Redaktor seçimi

Balasanyanla bağlı sensasion iddia

Qarabağdan qaçan separatçıların nümayəndəsi Vitali Balasanyan Ermənistanda çevriliş etmək istəyib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. İddia edilir ki, Balasanyan Xankəndidən qaçanda belə bir plan qurub. O, Ermənistana gəldikdən sonra “Vətən” partiyasının sədri Artur Vanetsyanla görüşüb. Görüş zamanı Qarabağdan köçən erməniləri təşkilatlandırmaq, ölkədə ofislər açmaq üçün Vanetsyandan pul istəyib. Onun əsas məqsədinin Qarabağ erməniləri vasitəsilə Ermənistanda çevriliş etmək olduğu bildirilir. Lakin Vanetsyan Balasanyanın xahişini rədd edib. Qeyd edək ki, V.Balasanyan bir müddət öncə Ermənistanda polis məntəqəsinə yaxınlaşaraq silahını təhvil vermişdi. Onun barəsində cinayət işi açılmışdı. Çevriliş planı iddiasından sonra V.Balasanyanın həbs ediləcəyi gözlənilir.

10 yaşlı Nərminlə bağlı qan donduran faktlar ÜZƏ ÇIXDI - Nərmin atasından NƏ İSTƏMİŞDİ?

Tovuzun Dondar Quşçu kəndində vəhşicəsinə öldürülən 10 yaşlı Nərmin Quliyeva bütün Azərbaycan cəmiyyətində narahatlıq yaradıb. İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunda azyaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Hökmə görə İlkin Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. News24.az xəbər verir ki, hazırda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirən İlkin Süleymanovun cinayət işi üzrə Apellyasiya prosesi davam edir. Apellyasiya prosesinin getdiyi bir vəziyyətdə İlkin Süleymanovun qardaşı Adil Süleymanov Referans.az-a cinayət işində baş vermiş və hərkəsdən gizli bir çox məqamları danışıb. Adil Süleymanov bildirib ki, həmin cinayətdə əsas müəmmalı məqamlardan biri təcrübə məqsədi ilə yandırılan qoyunun videosudur: “Cinayət işində bildirilir ki, Nərmin Quliyeva yandığı zaman belinin torpaqda olan hissəsi yandığı üçün kömürləşmiş şəkildə olub, amma təcrübə məqsədi ilə yandırılan qoyunun torpaqda olan hissəsinin yanmadığı çəkilən videolarda açıq-aydın görünür. Bütün bunlar olduğu halda niyə hələ də ittiham aktında yandırılan qoyunun bel hissəsinin kömürləşdiyi bildirilir? Hadisə baş verdiyi gün, yəni Nərmin Quliyevanın yandırıldığı gün hadisə bizim evdən 30 metr irəlidə baş verib. İlkin hadisəni gördükdən sonra videoya çəkməyə başlayıb. Həmin videoda İlkin danışır və öz ağzıilə deyir ki, cəsədə yaxın durmayın, ayaq izləri pozulmasın”. Adil Süleymanov bildirib ki, ən müəmmalı hadisə isə Nərminin itkin düşdüyü gün anası uşağın müəlliməsinə zəng vurub onun xəstə olduğunu deyib və bu gün dərsdən tez buraxmasını xahiş edib. Nərmin dərsdən çıxdıqdan sonra isə atası Nərmini qardaşı Lətifgilə göndərib ki, gedib oradan onun gödəkçəsini gətirsin: “Əgər Nərmin xəstə idisə, xəstə uşağı niyə əmisigilə qədər yola vurub göndərirdi? Ən əsası isə budur ki, atası həmin gün axşam elə həmin qardaşıgilə ciyər axşamına gedəcəkdi. Nərmini göndərdikdən bir qədər sonra atası narahat olur və Nərminin böyük bacısını Nərminin arxasıyca göndərir ki, gedib Nərmindən xəbər gətirsin. Lakin Nərminin bacısı yolda gedərkən tanımadığı bir maşın onun yanında dayanıb və ona avtomobilə minməyini istəyiblər. Bacısı gedib Nərminin əmisigildə olmadığını görüb və bunu atasına da deyib. Amma atası isə rahat bir şəkildə deyib ki, yəqin ki nənəsigildədir. Bir atanın bu qədər rahat olmağı normaldır?” Bundan əlavə DNT analizlərində belə saxtakarlıq var. Çünki Nərmin Quliyevanın qan qrupu dördüncü qrupdur. Amma tapılan meyitin qan qrupu isə yanvar ayının 24-də çıxan sənədə əsasən 2-ci qrup olub. Bu ən dəhşətli faktlardan biridir. Adil Süleymanov əlavə edib ki, məhkəmə prosesi başa çatdıqdan sonra hansı ki, artıq İlkinə 18 il verildi. Bundan sonra məhkəmə elan etdi ki, 20 gün müddətində Apellyasiya müraciəti qəbul olunur. Biz müraciət etdik, amma Nərminin atası Şərif Quliyev 2 ay 5 gün keçəndən sonra müraciət etdi və onun müraciəti qeydə alındı. Hansı səbəbə görə bu qədər zaman keçdikdən sonra onun şikayətini qeydə aldılar? Şərif Quliyev bu zamana qədər şikayətçi olmamışdı, lakin son proseslərdən sonra, hansi ki biz Apellyasiya şikayəti verdik. Bundan sonra onlar bizim kəndə yaydılar ki, əgər onlar şikayət edibsə, biz də Apellyasiyaya şikayət edəcəyik və İlkinə ömürlük həbs verəcəklər. Artıq Apellyasiya məhkəmisinə də ümidimiz qalmayıb. Ümid edirik ki, bir gün ədalət öz yerini tapacaq - deyə İlkin Süleymanov qeyd edib.

