Redaktor seçimi

"Lotu Quli"ni öldürən şəxslərə ömürlük həbs VERİLDİ

4 il əvvəl Antalyanın Serik bölgəsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı Nadir Səlifovun qətlində təqsirləndirilən Xaqan Zeynalov (Xan Əhmədlinski) və digər 7 nəgərin məhkəmə prosesi başa çatıb. Sozcu.az NTV kanalına istinadən xəbər verir ki, onların ikisi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. İki nəfər 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, 4 müttəhimin barəsində isə bəraət hökmü çıxarılıb. Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun Xaqan Zeynalov tərəfindən güllələndiyi bildirilir. İş üzrə Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfov adlı şəxslər məsuliyyətə cəlb edilib.

Adı “30 min”lik rüşvətdə hallanırdı, direktor təyin edildi

Ötən ilin dekabr ayında Hacıbaba Əliyev adına Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin hazırda həbsdə olan keçmiş müdiri Rüfət Haciyevə 30 min manat rüşvət verməkdə adı hallanan Sevil Allahverdiyeva Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib. “7Times.az”-ın əldə etdiyi məlumata görə, əvvəllər, indi direktor təyin edildiyi Alekseyevka kənd tam orta məktəbində ibtidai sinif müəllimi olan Sevil Allahverdiyevanın Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş müdiri, hazırda həbsdə olan Rüfət Haciyevə bu təyinat üçün 30 min manat vəsait verdiyi iddia edilirdi.Bu iddiaların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiq deyə bilməsək də o zaman onun sözügedən məktəbə direktor təyin edilməsi baş tutmamışdı. Məktəbin pedaqoji kollektivi Sevil Allahverdiyevanın təhsil ocağına rəhbər təyin edilməsinə etiraz edərək bu təyinatın həyata keçiriləcəyi halda dərslərə girməkdən imtina edəcəyini bildirmiş, məsələ barəsində aidiyyatı strukturlara öz etirazlarını çatdırmışdılar. Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və onlara bu təyinatın baş tutmayacağı haqda söz vermişdilər. Ötən ay bu qalmaqallarda adı hallanan Sevil Allahverdiyeva müvafiq əmrlə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib. “7Times.az”ın əldə etdiyi məlumata görə, onun bu təyinatı Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbər şəxslərindən birinin sayəsində baş tutub.

"Dövlət vətəndaşa mənzil almağa şərait yaratmalıdır"

“Sovet Azərbaycanının Konstitusiyasındakı mənzil hüququ ilə hazırkı mənzil hüququ arasında fərq var. O zaman vətəndaşların mənzillə təminatı dövlətin öhdəliyi idi. Yerli hakimiyyət orqanlarının xətti ilə və ya müəssisələr tərəfindən müəyyən olunmuş qaydalara uyğun növbə sistemi var idi. Pis-yaxşı o sistem işləyirdi. İndi dövlətin belə bir öhdəliyi yoxdur”. Bu fikirləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında bildirib. Onun sözlərinə görə, dövlətin öhdəliyi vətəndaşa minimal tələblərə cavab verən mənzil almaq üçün şərait yaratmaqdır: “Bunun üçün digər hüquqlar da təmin olunmalıdır. Layiqli məşğulluq, ədalətli əməkhaqqı sistemi, işsizlikdən müdafiə sistemi, özəl mənzil tikitisinə şəritin yaradılması və s. Bunlar təmin olunan zaman alim də, fəhlə də, məmur da öz mənzil hüququnu reallaşdıra bilər. Əlbəttə, dövlət, imtiyazı olan və təminatsız qruplar üçün də əlavə tədbirlər görməlidir”.

Şahramanyan 20 sentyabrdan danışdı: “Bakıya zəng edib dedik ki…”

“Qüvvələr bərabər olmadığına görə müqavimət göstərmək imkanımız olmadı. Ona görə də azərbaycanlılarla tez əlaqə yaratdıq ki, dinc əhali döyüş əməliyyatlarından xilas olsun”. Sozcu.az xəbər verir ki, bunu Qarabağda ləğv edilmiş keçmiş separatçı rejimin “başçısı” Samvel Şahramanyan deyib. O bildirib ki, 10-12 saatlıq danışıqlardan sonra qondarma rejimin ləğvi barədə sənəd imzalayıb. Qeyd edək ki, S.Şahramanyan 28 sentyabr 2023-cü il tarixində separatçı rejimin ləğvini elan edib.

