Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş olacaq

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş bu gün, iyulun 10-da ABŞ-ın paytaxtında keçiriləcək.

“Əvvəlki mesajın davamı olaraq: Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Badalyan ötən gün açıqlamasında Bayramovla Mirzoyan arasında görüş nəzərdə tutulmadığını vurğulamışdı.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO Zirvəsində iştirak üçün Vaşinqtonda səfərdədir.

Share on Facebook