Putinin təhlükəsizliyinə təminat vermirik - Polşa

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Polşa hava məkanından keçəcəyi təqdirdə həbs olunmayacağına zəmanət vermirik. Sozcu.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. “Mən təminat verə bilmərəm ki, müstəqil Polşa məhkəməsi hökumətə belə bir təyyarəni yerə endirmək və şübhəli şəxsi Haaqaya təhvil verməyi əmr etməyəcək. Düşünürəm ki, Rusiya tərəfi bundan xəbərdardır. Ona görə də sammit baş tutsa, ümid edirəm ki, Putinin təyyarəsi başqa marşrutla hərəkət edəcək”, - Sikorski bildirib. Qeyd edək ki, Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.

Ukrayna sülh naminə ərazi verməməlidir - Kallas

Ukrayna Rusiya ilə sülh müqabilində ərazilərindən imtina etməməlidir. Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas deyib. "Əgər biz sadəcə torpaqları versək, bu, hər kəsə belə bir mesaj verər ki, qonşularına qarşı gücdən istifadə edib istədiyini ala bilərsən. Məncə, bu, çox təhlükəlidir. Məhz bu səbəbdən beynəlxalq hüquq mövcuddur ki, heç kim belə bir şey etməsin”, - Kallas vurğulayıb.

Rusiyaya heç nə verməyəcəyik - Zelenski

Biz Rusiyaya heç nə verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiyaya qarşı uzaqmənzilli zərbələrimizin həm əhatə dairəsində, həm də dəqiqliyində artım var. Əslində, hər gün və ya iki gündən bir Rusiyada neft emalı zavodu vurulur. Bu da Rusiyanı reallığa qaytarmaq üçündür”, - Zelenski bildirib.

"Ramiz Mehdiyev bir partiya sədrini çağırıb deyibi ki, İsa Qəmbəri söy, təhqir elə, deputat ol" - Sərdar Cəlaloğludan ŞOK AÇIQLAMALAR

Bu gün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Sitat.info"nun suallarını cavablayıb.  S.Cəlaloğlu cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev haqda sensasion açıqlamalar verib. Bununla yanaşı ölkədə və dünyada baş verən siyasi proseslərlə bağlı gündəmi dəyərləndirib. Sozcu.az videoreportajı təqdim edir:

"TƏBİB rəhbəri vəziyyəti analiz etsə, ərizə yazıb işdən gedər" - VİDEO

"TƏBİB-in rəhbəri Vüqar Qurbanov eşitsin: Bu, bizi hörmətdən salır. O adam yerində deyil. Düşüncəsi səhvdir. Xalqına olan münasibətdə qüsur var". Sozcu.az xəbər verir ki, bu sözləri Tibb elmləri doktoru, professor, sabiq millət vəkili Südeyf İmamverdiyev "BakuPost"un efirində deyib. "TƏBİB -in rəhbəri, düzgün, məntiqli şəkildə, milli şüurla vəziyyəti analiz etsə ərizəsini yazıb işdən ayrılar ki, mən bu işi bacarmıram, öz xalqımın qarşısında biabir ola bilmərəm. Onu deyə bilərəm ki, indi elə əcaib, qeyri-hüquqi, qeyri-rasional idarəetmə var ki, artıq səhiyyə müəssisələrinə gələnlərə xəstə kimi yox, bankomat kimi, yəni maliyyə mənbəyi kimi baxılır. Əgər hər kəsin dünyada olduğu kimi tibbi sığorta kartı (yaşıl kart) olsa və tibb işçilərinin maaşı vahid tarif cədvəlinə görə verilsə, sığortadan asılı olmasa, belə acınacaqlı vəziyyət yaranmaz. Belə güman edilir ki, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən adıçəkilən kartlar məqsədli şəkildə pasiyentlərə verilmir ki, Tibbi Sığortaya ayrılmış və hər ay işçilərin maaşından tutulan vəsait bax beləcə, kimlərəsə sərf edilən şəkildə "silinsin". Kimi dindirirsən, hamı tibbi xidmətdə olan yarıtmaz vəziyyətdən danışır. Bütün problemlərin kökü məhz bu vəsaitin necə xərclənməsi, xəstənin əlindən məqsədli şəkildə alınmasıdır. Otto Bismark bilsəydi ki, TƏBİB tibbi sığorta nı belə yarıtmaz vəziyyətə salacaq, o zaman başına bir yekə daş vurardı. Tibb işçilərinin maaşına Sığortadan əlavələr Təcili tibbi yardımda tətbiq edilən şəkildə digər səhiyyə müəssisələrinədə aid edilsəydi, fikrimcə vəziyyət qismən də olsa müsbətə doğru dəyişərdi. Deyirlər ki, həkim çatışmır. Qanunvericiliyə görə, ali tibbi təhsili olub diplomu olan şəxs tibbi fəaliyyətlə məşğul ola bilər. Bəs, işə qəbul niyə imtahanla aparılır? Onu da deyim ki, gigiyena, epidemiologiya, kommunal gigiyena (bura kanalizasiya sistemi də aiddir) ixtisasları üzrə rezidentura nəzərdə tutulur, ancaq bir çağırışda kardioloq, birində ginekoloq, birində pediatr, birində travmotoloq və s. olmağa çalışan təcili tibbi həkimi üçün isə nəzərdə tutulmur. Əmək Məcəlləsinin "70e" maddəsi artıq çoxdandır ki, bəzi səhiyyə rəhbərləri tərəfindən rüşvət və korrupsiya çarxı kimi fırladılır. Söhbət 65 yaşdan yuxarı çalışmanın uzadılmasından gedir", - deyə sabiq deputat əlavə edib.