İrəvanda polis bölməsinə bu təşkilat hücum edib

Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə kimin hücum etdiyi məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin rəsmisi Narek Sərkisyan məlumat verib. “Biz ilkin məlumatları yayımladıq: üç nəfər hücum edib, onların ad və soyadlarını elan etdik. Onlar Milli Demokratik Qütb təşkilatının üzvləridir”, - Sərkisyan bildirib. Qeyd edək ki, dünən 3 nəfər İrəvanın Nor Nork rayonunda yerləşən polis bölməsinə hücum etmişdi. Hücum zamanı əl qumbarasının partlaması nəticəsində iki nəfər yaralanmışdı.

"Azərbaycana mesaj vermək məsələsi olsaydı, Rusiya elə həmin terror aktını Azərbaycanın özündə törədərdi"

“Bu gün Rusiya rəhbərlərinin reaksiyasından bilinəcəkdir ki, Moskva, obrazlı desək, kimi “terrorçu” təyin edəcək.  Və bu teraktı kimin törətməsindən asılı olmayaraq Rusiyanın siyası maraqları kimi ittiham etməyi tələb edirsə, Kreml onu da “terrorçu” elan edəcəkdir...” “Hələlik Moskvadakı son terakt barəsində heç bir versiyam yoxdur. Versiya o zaman olacaq ki, Rusiya hökuməti hansısa bir rəsmi mövqe ifadə etsin. Təbii ki, Rusiya hökuməti də öz marağına və atacağı addımlara uyğun da ittihamlar səsləndirəcək. Yəni bu terror aktının kim tərəfindən həyata keçirildiyi,kimin maraq və məqsədlərinə xidmət etməsi mövzusu ətrafında müəyyən bir siyasi spekulyasiya aparılacaq. Və kimisə ittiham etmək, kiməsə qarşı addımlar atmaq üçün bundan istifadə olunacaq. Mənim buna zərrə qədər şübhəm yoxdur”.  Bu fikirləri Moderator.az-açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilmiş son terror aktı haqda danışarkən ifadə edib. “Versiyalar müxtəlif ola bilər. Mən heç bir versiya səsləndirmək istəmirəm. Çünki hələlik ortalıqda bu və ya digər versiyanın xeyrinə deyiləcək bir fakt yoxdur. Hələki “İŞİD”-ın adı hallandırılır. Bu haqda guya ABŞ kəşfiyyatı da öncədən Rusiyaya xəbərdarlıq edib. Lakin bu da inandırıcı deyil. Çünki “İŞİD” bu gün üçün faktiki olaraq mövcud olmayan, şəbəkəsi olmayan bir təşkilatdır. Hazırda “İŞİD” nümayəndələri hər bir yerdə törədilən müxtəlif terror olaylarını öz üzərlərinə götürməklə öz sıralarını bərpa etməyə, yeni üzvlər cəlb etməyə çalışırlar. Bəzi Rusiya müxalifətçiləri də deyir ki, guya bu, Rusiya hakimiyyəti daxilində ordu və “FSB” qruplaşmaları  arasında mübarizənin nəticəsidir. Bir sözlə, bir daha təkrar edirəm mən hələlik heç bir versiya üzərində dayanmaq istəmirəm. Çünki bunun üçün əsas yoxdur” -deyə davamında analitik diqqətə çatdırıb. “Sizcə, teraktın məhz azərbaycanlı(!) milyarder Araz Ağalarova məxsus obyektdə törədilməsi təsadüfdür, bəlkə bununla təşkilatçılar Azərbaycana nəsə mesaj verir?” sualını isə ekspert belə cavablandırıb: “Terror aktının məhz Araz Ağalarova məxsus obyektdə törədilməsi məsələsinə gəldikdə, sözün düzü, mən deməzdim ki, bu hansısa mesaj xarakteri daşıyır. Yəqin ki, sadəcə orada konsertin olmasına görə insanların toplaşması səbəbindən bu qanlı olay məhz  “KrokusSiti”də törədilib. Özü də həmin mərkəz Rusiyada bir elit məkan sayılır... Bəli, bəziləri deyir ki, guya bu, Azərbaycana nəsə mesaj olub. Amma Azərbaycana mesaj vermək məsələsi olsaydı, Rusiya elə həmin terror aktını Azərbaycanın özündə törədərdi. Son onilliklərdə belə hallar dəfələrlə olubdur. Və Kremlin terror törətmək üçün yetərincə resursları var...  Hər bir halda düşünürəm ki, bu gün Rusiya rəhbərlərinin reaksiyasından bilinəcəkdir ki, Moskva, obrazlı desək, kimi “terrorçu” təyin edəcək.  Və bu teraktı kimin törətməsindən asılı olmayaraq Rusiyanın siyası maraqları kimi ittiham etməyi tələb edirsə, Kreml onu da “terrorçu” elan edəcəkdir”.

