AB-də bu tarixdə Azərbaycan-Ermənistan müzakirəsi olacaq

Avropa Birliyinin Xarici Əlaqələr Şurası Ermənistan və Azərbaycan ətrafında vəziyyəti müzakirə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Şura Ukraynadakı vəziyyəti müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələrə dair fikir mübadiləsi aparacaq. Daha sonra nazirlər İsrail və Qəzza zolağındakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar. Qeyd edək ki, Xarici Əlaqələr Şurasının iclası oktyabrın 23-də Lüksemburqda Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Jozep Borrellin sədrliyi ilə keçiriləcək.

ABŞ səfirliyi Azərbaycanı TƏBRİK ETDİ

ABŞ səfirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Sozcu.az xəbər verir ki, bununla bağlı səfirliyin "Facebook" hesabında paylaşım edilib. "ABŞ səfirliyi Azərbaycan xalqını müstəqilliyin bərpasının 32-ci ildönümü münasibətilə təbrik edir!", paylaşımda qeyd olunub.

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür!! 32 il əvvəl Azərbaycan xalqı apardığı böyük mübarizə, öz qanı, canı bahasına 71 illik fasilədən sonra dövlətimizin müstəqilliyini bərpasına nail oldu.  Sovet imperiyasının süqutu Baltikyanı ölkələr,  Ukrayna, Gürcüstan və digər xalqlarla yanaşı Azərbaycan xalqının istiqlal uğrunda apardığı fədakar mübarizənin nəticəsində, Tbilisidə, Vilnüsdə, Bakıda tökülən qanlar, 20 yanvar şəhidlərinin qanı bahasına baş verdi.  Azərbaycan Ordusunun yaranması, əraziləriməzə, sərvətlərimizə, taleyimizə sahib çıxmaq imkanlarımız, bu gün, böyük fasilədən sonra üçrəngli bayrağımızın Qarabağın şəhər və kəndələrində daığalanması bu böyük tarixi hadisənin, dövlət müstəqilliyimizin bərpası hesanına mümkün olub.  Bu gün tariximizin ən şərəfli günlərindən biri, böyük bayram günüdür.  Bayramınız Mübarək!

Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik!

Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı! Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı bildirib. "Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir", - dövlət başçısı vurğulayıb.

"Ermənistan prosesi ləngitmək qərarına gəlsə, Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır"

"Ermənistan prosesi ləngitmək qərarına gəlsə, Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır". Bunu zərbaycan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-nin rusdilli xəbər xidmətinə müsahibəsində deyib. “Biz tanıyırıq ki, bu, Ermənistanın suveren ərazisidir. Lakin qarşı tərəfin dəhliz boyu hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilmək bizim üçün vacibdir. Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya əksinə qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün etibarlı təminatlara ehtiyacımız var. Bakı danışıqlara hazırdır", - E.Əmirbəyov bildirib. Onun sözlərinə görə, növbəti addım Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar ola bilər. “Əsas məsələ bu məsələni sülh yolu ilə həll etmək üçün hər iki tərəfin kifayət qədər siyasi iradəsinin olub-olmamasıdır. Hesab edirəm ki, aramızdakı sərhəd nə qədər tez razılaşdırılsa, bir o qədər yaxşıdır. Hər hansı hərbi əməliyyatın bərpa olunma ehtimalı bir o qədər az olar”, - Prezidentin nümayəndəsi qeyd edib.

İlham Əliyev Xankəndidən xalqa müraciət edəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaldıb və çıxış edib. Dövlət başçısının xalqa müraciəti birazdan yerli telekanallar vasitəsi ilə yayımlanacaq.

