Azərbaycanda daha bir partiya özünü buraxıb. Sozcu.az xəbər verir ki, Vətəndaş Birliyi Partiyası (VBP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. Partiya 1999-cu ildə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb. Partiyada 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranıb, partiya katibi İqbal Ağazadə və qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünüb. İqbal Ağazadənin rəhbərlik etdiyi qüvvələr 15 mart 2002-ci il tarixində Ümid Partiyasına birləşib. 2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul edib, lakin partiya katibi Sabir Hacıyev bununla razılaşmayıb və partiyanın rəhbərliyinə keçib. Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olub. Sabir Hacıyev 2005, 2010, 2015 və 2020-ci illərdə parlamentin deputatı seçilib. Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 22-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır: 1. Qorqud Partiyası 2. Azərbaycan Kommunist Partiyası 3. Azərbaycan Tərəqqi Partiyası 4. Vahid Azərbaycan Milli Birlik Partiyası 5. Aydınlar Partiyası 6. Müstəqil Xalq Partiyası (MXP) 7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 8. Yeni Yol Partiyası 9. Azərbaycan Respublikaçılar Partiyası 10. Müstəqil Azərbaycan Partiyası 11. Azərbaycan Vahid Kommunist Partiyası 12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 14. Milli Vəhdət Partiyası (MVP) 15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 17. Azərbaycan Təkamül Partiyası 18. Birlik Partiyası 19. Azərbaycan Azad Respublikaçılar Partiyası 20. Milli Konqres Partiyası 21. Vətənpərvərlər Partiyası 22. Vətəndaş Birliyi Partiyası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Marqareta Sederfelti qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Mayın 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda həftə ərzində görülən işlər haqqında məlumat dinlənilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması prosesinin yubanması ilə bağlı sənədin hazırlanması təklif edilib. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı barədə məlumat dinlənilib. Divan mayın 28-də saat 12:00-da Müstəqillik Gününü qeyd etmək üçün Novxanıda bayram tədbirinin keçirilməsi haqqında qərar qəbul edib. Mitinqə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Qaradağ Rayon Məhkəməsində 105 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayevə 4 il həbs cəzası verib. Müsavat Divanı bunu Azərbaycanda repressiyların davamı kimi qiymətləndirib və onun dərhal azadlığa buraxılmasını tələb edib. İclasda Günaz TV-nin qurucusu və rəhbəri Əhməd Obalının və oğlu Dənizin ABŞ-da hücuma məruz qalmasından narahatlıq ifadə edilib, bu cinayətin icraçıları və sifarişçilərinin tezliklə cəzalanmasının zəruriliyi vurğulanıb. Türkiyədə keçirilən seçkilər, Ukraynada gedən müharibə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub. Basta
Mayın 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda həftə ərzində görülən işlər haqqında məlumat dinlənilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması prosesinin yubanması ilə bağlı sənədin hazırlanması təklif edilib. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı barədə məlumat dinlənilib. Divan mayın 28-də saat 12:00-da Müstəqillik Gününü qeyd etmək üçün Novxanıda bayram tədbirinin keçirilməsi haqqında qərar qəbul edib. Mitinqə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Qaradağ Rayon Məhkəməsində 105 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayevə 4 il həbs cəzası verib. Müsavat Divanı bunu Azərbaycanda repressiyların davamı kimi qiymətləndirib və onun dərhal azadlığa buraxılmasını tələb edib. İclasda Günaz TV-nin qurucusu və rəhbəri Əhməd Obalının və oğlu Dənizin ABŞ-da hücuma məruz qalmasından narahatlıq ifadə edilib, bu cinayətin icraçıları və sifarişçilərinin tezliklə cəzalanmasının zəruriliyi vurğulanıb. Türkiyədə keçirilən seçkilər, Ukraynada gedən müharibə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub.
“ATA İttifaqı” birgə qərarlar qəbul edib hərəkətə keçmək üstünlüklərindən əl çəkib. Sozcu.az xəbər verir ki, bu barədə “Zafer” Partiyasının bəynatında deyilib. "“ATA İttifaqı” bundan sonra ortaq qərarlar almaq və hərəkət etməkdən vaz keçib. Bu gündən etibarən tərəflər yalnız öz adlarına qərar verəcəklər. Başqanımız sabah ictimaiyyətə açıqlama verəcək”. Qeyd edək ki, Türkiyədə mayın 14-də keçiirlən prezident seçkilərində "ATA" İttifaqının namizədi Sinan Oğan olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib. Bu barədə Sozcu.az-a Dövlət Xidmətindən məlumat verilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-leytenant Zaur Qasım oğlu Abdullayev tutduğu vəzifədən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub. A.Məmmədov uzun müddət daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət keçib.
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qlobal təhlükəsizliyə ən böyük təhdid Çindir. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak G7 sammitində çıxışında deyib. G7 Çinə münasibətdə məqsəd birliyini nümayiş etdirib. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışını təmsil edir”, - Sunak bildirib.
Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib. O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar. Toplantı Brüssel görüşünün nəticələrini qiymətləndirmək məqsədi ilə keçirilib. Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.
Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində 19 may tarixində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
15:36 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; 1.3. həmin Məcəllənin 45.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində: 3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 52.1.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.2. həmin Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə, 52.1.10-cu və 52.1.11-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan şəxslərin dövriyyə həcmini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240; 2020, № 6, maddə 703; 2021, № 1, maddə 36; 2023, № 2, maddə 237; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin: 4.1. 5.1-ci bəndə “44.6-cı” sözlərindən sonra “maddələrində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində” sözləri əlavə edilsin; 4.2. 5.4-cü bənddə “45.2-ci maddəsinin” sözləri “45.2-ci və 45.3-cü maddələrinin” sözləri ilə əvəz edilsin və həmin bəndə “52.3-cü” sözlərindən sonra “maddələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində” sözləri əlavə edilsin; 4.3. aşağıdakı məzmunda 5.11-1-ci bənd əlavə edilsin: “5.11-1. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”; 4.4. 5.19-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.20-ci bənd əlavə edilsin: “5.20. həmin Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində, “iqtisadi rayonlar” dedikdə, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndlərində göstərilmiş Azərbaycan Respublikasının iqtisadi rayonları nəzərdə tutulur.”. *** Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanununun tətbiqi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143; 2010, № 2, maddə 80; 2014, № 11, maddə 1392; 2017, № 4, maddə 550; 2021, № 12, maddə 1373; 2022, № 8, maddə 862) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.2. həmin Qanunun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;”; 2.2. 3.3-cü bənd ləğv edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanununun tətbiqi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 834; 2016, № 6, maddə 1049; 2017, № 5, maddə 847; 2019, № 7, maddə 1214) aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin: “2.5. həmin Qanunun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.”. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.