“Krokus” terrorunda erməni izi – Daha bir sensasion fakt

VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) terror təşkilatıdır. Ermənistanda yaradılıb. Təlimçilər bilirsiniz hansı silah üzrə hazırlayıblar terrorçu erməniləri? Moskvada “Krokus Siti Holl”da insanlara atəş açanların istifadə etdiyi 7,62 mm-lik “Vepr” və 10,25 mm kalibrli “Sayqa” karabinləri ilə. Sozcu.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib. O xatırladıb ki, indi bu silahlardan heç bir terror təşkilatı istifadə etmir - ermənilərin VOMA-sından başqa. Alim VOMA-nın məhz bu silahlardan istifadəsini təsdiq edən materialı da paylaşımına əlavə edib. Qeyd edək ki, “Krokus Siti Holl”da ötən gün baş verən terror hadisəsi nəticəsində ən azı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi məlumata görə isə ölənlərin sayı 130-dan çoxdur. Teraktın ardınca baş verən partlayış isə irimiqyaslı yanğına səbəb olub. “Krokus”un 12900 kv.m-lik ərazisini əhatə edən yanğın zamanı tavan da çöküb. Rusiya FHN yanğının artıq lokallaşdırıldığını bildirib. Xatırladaq ki, Zaur Əliyev bundan öncə də terror aktını erməni terror təşkilatlarının törədə biləcəyini bildirmişdi.axar)

TƏCİLİ: Tavuş BOŞALDILIR, ermənilər kəndlərdən çıxırlar, Ohanyan “SİLAHA SARILIN” dedi

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək. Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Alen Simonyan və Sahibə Qafarova bu gün Cenevrədə görüşəcək. Sozcu.az xəbər verir ki, keçmiş müdafiə naziri, Xocalı cəlladı Seyran Ohanyan da 4 kəndinin qaytarılmasına etiraz edənlər arasındadır. Təxribatçı şüarlarında bir qədər də irəli gedən Ohanyan ordunu Paşinyanın əmrlərinə tabe olmamağa çağırıb: “Ordu (kəndlərdən) çıxma əmrinə tabe olmaya bilər. Cinayət prosesində iştirakdan imtina hər bir insanın hüququdur. Sərhədi qorumaqdan imtina etməməliyik, sadəcə qanunsuz sifarişləri yerinə yetirməmək lazımdır”. “Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər”. Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. “Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmiş üç ailədən 2-si buranı tərk edib. Voskevan (Xoşkotan -red.) kəndində məskunlaşan 12 ailədən 4-ü həmin ərazini tərk edib Ararat vadisində, Ermənistanın başqa yerlərində məskunlaşmağa hazırlaşır. Ermənistana mal gətirən iri yük maşınlarının əksəriyyəti indi Baqrataşendən (Lənbəli -red.) İrəvana, Ermənistan sərhədinə Bağanis-Voskepar (Bağanis Ayrım-Əskipara red.) yolu ilə deyil, Alaverdi yolu ilə gəlir. Noyemberyandan keçən yük maşınları var, onların əksəriyyəti sərhəd zolağından keçən yola deyil, Bağanis-Voskepar dolama yoluna üstünlük verir”, - deyə O.Sarkisyan bildirib./Musavat

