“Sovet Azərbaycanının Konstitusiyasındakı mənzil hüququ ilə hazırkı mənzil hüququ arasında fərq var. O zaman vətəndaşların mənzillə təminatı dövlətin öhdəliyi idi. Yerli hakimiyyət orqanlarının xətti ilə və ya müəssisələr tərəfindən müəyyən olunmuş qaydalara uyğun növbə sistemi var idi. Pis-yaxşı o sistem işləyirdi. İndi dövlətin belə bir öhdəliyi yoxdur”.
Bu fikirləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında bildirib.
Onun sözlərinə görə, dövlətin öhdəliyi vətəndaşa minimal tələblərə cavab verən mənzil almaq üçün şərait yaratmaqdır:
“Bunun üçün digər hüquqlar da təmin olunmalıdır. Layiqli məşğulluq, ədalətli əməkhaqqı sistemi, işsizlikdən müdafiə sistemi, özəl mənzil tikitisinə şəritin yaradılması və s. Bunlar təmin olunan zaman alim də, fəhlə də, məmur da öz mənzil hüququnu reallaşdıra bilər. Əlbəttə, dövlət, imtiyazı olan və təminatsız qruplar üçün də əlavə tədbirlər görməlidir”.