Kəşfiyyat məlumatı sızdı: İran yaxın saatlarda hücum edəcək - DƏHŞƏTLİ müharibə başlayır

İran yaxın saatlarda ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə hücum edəcək. Bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb. Məlumata görə, İranın dəstəklədiyi proksi qüvvələrin ABŞ qüvvələrinə qarşı hücumu artırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatları mövcuddur. “Bu qruplar artıq İraq və Suriyada ABŞ qüvvələrinə qarşı bir neçə pilotsuz təyyarə hücumu həyata keçirib. Lakin indi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində məlumat var ki, İsrail və HƏMAS arasında müharibənin getdiyi vaxt belə hücumlar arta bilər”, - CNN yazır. Adının açıqlanmadığı ABŞ rəsmisi bildirir ki, İran bölgədəki silahlı qruplarına ABŞ və İsrail hədəflərinə hücum etmək təlimatı verib. Bu hücumun yaxın saatlarda baş verə biləcəyi gözlənilir. Vaşinqton müxtəlif səviyyələrdə İrana xəbərdarlıqlar edib. Dövlət katibi Entoni Blinken də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, İranla hərbi qarşıdurmanın baş verməsini istəmirlər, lakin ABŞ qüvvələrinə hücum edilərsə, cavab veriləcək. Beynəlxalq mütəxəssislər hesab edirlər ki, mövcud situasiyada Yaxın Şərqdə ABŞ qüvvələrinə hücum olarsa, bu, genişmiqyaslı hərbi toqquşmaya səbəb olacaq və bu halda İsrail-HƏMAS müharibəsinin yaxın perspektivdə regional müstəviyə keçə biləcəyi istisna edilmir. (Publika.az)

Fransa sistemləri ilə bunu edə bilərik - Babayan

Fransadan alınan silahların köməyi ilə biz tam şəkildə səmanı bağlaya bilərik. Sozcu.az xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş separatçıların İrəvana qaça bilmiş keçmiş nümayəndəsi Samvel Babayan deyib. O bildirib ki, Ermənistanın hansı nəsil silahlar almasından xəbəri yoxdur: “2021-ci ildə mən baş nazirə bu şirkətlə (Fransanın “Thales” şirkəti nəzərdə tutulur – red.) əməkdaşlıq haqqında yazdım. Bu fransız şirkəti çox yaxşı inkişaf etmiş elektronikaya malikdir: o silahlar PUA-ları sıxışdıra və onların əraziyə daxil olmasına mane ola bilər. Sevinirəm ki, Ermənistan nəhayət bu silahları almaq imkanına malikdir. Raket sistemi həm məhv etmək, həm də müdafiə üçün nəzərdə tutulub”. O iddia edib ki, 2020-ci il müharibəsindən sonra Rusiyadan heç bir yardım, silah alınmayıb: “Ona görə də Ermənistan hava hücumundan müdafiə qüvvələrini təkmilləşdirmək və özünə uyğun silah seçmək qərarına gəlib. Onlar (Rusiya - red.) Ukraynada o qədər məşğuldurlar ki, silah tədarük edə bilmirlər və biz də gözləyə bilmərik”. O, Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin Fransa, artilleriya sistemlərinin, məsələn, Hindistan istehsalı olmasında problem görmədiyini də vurğulayıb. Qeyd edək ki, Fransa Ermənistana “Thales” şirkətinin istehsalı olan 3 ədəd GM-200 HHM sistemi, həmçinin “Mistral” verəcək.

Separatçıların başçıları ailələri ilə DANIŞDILAR

Oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə baş çəkib. Sozcu.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. "Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - İlahə Hüseynova qeyd edib. Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Terrorçubaşı Zori Balayan ölüm yatağında - Təcili

Xocalı soyqırımının, erməni terrorunun, "Qarabağın Ermənistana birləşdirilməsi" kimi avantürist, separatçı hərəkatın və "artsaxın" ideoloji banisi, "yazıçı" Zori Balayanın ağır xəstə olduğu barədə məlumat yayılıb. Sozcu.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə onun oğlu  Hayk Balayan deyib. “Atam İrəvandadır, ağır xəstədir, yaddaşında problem var”.

