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb. Ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Tramp Szinpini andiçməyə dəvət etdi

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Çin lideri Si Szinpini 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edib. Sozcu.az xəbər verir ki, bu barədə “CBS Nyus” telekanalı mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Tramp noyabrın əvvəlində, seçkidən az sonra Si Szinpinə dəvət göndərib, lakin onun dəvəti qəbul edib-etmədiyi hələlik bəlli deyil.

26 min manatlıq heyvan oğurlayan şəxs tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb. DİN-dən Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən otlaq sahəsindən iribuynuzlu heyvanlar oğurlayan Oğuz rayon sakini Şəmi Muradov saxlanılıb. Araşdırmalar zamanı adıçəkilən şəxsin kənd sakinlərinə məxsus 11 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 26 min manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yağıntıların miqdarı normadan yuxarı olub

Bu ilin payız aylarında Azərbaycan üzrə yağıntıların miqdarı sentyabrda normadan aşağı, oktyabr və noyabrda normadan yuxarı olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Bildirib ki, son on il ərzində Azərbaycan üzrə ən çox yağıntı 2016-cı ildə qeydə alınıb və iqlim normasından yuxarı olub: "2016-cı ildə ölkə üzrə düşən yağıntının miqdarı ümumilikdə orta hesabla 570.7 mm təşkil edib. Ən çox yağıntılar oktyabr ayında Bakı və Abşeron yarımadasında (iqlim normasının 509 faizi), noyabr ayında isə Mərkəzi Aran rayonlarında (iqlim normasının 179 faizi) qeydə alınıb".

Tovuzda bədbəxt hadisə - 2 yaşlı qız öldü

Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün saat 07 radələrində Düz Cırdaxan kəndində baş verib. Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Partlayışda ölən ata və oğlunun FOTOSU

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 19 saylı binada partlayış baş verib. Sozcu.az-ın məlumatına görə, aldığı xəsarətlərdən sonra xəstəxanada dünyasını dəyişən ata və oğulun - Ramin və Ayxan Əliyevlərin fotosu yayılıb. Qeyd edək ki, 1977-ci il təvəllüdlü Ramin Əliyev dekabrın 7-də, 2007-ci il təvəllüdlü oğlu Ayxan Əliyev isə dekabrın 9-da gecə saatlarında dünyasını dəyişib.metbuat)

Əsədin təyyarəsi 05:29-da bu bazadan raketlə vurulub

Əsədin təyyarəsi Moskvaya uçan zaman vurulub. Sozcu.az xəbər verir ki, bu iddia ilə “Bild” nəşri çıxış edib. “Suriya ordusuna məxsus təyyarə yerli vaxtla saat 04:59-da Dəməşqdən havaya qalxıb. Təyinat bəlkə də Rusiya olub. Yerli vaxtla saat 05:29-da uçuş məlumatlarının qeydə alınması başa çatıb. Təxminən eyni vaxtda Suriya ordusunun döyüşsüz tərk etdiyi hərbi bazadan Əsədin qaçan təyyarəsinə raket atılıb”, - məlumatda deyilir. Nəşrin məlumatına görə, hadisə şahidləri Xümsün qərbindəki Əl-Suveyri kəndi ərazisində partlayış səsləri eşidiblər. Qeyd edək ki, Suriya müxalifəti Dəməşqi ələ keçirib və Əsəd rejiminin bitdiyini elan edib. Bəşər Əsədin harada olduğu haqda məlumat yoxdur. Onun İl-76 təyyarəsi ilə ölkəni tərk edərkən qəza nəticəsində öldüyü bildirilir.

Suriya prezidenti Bəşər Əsəd Dəməşqi tərk edib - Təcili

Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtı Dəməşqi tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə dekabrın 8-də Suriya Ordusundakı mənbələrə istinadən “Reuters“ agentliyi məlumat yayıb. “Əsəd bazar günü Dəməşqdən naməlum istiqamətə uçub”, - məlumatda deyilir.