Paşinyan 4 kəndi ən qısa zamanda təhvil vermək İSTƏYİR

Baş nazir Nikol Paşinyan çox güman ki, Tavuş vilayətindəki 4 kəndin Azərbaycana ən qısa zamanda verilməsi prosesini həyata keçirəcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti hakim “Mülki müqavilə” partiyasının deputatlarına istinadən yazıb. “Onlar bunu Paşinyanın “dar çərçivədə” söylədiyi fikirlərdən başa düşüblər. İki ay əvvəl Təhlükəsizlik Şurasının iclaslarının birində Paşinyan yaxın vaxtlarda 4 kəndi Azərbaycana verəcəklərinə işarə edib”, - qəzet qeyd edib. Məlumatda bildirilib ki, Paşinyanın Tavuş rayonunun sakinlərilə son görüşdə “kəndləri verməsək, müharibə olacaq” təhdidi də ərazilərin qısa zamanda təhvil veriləcəyinə hesablanıb. “Hraparak” yazır ki, dünən səhər Tavuş rayonuna iki polis avtobusu göndərilib. Bunun önləyici tədbir olduğu qeyd edilib. Çünki bir gün əvvəl kəndlərin verilməsinə etiraz edən Tavuş rayonunun bir qrup sakini aksiya keçirəcəklərini və yolu bağlayacaqlarını bildirmişdilər. Nəşrin məlumatına görə, Paşinyan qorxu mühiti yaratmaq və itaətsizlərin cəzalandırılacağını açıq şəkildə bildirmək üçün daxili işlər naziri Vahe Qazaryanı da özü ilə birlikdə Tavuş sakinləri ilə görüşə aparmışdı. Xatırladaq ki, rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) dərhal mübahisəsiz azad edilməsini istəyir. Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə Tavuş rayonunda yerli sakinlərlə görüşdə sözügedən kəndlərin Azərbaycana təhvil veriləcəyinə işarə edib. O bildirib ki, Azərbaycanın tələb etdiyi 4 kənd Alma-Ata Bəyannaməsinə görə, de-yure Ermənistan ərazisində yerləşmir. Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı. Həmin kəndlərdən 3-ü eksklav kəndlərdir (Yuxarı Əskipara, Sofulu, Barxudarlı).

Ermənilər Qazaxın kəndində müharibəyə hazırlaşır - Silahlanma başladı

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın Əskipara kəndində məskunlaşan ermənilərlə görüşündə Azərbaycana məxsus olan kəndlərin qaytarılacağını deyib və bu ssenariyə hazırlaşmaq tapşırığı verib. Kənddə məskunlaşan ermənilər isə bununla razılaşmır, onlar hətta döyüşəcəklərini bildirirlər. Ermənistan mediası ermənilərin Paşinyanla görüşdən sonra silahlanmağa başladığını yazır. Kənddə yaşayan ermənilər silaha sarılacaqlarını bildirirlər. “Buradan çıxmayacağıq, ya öləcəyik, ya yaşayacağıq. Kənddə hər kəs belə düşünür. Sona qədər döyüşəcəyik”, - ermənilər bildirib. “Pastinfo” yazır ki, erməni əhalisi Paşinyanla görüşdən narazı qalıb. “Orada məskunlaşan ermənilərin əksəriyyəti görüşə gəlməyiblər, çünki nə deyiləcəyini bilirdilər. Kənddə əhval-ruhiyyə yoxdur, getmək istəmirlər, silahlanaraq, döyüşəcəklərini, çıxmayacaqlarını deyirlər”, - sayt yazır.//Publika.az

Azərbaycanlı şagird MIT-yə qəbul oldu

Azərbaycanlı şagird ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Sozcu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesablarında məlumat dərc edib. “Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbi olan ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Fidan məktəbli olduğu dövrdə bir sıra yerli və beynəlxalq olimpiadalarda qazandığı uğurları ilə seçilib. Fidanı təbrik edir və təhsilində uğurlar arzulayıram”, - Nazir bildirib.

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək. Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə baş tutacaq. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından çap edib götürə bilirlər. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb. İmtahanda 46 min 741 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.