Ukrayna Rusiya ilə müharibədə uduzmur və xalqımı pis sülh müqaviləsini qəbul etməyə məcbur etməyəcəm.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Atlantik” qəzetinə müsahibəsində deyib.
Zelenski müsahibə zamanı bir neçə dəfə alçaldıcı şərtlər altında sülh müqaviləsini qəbul etməyəcəyini vurğulayıb:
“Biz müharibəyə son qoymaq üçün tələsirik. Amma bu, şərtlərdən asılı olmayaraq razılığa tələsməklə eyni deyil”.
O qeyd edib ki, ölkə sakinlərini əlverişsiz bir sülhü qəbul etməyə məcbur etməkdənsə, ümumiyyətlə razılaşmamağa üstünlük verərdi.
Dörd illik gərgin döyüşlərdən sonra belə Ukrayna lideri ləyaqətli və davamlı bir sülhü təmin etmək üçün lazım gələrsə, döyüşü davam etdirməyə hazır olduğunu bildirib.