İlham Əliyev Ərsin Tatarla görüşdü

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarla görüşüb. Sozcu.az xəbər verir ki, görüşdə türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib. Bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd edib. Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun olması tam məntiqlidir. Ərsin Tatar öz növbəsində Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Sonda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

Stoltenberq: İsraildəki müharibə NATO-nun Ukraynaya kömək qabiliyyətini zəiflətməyəcək

Şimali Atlantika Alyansı İsrailin Həmas yaraqlıları ilə müharibəsinə baxmayaraq, Ukraynaya köməyə davam edəcək. Sozcu.az-ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq DW-yə müsahibəsində deyib. Baş katib xatırladıb ki, prezident Vladimir Zelenski Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatı) sonuncu iclasında iştirak edib. “NATO ölkələri qəti şəkildə bildirdilər ki, biz İsrailə qarşı törədilən terror aktının vəhşiliyindən narahatıq. Lakin bu, bizim qabiliyyətimizə, hazırlığımıza və Ukraynanı dəstəkləməyə davam etmək əzmimizə xələl gətirməyəcək”. Stoltenberq qeyd edib ki, Alyans bunu təkcə sözdə deyil, həm də əməldə təsdiqləyir.apa

Azərbaycanda hələ də gizlənən müəyyən qruplar var

Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib. "Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq. Bax, prinsip etibarilə, məsələnin tarixçəsi bundan ibarətdir”, - Prezident deyib.

ABŞ-ın Cənubi Qafqazda yeganə məqsədi budur

ABŞ-ın Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib. O qeyd edib ki, Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının təmin edilməsi vacibdir.

Paşinyan: “Bir neçə saata qoşunların yeri dəyişə bilər” – Ermənistan sərhədə ordu yığır?

“Hazırda nə Azərbaycan, nə də bizim tərəfimizdən sərhədə qoşun yığılmır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində bildirib. “Ötən gün ərzində sərhəddə sadəcə bir güllə açılıb. Bu eskalasiya vəziyyətinin demək olar ki, 0 olduğu mənasına gəlir. Sərhəddə heç bir gərginlik yoxdur. Lakin müasir dünyada hər an hər şey ola, bir neçə saata qoşunların yeri dəyişə bilər. Lakin Azərbaycanla məsələləri həll etsək, müharibənin mənası qalmayacaq”,- Paşinyan deyib.

“Bu halda tezliklə Xankəndində Azərbaycan bayrağının qaldırılmasının şahidi olacağıq...”