Berlindən Tramp-Putin görüşünə reaksiya: Alqışlayırıq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə gözlənilən görüşünü alqışlayırıq. Sozcu.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib. “Bütövlükdə, danışıqların davam edəcəyini yaxşı hal hesab edirəm”, - o bildirib. Almaniyalı nazir qeyd edib ki, Putinlə Trampın bu görüşünü Rusiya və Ukrayna arasında birbaşa danışıqlara gedən yolda ilkin mərhələ hesab edir: “Bu, aydın sülh danışıqlarının aparılması məqsədi ilə edilirsə, o zaman məqbuldur”.

Ramiz Mehdiyevdən sonra sıra onlara çatacaq

Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, qısa müddətdə ətraflı açıqlama veriləcək. Sozcu.az xəbər verir ki, bunu Globalinfo.az-a keçmiş təhsil naziri Misir Mərdanov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib. O, Ramiz Mehdiyevə yaxın şəxslərin də həbs olunmasını istisna etmir: “Başqa həbslər də gözləniləndir. Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Mehdiyevin hansı addımlar atdığı, kimləri vəzifəyə təyin etdiyi, kimlərin arxasında durduğu, hansı şəxsləri dəstəklədiyi məlumdur. Fikrimcə, onlarla bağlı da müəyyən addımlar atılacaq. Yol verdiyi ədalətsizlikləri də hesablayacaqlar. Düşünürəm ki, vaxtilə onun dəstəyi ilə millətin genefonduna ziyan vuranlar məsuliyyətə cəlb oluna bilər. Onların da layiqli cəza almasının vaxtı çatıb. Bu qədər dözmək olmaz!” M.Mərdanov bildirib ki, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına müəyyən qədər köməklik göstərə bilər: “Hər bir halda bu, başqa məsələ ilə əlaqədardır. Hazırda istintaq işləri gedir deyə, nəsə demək olmur”. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. O, 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

Rusiya hücum etsə, bu vilayəti məhv ediləcək

Əgər Rusiya NATO ölkəsinə hücuma cəhd etsə, Alyans qüvvələri onun Kalininqrad və Sevastopoldakı hərbi obyektlərini dərhal məhv edəcək. Ona görə də Rusiya ilə NATO arasında toqquşma Ukraynadakı müharibədən köklü surətdə fərqlənir. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, general Ben Hoces deyib. Onun özlərinə görə, Rusiyanın genişmiqyaslı işğalı zamanı Alyansın hazırlıqları zəif olmasaydı, Ukraynada vəziyyət daha yaxşı ola bilərdi: “Əgər Rusiya 2025-ci ildə Ukraynaya hücum etdiyi kimi Polşaya da hücum etsəydi, o, NATO Hərbi Hava Qüvvələri və Quru Qoşunları tərəfindən məhv ediləcəkdi. Kalininqrad ilk saatlarda məhv olardı. Rusiyanın bütün obyektləri, eləcə də Sevastopoldakı hərbi obyektləri də darmadağın edilərdi”.