Vaqifin məhkəməsində mühüm detal: Milli Qəhrəmanın oğlu…

10:27 Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezoviç bu gün növbəti dəfə məhkəmə qarşısına çaxarılıb. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir. Proses Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur. Bu gün keçirilən prosesdə zərərçəkmişlər, zərərçəkmişlərin hüquqi varisləri və şahidlər dindirilir. Qeyd edək ki, ittihamı Baş prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sulaynov və Dövlət İttihamı İdarəsinin prokuroru Cövdət Mehrəliyev müdafiə edir. Təqsirləndirilən Vaqif Xaçatryan erməni əsilli olduğu üçün ona erməni dilini sərbəst bilən mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub. O, proses boyu baş verənləri erməni dilindən tərcümə edir. Təqsirləndirilən şəxsi Vəkillər Kollegiyasının üzvü Radmina Abdulova müdafiə edir. Zərərçəkmiş Xocalı rayon İcra Hakimiyyətini isə hüquq şöbəsinin müdiri Murad Hüseynov təmsil edir. Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır. Murad Hüseynov Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Bayden: "İsraillilər və fələstinlilər sülh içində yaşamağa layiqdirlər"

Nə qədər çətin olsa da, sülhdən vaz keçə bilmərik. Bu barədə ABŞ Prezidenti Co Bayden "X" hesabında bildirib. ABŞ lideri vurğulayıb ki, biz iki dövlət arasında həll edilməli olan məsələdən imtina edə bilmərik. "İsraillilər və fələstinlilər eyni dərəcədə təhlükəsizlikdə, ləyaqət və sülh içində yaşamağa layiqdirlər", - deyə Bayden bildirib.

"Bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır" - Paşinyan

Cənubi Qafqazda sülhə ehtiyac var. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabında yazıb. O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır: “İqtisadi, siyasi, mədəni əlaqələri və bütün məsələləri diplomatik və dialoq yolu ilə həll edə biləcəyimiz regiona ehtiyacımız var”.

İranın daha bir naziri Ermənistana gəldi

İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş danışıqlar aparmaq üçün Ermənistana gəlib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, İran nümayəndə heyəti İrəvana oktyabrın 23-də gəlib. İran tərəfi erməni tərəfdaşları ilə infrastruktur sahəsində əməkdaşlığın inkişafı ilə bağlı görüşlər keçirəcək.

Gürcüstan "3+3"ə YOX dedi - Təcili

Gürcüstan oktyabrın 23-də Tehranda keçirilməsi planlaşdırılan “3+3” iclasında iştirak etməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir”, - məlumatda bildirilir. Xatırladaq ki, sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək. Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. "Irna"nın məlumatına görə, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətidən də danışılacaq. Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.

Ermənistan sərhədimizə hücuma hazırlaşır - Sensasion plan

Bu gün Paris və İrəvan hərbi müstəvidə saziş imzalayacaq: müqaviləyə əsasən, Ermənistana Fransa silahları, xüsusilə zenit-raket kompleksləri veriləcək. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Ermənistan öz mülki əhalisini qorumaq və sərhədlərini mühafizə etmək imkanına malik olmalıdır. Bu məqsədlə biz Ermənistana hava məkanının müdafiəsini təmin etməyə imkan verəcək saziş imzalayacağıq və Ermənistanın Fransa istehsalçılarından silah almasını rəsmiləşdirəcəyik. Cənubi Qafqazda maraqlarını İrəvan üzərindən diktə etməyə çalışan Fransanın ilkin hədəfi Rusiyanı Ermənistandan sıxışdırmaqdır. Bu məqsədlə Rusiyanın Ermənistanın “təhlükəsizliyinin təmin edilməsi”ndəki rolunu almaq istəyir. Paşinyanın Strarburqda son çıxışı da o deməkdir ki, Ermənistan “təhlükəsizlik müttəfiqlərini” dəyişmək niyyətindədir. Lakin bu necə baş verəcək, Ermənistan Rusiyadan və KTMT-dən necə imtina edəcək? 2021-ci ildən indiyə qədər rəsmi İrəvan bunun üçün “bəhanə” toplamaqla məşğuldur, hərçənd, yeni və daha ciddi hadisə baş verməlidir ki, Ermənistan hakimiyyəti KTMT-dən çıxmaq – Rusiyadan imtina etmək üçün həm Moskvanı “fakt qarşısında” qoymalı, həm də daxili ictimai rəydə addımını əsaslandırmalı, ictimai dəstək əldə etməlidir. Bu, yalnız Ermənistan və Azərbaycan sərhədində növbəti və qanlı eskalasiya ilə mümkün ola bilər. Və belə ssenaridə İrəvan Rusiya və KTMT-yə qarşı ittihamlarını yeniləmək, son addımı atmaq imkanı qazanacaq. Bu baxımdan, Fransanın Ermənistana verdiyi silahların Azərbaycana tuşlanacağı, sərhəd toqquşmasında istifadə ediləcəyi bəllidir. Qarabağda erməni separatizminin ləğvindən sonra Qərbdə “Azərbaycanın Ermənistana hücum hazırlığı” haqda aparılan siyasi-informasiya kampaniyası da bu kontekstdə təsadüfi deyil. Mümkündür ki, Cənubi Qafqazda yeni cəbhə açmaq planı qüvvədədir və eskalasiya ssenarisindən öncə beynəlxalq ictimai rəyi formalaşdırırlar.(axar)