ABŞ-dan Azərbaycanın qonşusu ilə bağlı xəbərdarlıq

ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməlidir. Sozcu.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti xəbərdarlıq edib. “Biz vətəndaşlarımıza, xüsusən də ikili vətəndaşlığı olan şəxslərə İrana səfər etməməyi tövsiyə edirik”,- xəbərdarlıqda bildirilib.

Liderlərin görüşündə fasilə elan edildi

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib. Sozcu.az xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.

Moskvada Azərbaycan diasporunun rəhbəri deportasiya edilir

Azərbaycan diasporunun Moskvada rəhbəri Elşən İbrahimov ölkədən deportasiya edilir. "Report"un “Baza” telegram-kanalına istinadən verdiyi xəbərə əsasən, bir neçə gün bundan əvvəl o Rusiya vətəndaşlığından məhrum edilib. Məlumata əsasən, hazırda E.İbrahimov Moskvanın Şeremetyevo aeroportundadır və “Aeroflot”un gecə reysi ilə Bakıya göndəriləcək.

Azərbaycanla danışıqlar aparırıq, hazırıq - Mirzoyan

Biz yalnız sərhədlərimizdə deyil, digər regionlarda da sülhün qurulmasına can atırıq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. "Biz Azərbaycanla danışıqlar aparırıq. Bu sazişi imzalamağa və sonra ratifikasiya etməyə hazırıq. Eyni zamanda, qərb qonşumuz olan Türkiyə ilə münasibətlərimizi nizamlamağa çalışırıq", - Mirzoyan qeyd edib.

Ermənistan ölkə ərazisindən hərbi məqsədlər üçün istifadə imkanını rədd etdi

Rəsmi İrəvan üçüncü dövlətlərin Ermənistan ərazisindən digər ölkələrə qarşı hərbi əməliyyat üçün istifadə olunması ehtimalını rədd edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin sosial şəbəkələrdə dərc etdiyi bəyanatında deyilir. “Mətbuatda yer alan bəzi uydurma məlumatlara cavab olaraq Ermənistan öz prinsipial mövqeyini bir daha təsdiqləyir: ölkə ərazisi üçüncü dövlətlər tərəfindən heç bir qonşu ölkəyə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilməz”, - bəyanatda vurğulanır.

Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə bildirib. "Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var", - o bildirib. Onun sözlərinə görə, yeni konstitusiya ölkənin bu gün mövcud olduğu reallığı əks etdirən konkret məqsədə malik olmalıdır.

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır

Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib. İndi Azərbaycanın Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa etdiyini deyən dövlətimizin başçısı diqqətə çatdırıb: “Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”.

ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olundu

ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub. Sozcu.az səfirliyə istinadən xəbər verir ki, bu vəzifəyə Emi Karlon təyin edilib.