İlahiyyatçı: “Sadə məzar daşları qoyulmalıdır, qəbirə şəkil vurmaq olmaz”

“İslamda baş daşı, sinə daşı, ümumiyyətlə qəbir daşı ənənəsi, tövsiyəsi yoxdur. Əksinə, hündür daşlar bütpərəstlik və təkəbbür əlaməti sayıldığına görə Məhəmməd Peyğəmbər özü belə vəsiyyət edib ki, onun qəbrinin üstünü dörd barmaqdan hündür qaldırmasınlar. Dində qəbrin yerini itirməmək üçün sadəcə bir nişangah qoymağa icazə var”. Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, müasirliyi, ölümlərin artdığını, qəbirlərin dəyişik düşməsi ehtimalını və digər nüansları nəzərə alaraq kiçik yazılı daşlar qoymaq olar: “Şəkil, talvar, günbəz, mərmər, qiymətli bəzəklər isə doğru deyil. Çünki bunlar israf qisminə daxildir və israf da dində haramdır. Ölkədə qəbiristanlıqlar bərbaddır. Dünyanın heç bir müsəlman ölkəsində bizdəki kimi israfçılıq və şöhrətpərəstlik yoxdur. Mütləq qanun qəbul olunmalı, məzarlarda standart, sadə daşlar tətbiq olunmalıdır. Yoxsa adamlar milyardlarla manat vəsaiti qayalara, heykəllərə, daşlara verib aparıb qəbiristanlıqlara yığırlar. Bundan böyük haram, günah yoxdur. Xeyriyyə işlərinə, yol, su çəkməyə, kasıba əl tutmağa çatanda hamının əli quruyur. Böyük qəbir daşlarını isə kreditlə, hətta borcla aparıb ölülərin üstünə yığırlar. Bu, ilk növbədə İslamın əleyhinədir. Allahın əmrlərini təkzib etməkdir. Təəssüf ki, adamlar artıq dinə də riayət etmirlər. Məzarlıqlardakı bu xaosun qarışını almaq üçün qanun qəbul olunmalı, tətbiq edilməlidir. Eyni ölçülü qəbir daşları olmalıdır. Bunun başqa yolu yoxdur”.

Putin “Azərbaycan faktiki rusdilli dövlətdir” deməklə yenidən imperiya təfəkkürünü ortaya qoyub

Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan faktiki rusdilli dövlətdir” deməklə yenidən imperiya təfəkkürünü ortaya qoyub. Bu, Kreml sahibinin dəyişməz yanaşmasıdır. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Putin niyə eyni sözləri heç vaxt Ermənistan və Gürcüstan haqda deməyib? Bu haqda ciddi düşünməli və gərəkli nəticələr çıxarmalıyıq”, - politoloq vurğulayıb.

"Axios": Tramp və Zelenski "Tomaqavk" raketlərinin tədarükünü müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski telefon danışığında "Tomaqavk" qanadlı raketlərinin Kiyevə ötürülməsi imkanını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Mənbələrinin bildirdiyinə görə, Tramp və Zelenski şənbə günü əvvəllər Ukraynanın uzaqmənzilli "Tomaqavk" raketləri alması ehtimalını müzakirə ediblər. Nəşr Amerika tərəfinin bununla bağlı hər hansı yekun qərar verib-vermədiyi barədə yazmayıb. Mənbə qeyd edib ki, söhbət təxminən 30 dəqiqə davam edib.

Şıxlinski bu tarixədək həbsdə qalacaq

Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ura.ru saytı məlumat yayıb. Bildirilib ki, məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Nəticədə, Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq.axar.az)