“Ermənilər əllərinin Qarabağdan tamamilə üzüldüyünü dərk etdiklərindən indi də “8 anklav kənd uğrunda” öz aləmlərində mübarizəyə başlayıblar...” Yaxın Şərqdəki hadisələr, daha doğrusu, Baş nazir Netanyahunun vurğuladığı kimi, İsrail-“HAMAS” savaşı bütün dünyanın diqqət mərkəzindədir, hətta erməni mediası da Qarabağdan çox, bu savaş barədə informasiyalar yayır. Amma fürsət tapan kimi yenə düşmən mövqelərindən əl çəkmir, bizi beynəlxalq ictimaiyyətin qınaq hədəfinə çevirməyə cəhdlər edirlər. Əllərinin Qarabağdan tamamilə üzüldüyünü dərk etdiklərindən indi də “8 anklav kənd uğrunda” öz aləmlərində mübarizəyə başlayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin Şarl Mişellə son telefon danışığında işğalda qalan səkkiz kəndin azad edilməsini  Avropa İttifaqının rəsmisinə xatırlatmasını sanki yenilik kimi qəbul edib təəccüblərini ifadə edirlər.  O dərəcədə ki, Azərbaycan dövlət başçısının Gürcüstan səfəri haqqında informasiya yayan erməni mediası, son cümlədə oxuculara səkkiz kəndin azad edilməsi barədə Şarl Mişelə deyilənləri xatırlatmağı unutmur. Bir-birilə əlaqəsi olmayan xəbərlərdəki xatırlatma sübut edir ki, ermənilər indi də 123, 9 kv.km ərazisi olan bu kəndlər uğrunda siyasət aparmağa, daha doğrusu, hay-küy salmağa başlayıblar...  Rusiya “sülhməramlı” qüvvələri müşahidə məntəqələrini sürətlə ləğv edir və hiss olunur ki, tezliklə gəldikləri məkana- Ermənistana dönəcəklər. RF müdafiə nazirliyinin nümayəndələri iki gün əvvəl İrəvana gəlib və erməni internet kanallarının verdiyi məlumata görə, geri dönmə prosesi Ermənistan hakimiyyəti ilə müzakirə edilir. Hadisələrin sürətli inkişafı nəticəsində yaranmış vəziyyət Rusiya hərbi kontingentinin Azərbaycandan getməsini sürətləndirir. Paşinyan hakimiyyətinin devrilməsi üçün Qarabağdan köç edənlərin İrəvanda qarışıqlıq yaradıb, iğtişaş törədəciyinə son ümid kimi baxan Kreml, hesablamalarında yanıldığını dəqiqləşdirəndən sonra “sülhməramlı”ların bölgəni tərk etməsinin zəruri həddə çatdığını qəbul edib. Bu həm də o deməkdir ki, 2020-ci ilin dekabrında olduğu kimi, Ermənistana qaçanların kütləvi şəkildə geri qayıtması real deyil. Ümumiyyətlə, üç günə köç edən Qarabağ erməniləri geri qayıtmağa cəhd edəcəklərmi? Azərbaycan dövlətinin Qarabağın erməni əhalisinə verdiyi təhlükəsizlik və hüquq təminatı buna imkan versə də, hesab edirəm ki, azsaylı bir hissənin geri dönməsini proqnozlaşdırmaq olar. Geri dönən ermənilərin az bir hissəsi əmlakları üzərində qərar vermək məqsədilə bir müddət yaşamağı, bir hissəsi də satıb ölkəni tərk etməyi seçəcəklər...  Növbəti mərhələ Ermənistan Respublikası ilə sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar prosesi olacaq. Oktyabrın sonuna gözlənilən Brüssel görüşündən əvvəl Bişkekdə oktyabrın 13-də MDB toplantısına Paşinyanın video - konfrans şəklində qatılacağı barədə yayılan xəbərlər onu göstərir ki, Paşinyan müqavilənin Qərbin vasitəçiliyi ilə baş tutmasına çalışır və bununla da, Rusiyanın perspektivdə Ermənistanı tərk etməsinin təməlini qoymuş olduğunu bildirmək niyyətindədir. Bu gündən baxanda gələcək Rusiya -Ermənistan münasibətlərinin gərginliklə davam edəcəyi çox ehtimal olunur və təbii ki, Qərbin burada aparıcı rol oynayacağı şübhəsizdir...  İki ölkə arasında sülh müqaviləsinin imzalanmasından öncə sərhəddə delimitasiya və demarkasiya işlərinin başlanmasına start veriləcək, yoxsa bu işlər müqavilədən sonrakı mərhələyə keçəcək? Nəzərə alsaq ki, səkkiz kəndin azad edilməsi də delimitasiya işlərinin tərkib hissəsidir, o zaman Paşinyan hakimiyyətinin ölkə daxilində baş verən siyasi prosesləri nəzərə alıb qərar verəcəyi ehtimal olunur...  Zəngəzur dəhliz-yolun açılması isə hiss olunur ki, ən son verilən qərarlardan olacaq. İran ərazisindən keçməklə Naxçıvanla magistral və dəmir yolu vasitəsilə əlaqənin yaradılması barədə Azərbaycanla İran arasında bu günlərdə imzalanan niyyət protokolu da göstərir ki, Zəngəzur məsələsi tezliklə gündəmə gəlməyə bilər. Amma, nəzərə alsaq ki, Rusiya üçün bu yol həm hərəkət, həm də yola nəzarətlə bölgədə təsirini saxlamaq baxımından əhəmiyyətlidir.., proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir...  Əsas odur ki, Rusiya “sülhməramlı”ları, deyilən kimi, noyabrın 1-dək Qarabağı tamamilə tərk etdiyi halda Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir günün, Xankəndində Azərbaycan bayrağının qaldırılmasının, Azərbaycanın Böyük Qələbə günü kimi təntənəli şəkildə qeyd edilməsinin şahidi olacağıq... moderator) İlham İsmayıl