“Qüvvələr bərabər olmadığına görə müqavimət göstərmək imkanımız olmadı. Ona görə də azərbaycanlılarla tez əlaqə yaratdıq ki, dinc əhali döyüş əməliyyatlarından xilas olsun”.
Sozcu.az xəbər verir ki, bunu Qarabağda ləğv edilmiş keçmiş separatçı rejimin “başçısı” Samvel Şahramanyan deyib.
O bildirib ki, 10-12 saatlıq danışıqlardan sonra qondarma rejimin ləğvi barədə sənəd imzalayıb.
Qeyd edək ki, S.Şahramanyan 28 sentyabr 2023-cü il tarixində separatçı rejimin ləğvini elan edib.