AZAL təyyarəsi ilə bağlı Rusiyadan gözlənti… - XİN

Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdləri, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılması qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan XİN-ə çağırılan Rusiya səfirinin diqqətinə çatdırılıb. Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Prezident iki fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 373 nömrəli Fərmanı) 3-cü hissəsinin ikinci abzasında “139–144” rəqəmləri “139–141, 142 (cinayət işi Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları tərəfindən başlandıqda), 143-144” sözləri ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); 2024, № 5 (I kitab), maddə 526, № 7, maddə 805; 2025, № 2, maddə 124) 3.23-1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “3.23-1. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarıdır;”. 2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (I kitab), maddələr 516, 518, № 9, maddə 999, № 12 (II kitab), maddə 1378; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 374 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.16-2-ci və 9.35-2-ci bəndləri aşağıdakı redaksiyada verilsin: “8.16-2. ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin həyata keçirilməsini təmin edir;”; “9.35-2. ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin həyata keçirilməsini təmin etmək;”. 3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1223 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.7.5-ci yarımbəndi ləğv edilsin. 4. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 979 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2-ci bənddə “hakim vəzifəsinə namizədlərin və hakimlərin” sözləri “hakimlərin təliminə və” sözləri ilə əvəz edilsin; 4.2. III hissə üzrə: 4.2.1.13.1-2-ci yarımbənddə “hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin, habelə” sözləri “ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin və” sözləri ilə əvəz edilsin; 4.2.2.14.1-1-ci yarımbənddən “, hakim vəzifəsinə namizədlərin” sözləri çıxarılsın; 4.3. V-I hissə üzrə: 4.3.1. adında “Hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi” sözləri “İlk dəfə hakim təyin olunmuş şəxslərin təlimi” sözləri ilə əvəz edilsin; 4.3.2.19-1-ci bənd üzrə: 4.3.2.1. birinci cümlədə “hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi” sözləri “ilk dəfə hakim təyin olunmuş şəxslərin təlimi” sözləri ilə əvəz edilsin; 4.3.2.2. ikinci cümlədə “Tədris” sözü “Təlim və tədris” sözləri ilə əvəz edilsin; 4.3.3. 19-2-ci bənd aşağıdakı redaksiyada verilsin: “19-2. İlk dəfə hakim təyin olunmuş şəxslər təyin edildikdən dərhal sonra peşə hazırlığı məqsədilə Akademiyada Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş qaydada təlimə cəlb edilirlər.”; 4.3.4. 19-3-cü bənd ləğv edilsin; 4.3.5. 19-4-cü bənddə “Hakim vəzifəsinə namizədlər üçün təhsil” sözləri “İlk dəfə hakim təyin olunmuş şəxslər üçün təlim” sözləri ilə əvəz edilsin; 4.4. 20-ci bənddə “ilkin uzunmüddətli tədris” sözləri “tədris, təlim” sözləri ilə əvəz edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226 (Cild I) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.6-cı bəndi ləğv edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.6-cı bəndinin birinci abzasından “və hakimliyə namizədlərin” sözləri çıxarılsın.

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notası qarşı tərəfə təqdim olunub. Sozcu.az xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı, Yekaterinburqda baş verən hadisələr, eləcə də Rusiyanın “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı olan “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı məsələlərin müzakirə olunduğu barədə Rusiya XİN-in məlumatını şərh edərkən bildirib. Qeyd edilib ki, notada bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib. "Hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğu bildirilib. Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinin, həmvətənlərimizin qətlinin və ağır yaralanmasının Azərbaycan Respublikası ictimaiyyətində son dərəcə mənfi reaksiyaya səbəb olduğu qeyd edilib. Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub. “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi təqdim edilən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı səfir öz növbəsində ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur. Məlum olduğu kimi, cari ilin 12 fevral tarixində “Rossiya seqodnya” beynəlxalq informasiya ağentliyi” Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya Federasiyası vətəndaşları və filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib. Daxili İşlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, hal-hazırda sözügedən qanunsuz fəaliyyət ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir. Bununla əlaqədar, Rusiya tərəfinin narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb. Rusiya hüquq-mühafizə orqanlarından fərqli olaraq, Azərbaycan tərəfinin tədbirlərinin və onların həyata keçirilmə tərzinin tam qanuni olduğu bildirilib", - Ayxan Hacızadə qeyd edib. Ümumilikdə, Rusiya tərəfindən həyata keçirilən qeyd edilən fəaliyyət və hərəkətlərin iki ölkə arasında ikitərəfli münasibətlərə zidd olduğu xatırlanıb.

Slovakiya kəlbəcərlini Azərbaycana səfir göndərdi

Slovakiya Azərbaycana yeni səfir təyin edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Elçin Qasımov təyin olunub. Slovakiya Prezidenti Peter Pelleqrini Bratislavadakı Prezident sarayında Avropa, Afrika və Asiya üzrə 8 diplomatik missiyanın rəhbərinə etimadnamələrini təqdim edib. Qeyd edək ki, E.Qasımovun əslən Azərbaycanın Kəlbəcər rayonundan olduğu bildirilir.